Səhər gün dağların arasından qalxmamış uzaqdan kəndə gələn yolda toz görsənirdi. Sanki maşının arxasına toz düşüb gəlirdi. Maşın düz gəlib kəndin arxasında dayandı. Səhər malqaranı ötürənlər maşının ətrafına yığışdılar. Yeni çağırışçılar var idi.
Polkovnik əlindəki vərəqi açıb baxdıqdan sonra qatlayıb döş cibinə qoydu, əlini cibinə salaraq, üzünü kənd camaatına tutub
“Mənim qorxmaz, cəsur xalqım. Əlbəttə ilk vaxtlar görüşlərdə sizlərlə görüşdükdə həyəcan hissi, məyusluq keçirirdik ki, xalq bizə-döyüşçüsünə güvəndiyi halda biz onlara bu inamı, etibarı verə bilmirik. Yəqin xəbəriniz var, cəbhədə bizim bölmələr xeyli irəliləyib, artıq çoxlu yüksəkliklərdə lazım bölmələr oturub. Ona görə də cəbhədə bizlərə yeni qruplar lazımdı. İndi ölkəmizin hər yerində təbliğat gedir. Mən bu gün kəndə gəlməyimlə özümü şanslı bir insan hiss edə bilərəm. Ona görə ki, məhz bu kənddən xeyli sayda qəhrəmanlar çıxıb.
O cibinə qoyduğu kağızı çıxarıb oxudu. Sonda qeyd etdi ki, onlar hazırlaşsınlar bir gün sonra yola düşəcəklər.
Gün artıq tam ortada dayanmışdı. Arabir buludlar günəşin önündən keçib günəşin o füsunkar üzünü tutur, sonra yenə də açılırdı.
Müharibə ölkəni xeyli zəiflətmişdi. Kəndlilər əllərindən gələni edirdilər ki, cəbhədə olan oğullar heç bir əziyyət, korluq çəkməsinlər. Ona görə onlar özləri soyuqda yorğansız yatıb üşüməyə, titrəməyə razı olardılar, nəinki cəbhədə yatan, istirahət edən əsgərlərin üşüməsinə aclıq hiss etməsinə heç cür razı ola bilməzdi.
Budur səhər gün doğmamış cəbhəyə yollanacaq şəxslər rayon mərkəzinə gedirdilər.
Nazim tamamilə fərqli yerə göndərilirdi. Ona görə də o sabah tezdən gəlməli oldu. O qatar üçün bileti götürdü. Biletdə vaxta baxdı, biletdə səhər 7:30-da qatarın hərəkət edəcəyi göstərilirdi. O evə dönməyi və səhər tezdən yenidən bura gəlməyi fikirləşdi. Götür qoy etdi gördü ki, elə vaxtı yolda verəcək.
- Alınmır, alınmır, yəqin rayonda bir gecəlik mehmanxana taparam.
O bunu deyib vağzalı tərk etdi. O gəlib bir mehmanxananın qarşısında dayandı. Hiss olunurdu ki, bura gəlib gedən yoxdur.
Bəlkə də ayda üç nəfər olar ya olmaz. O, içəri girdi. Qapını açan kimi zəngin səsi bütün koridoru götürdü. Səs əks-səda verib, Nazimin qulaqlarına yenidən qayıdırdı. O, içəri bir az da gedib mehmanxanaya baxan şəxsi çağırmaq üçün stoldakı zəngi basdı. Bir dəfə, iki dəfə, üç dəfə basdıqdan sonra içəridən qapının cırıltı səsi eşidildi. O, gözlərinə inanmadı. Nazimin gözlədiyi ağ saç qadın artıq ömründən çox bir hissəsini başa vurmuş qadın deyil, göy gözləri olan qaraşın, orta boylu bi qız çıxdı.
- Buyurun, cənab, nə lazımdı, sizə necə köməklik edə bilərəm?
Nazim sanki donmuşdu, o özünü ələ ala bilmirdi. O sanki yuxuda idi. O nə qədər elədi ki, dilinə əmr etsə də onun dediklərini edib nəsə deyə bilmirdi. Qız yenə təkrar edib:
- Cənab, nolub sizə? Nəsə olub? Qorxudursunuz məni?
Qız bunu deyib əlini siyirməyə atdı, siyirməni yarımçıq çəkdi. Yenidən əvvəlki vəziyyətinə qaytardı.
- Cənab,cənab.
Nazim axırda özünü ələ alıb:
- Bağışlayın mən gözləmirdim ki, burda adam olsun, sadəcə sevincimdən donub yerimdə qaldım.
Nazim nə qədər də yalan danışıb qızın gözəlliyi qarşısında özünü itirmədiyini biruzə verməməyə çalışsa da, bunu bacarmırdı. Qız:
- Mənə bu baxışlar, bu səs tonu, titrəyiş tanışdı.
Ömrümü burada keçirmişəm.
- Sizin mehmanxana işləyir ?
- Bəli, işləyir ki, açıqdır və siz hal-hazırda içəridəsiniz.
Nazim özünü ələ alıb xanıma sərt cavab verməməyə və öz alicənablığını göstərməyə çalışırdı.
- Lap yaxşı, xanım. Mənə boş otaq lazımdır.
- Təksiniz yoxsa?
- Bəli bir nəfərlik lazımdır.Bir gecəlik, səhər tezdən vağzala gedəcəm.
- Buyurun bu otağın açarı. O, Vanini çağırıb:
- Zəhmət olmasa, gəlib cənabın çantalarına köməklik elə.
O otaqdan çıxdı. Nazimin çantalarını götürüb yuxarı qalxdı. Açarı Nazimdən alıb qapını açdı. Çantaları içəri qoydu və hörmətlə:
- Cənab yaxşı istirahətlər. İki saatdan sonra şam yeməyi olacaq. Pilləkəndən düşən kimi sağa dönün, düz addımlayın ora yeməkxanadır.
- Çox sağ olun.
Nazim uzanan kimi yuxuya getdi. Birdən səsə oyandı.
- Cənab, cənab şam yeməyinin vaxtıdır.
O nə deyildiyini başa düşmədi deyə qalxıb qapını açdı.
- Cənab şam yeməyinin vaxtıdır.
- Hə, çox sağ olun. Siz gedin gəlirəm.
Nazim əlinə, üzünə su vurub aşağı düşdü. O, yeməkxanaya girəndə gözünə inanmadı. Otuza yaxın şəxs var idi.
- Deməli mehmanxana normal işləyir. Sadəcə kənardan elə görsənir. O, bir az yeyib yuxarı qalxdı.
Artıq saat 00:33 göstərirdi. O, hələ də bilmirdi. O, aşağı düşüb yeməkxanadan çay götürmək istədi. Qız qarşısına çıxdı. Əvvəlcə qorxdu. “Qorxmayın, cənab”!-qız gülümsəyərək Nazimə baxdı.
- Yox, yox nə qorxması, çay içmək istəyirdim deyə düşdüm yeməkxanaya. - Çay?
- Hə, mümkünsə əgər
- Zəhmət deyilsə, gəlin sizi kafedə çay qonağı edim.
Qız əyləşmək istəyəndə Nazim tez tələsik keçib stulu çəkdi, qız oturandan sonra keçib əyləşdi. Vanini stola yaxınlaşıb:
- Buyurun nə istəyirdiz ?
Qız tez:
- Vanini, bu qonağımdı, zəhmət olmasa mürəbbəli çay gətir.
Nazim bir az qızardı. Amma yenə özünü ələ aldı.
- Çox sağ olun. Mən belə şeylərə öyrəşməmişəm.
Qız ha sual vermək istəsə də, buna cürət edə bilmirdi.
Nazim:
- Deyəsən, sözlü adama oxşayırsınız.
Elə bil ki, Nazim düz hədəfin mərkəzindən vurdu.
- Cənab, bilmək olar siz kimsiniz? Məndə fərqli baxış oyadırsınız.
Bu sual Nazimə çatmadı. O, söhbəti dəyişərək - Çay gec hazır olar, görəsən?
Qız:
- Yox harda olsa gələr.
Elə bunu deyib diqqətini divara verdi. Nazimin diqqətini divardakı tablo cəlb etdi. O, qalxıb tablonun qabağında dayandı. Qız içəri girdi :
- Hə o mənim babamdır. Bax sağdakı tablodakı isə onun müharibə olanda öz döyüşçü yoldaşlarıyla çəkdirdiyi şəkildir. Bu mehmanxana babamdan xatirə qalıb. Müharibə zamanı atılan mərmidən buranın bir hissəsi dağılmışdı. Xoşbəxtlikdən düşən mərmi partlamamışdı. Mehmanxanada bir nəfər yaşlı kişi indi siz yatdığınız otaqda rəhmətə getdi. Ona görə ilk vaxtlar buranı bağladılar. Amma camaaatın narazılığı ilə yenidən açıldı. O vaxtlar burada adam əlindən tərpənmək olmurdu. Bir ay qabaqcadan yerlər tutulurdu. İndi amma görürsən ki, otaqların çoxu boşdur. Babam da, atam da müharibədə həlak oldular. Vani isə babamın silah yoldaşının oğludur. Yaxşı yoldaşdır. Burada rayondan tanıdıqlarımdan xətrini çox istədiyim adamlardan biridir.
Nazim bir az fikrə getmişdi. Arabir fikrini toplayıb qıza qulaq asır, arada da sabahkı alacaqlarını nə edəcəyini fikirləşirdi. - Cənab, cənab, deyəsən, mən öz-özümə danışıram. Əgər narahat edir və vaxtınızı alıramsa, gedə bilərəm.
Nazim bu sözü eşidən kimi elə bil ki, birdən oyandı.
- Yox, yox xanım o nə deməkdir. Siz danışdıqca elə bil o hissləri mən də yaşayıram.
Babanız, atanız necə oldu ki, vəfat etdi, mümkünsə, bilmək olarmı?
- Çox uzun məsələdi, belə deyək, o vaxtın istənilməyən, barışılmayan hadisələrinin qurbanı oldular...
Bir az sakitlik çökdü. Qız yenidən dərindən nəfəs alıb: - Cənab, çox kədərli bir əhvalatdır. Bundan çoxçox illər öncə bir rayonda yaşayırdıq. Çox xoşbəxt idik. Evim, ailəm var idi. Onda hələ bu, belə bir iş yerinin olması ümidü ilə atam, babam çalışırdı. Çox keçmədi ki, onlar istədiyinə nail oldular. Buranı aldılar. Biz çox xoşbəxt və varlı idik.
Nazim birdən gülümsəyərək:
Xoşbəxt və varlı? Bu ifadələr tamamilə bir-birinə zidd olan ifadələrdir, xanım. Baxın götürək elə indidən siz varlısınız, ən azından bir oteliniz var, varınız var amma bəs xoşbəxtlik.
Qız elə bil ki, donmuşdu. Təzədən çaydan bir az içib, stəkanı ovucunda fırlada-fırlada sözünə davam etdi.
- Düz sözə nə deyim. Hə deməli belə deyim sanki xoşbəxt idik kimi yaşayırdıq. Ta ki, o gecəyə kimi. Xəbər gəldi ki, atam və babam müharibədə iştirak etməlidirlər.
Xanım dərindən nəfəs alıb, Nazimin üzünə baxdı. Nazim artıq tam nə olduğunu, necə olduğunu anlayırdı. Nazim asta, boğuq səslə:
- Xanım, mən sizi anlayıram. İnsanın ata, ana qayğısınadan tam olaraq təcrid olunmasının nə demək olduğunu, o hisslərin insana nə vəd etdiyini, hər dara düşəndə ümid yerinin, arxa dirəyin olmamasını tam gözəl anlayıram.
- Cənab, siz çox alicənab birisiniz.
Bir müddətlik sükut çökdü.
Yenidən Nazim sözə başlamaq istəsə də.
- Artıq gecdir, cənab.
Nazim saata baxdı həqiqətən də yatmalı olduğu yadına düşdü. O, könülsüz olsa da oturacağı arxaya itələyib ayağa qalxdı. Oturacağın önündə durub xanımın qalxmasını gözlədi. Hörmət əlaməti olaraq, xanıma başı ilə əvvəlcə razılıq edib sonra əlini uzatmaq istəsə də utandı. Sadəcə xanıma dəyərli vaxtınızı mənə bəxş etdiyiniz, öz gözəl, maraqlı keçmişinizi bölüşdüyünüz üçün minnətdaram. Çox qarışıq bir həyat tərziniz var. Həyatınız qarışıq, çətin olduğu kimi həm də öz rəngarəngliyi ilə fərqlənir.
Xanım həqiqətən də özü də heyranlıqla qulaq asırdı.
Çoxdan idi ki, heç kim onun haqqında belə gözəl, xoşagəlimli heç nə demirdi. Bu onun özünə çox gözəl təsir edirdi. Nazim dedikcə o fikrə gedirdi. Uşaqlığı istər-istəməz yadına düşür. Anidən indiyə qayıdırdı.
Nazim ağır-ağır kənara çəkilib xanımın qalxmasını gözlədi.
Xanım nə deyəcəyini bilməyib, yarı çaşqınlıq, yarı özündən asılı olmasa da təlaş içində:
- Cənab, çox sağ olun, gecəniz xeyrə qalsın.
Nazim elə bil ki, bunu gözləyirmiş kimi:
- Buyurun, siz çox sağ olun, xanım, xeyrə qarşı.
Bu sözləri deyib geriyə çevrilib otaqdan çıxdı. Otağın qapısına çatanda pilləkənləri necə çıxdığı artıq yadına gəlmirdi.
Otağa girdi, çarpayıya uzandı, artıq yatmaq üçün az vaxt qalmışdı. O, bir az gözlərini yumub, yorğunluğunu canından çıxarmağa çalışdı.
Səhər doğan gün hər tərəfi öz şüaları ilə işıqlandırırdı. Artıq şəhər camaatı öz işlərinin arxası ilə o tərəf bu tərəfə qaçır, kimsə isə yolda durub gedəcəyi ünvanı axtarırdı.
Nazim otağından çıxıb qapını bağladı, yenidən qapını açdı içəri girib əlindəki çantanı stolun üzərinə qoydu. Açıb sənədləri yenidən yoxladı. Qatar biletini tapıb ən yuxarı qoyduğu çantanı yenidən bağlayıb əlinə aldı. Açarları aşağıda növbətçi yerində duran şəxsə vermək istəsə də heç kimi görmədi. Zəngi iki-üç dəfə basdı. Tanımadığı bir şəxs çıxdı:
- Buyurun, cənab, gedirsiniz ?
- Bəli, bu otağın açarı, çox sağ olun.
Nazim nə qədər istəsə də xanımı soruşsun nə adını bilirdi, nə də ki axşam baş verənlərin həqiqət olduğunu. Ona elə gəlirdi ki, axşam olanlar yuxu idi, onun gözünə görsənirdi.
- Cənab, nə lazımdı, cənab, cənab.
Kuryer durduğu yeri keçib cənabı silkələyib astaca:
- Cənab, cənab.
Nazim birdən özünə gəlib:
- Yox, yox çox sağ olun, buyurun bu da məğləb.
- Cənab, sizin otağınızın pulu ödənilib.
- Bağışlayın başa düşmədim.
- Cənab, bu gün Lalə getdikdə sizin pulunuzu bağladı dedi ki, ödənilib.
Nazim axşam olanların gerçək olduğuna sevindi, amma xanımın pulu ödəməsi ona bir az pis təsir etdi.
Cənab, buyurun bu da sizə çatmalıdır. - Bu? Nədir ki?
- Zəhmət olmasa, gözləyin tapım, bura qoymuşdum. Buyurun, bu zərfi sizə verməyi tapşırıb getdi.
Birdən saatın səsi eşidildi. Saat 07:00 göstərirdi, 30 dəqiqədən sonra qatar yola düşəcəkdi. O, zərfi çantaya qoymaq üçün əlindəki çantanı stolun üstünə qoydu. Çantanı açdı. Zərfi çantaya qoyub:
- Çox sağ olun, xidmətinizə, göstərdiyiniz səmimiyyətə görə dərin minnətdarlığımı bildirirəm.
O yenidən çantanı masaya qoydu, açıb zərfi götürdü.
İçindəki kağızı çıxarıb çantaya qoydu. Cibindən gələn kağızı çıxarıb, nəsə qeyd etdi sonra zərfə qoyub:
- Buyurun, zəhmət olmasa bu zərfi xanım gələndə ona verərsiniz.
Nazim tez tələsil mehmanxananı tərk etdi. Pəncərənin qarşısında dayanmış xanım:
- Nazim, çox sağ ol, əlvida yəqin bir daha qarşılaşmayacağıq. Ümid edirəm ki, qarşılaşarıq. O, aşağı düşüb, kuryerin yanına gəldi.
- Xanım, cənab gedəndə bu zərfi sizə verməyi tapşırdı.
Xanım əsəbi halda:
- Başa düşmədim, siz onu demişdim axı ona verin, siz isə onu mənə verirsiniz ?!
- Yox, yox., xanım, o içindəki kağızı çıxarıb, özü başqa kağızı buraya qoyub, bunu sizə verməyimi istədi.
Xanım əsəbi olduğu üçün kuryerə əsəblərini tökdüyünə peşman oldu.
- Çox sağ ol.
Zərfi götürüb, yuxarı qalxdı. Otağına daxil olub zərfi açıb oxudu.
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdakı İşıq
NouvellesO nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmiş...