Kənddə elə bil ki, yaşayış yox idi. Kənd mərkəzində yığışan cavanların yerləri görsənirdi. Qar əvvəlki kimi yağmasa da amma yenə də əvvəllər yağan qar yerdə idi. Damlardan düşən iri buz parçaları sakitliyi pozurdu.
Budur hökm sürən sakitliyi iki qadının söhbəti pozdu. Onlar bir-birini uzaqdan görüb öz addımlarını sürətləndirərək birbirlərinə tərəf gəlib görüşdülər.
- Bilirsən nə olub?
O biri qadın təəccüblü şəkildə:
- Yox. Nə olub? Sözlü adama oxşayırsan.
- Deyirlər ki, bizimkilər düşmənin xeyli əsgərini məhv edib.
- Deyirlər, guya, Hüseyni əsir götürüblər.
- Kazım da, deyilənlərə, görə ölüb.
- Yazıq Nigar nənə yəqin çox pisdir.
Yaxın günlərdə ona baş çəkmək lazımdır. Yazıq arvad fikirdən çox pis olub, yəqin. Əvvəlcə oğlunu, sonra oğlunun əmanətini itirdi.
- Yox, yox.
Qadınlar bir az fikrə getdi. Qısa bir müddət ərzində sakitlik çökdü. Birdən o biri qadın yenə:
- -Yox, yox belə olmaz. Düz deyirsən baş çəkib bir onun kefini açmaq lazımdır.
- -Hər kəsə xeyirlisi.
Qadınlar bir az da danışıb sonra sağollaşıb getdilər.
Yenə də sakitlik hökm sürməyə başladı.
Əli baba artıq olanların heç birinə dözə bilmirdi.
Kazımın nənəsi də Kazımın nə vaxt qayıdacağına ümid edərək səhərdən axşama qədər pəncərənin qarşısında oturub uzanan yol boyu onun yolunu gözləyirdi. O, hər yeməkdə iki qab qoyurdu, elə bilirdi ki, Kazım indicə qapını açıb içəri girəcək, nənəsini qucaqlayıb yenə deyəcək:
- Nənəcan, nənəcan acmışam. Nə var yeməyə?
O, tək bir şey istəyirdi:
- Nə olar, kaş ki, dönərdi. Yenə də atlanıb məni qucaqlayardı. Nənə yemək başında oturub xeyli fikirdən sonra yeməyə başladı. Nənə Kazımın və atasının divardan asılmış şəklinə baxıb əlindəki qaşıqla yeməyi yavaş-yavaş qaba qoyaraq diqqətlə şəklə baxa-baxa fikrə getdi. O, Kazımın ilk getdiyi günü yadına salıb kədərləndi.
- Kaş ki, həmin gün yanında- sənin otağıda yatardım. Kaş ki, bala.... kaş.
Bu sözləri deyib nənə gözləri dolmuş bir şəkildə stulu arxaya verərək ayağa qalxdı. Kazımın şəklini çıxarıb boşqabın yanına qoyub şəklə baxa-baxa gülümsündü. - Kaş ki, allah sizləri mənim yanımdan ayırmazdı. Kaş ki, həmin gün heç olmazdı. Nənə ayağa qalxıb siyirmənin gözündəki Kazımın yazdığı məktubu götürüb öpüb bağrına basdı:
- Bala, axı niyə nənənə yazığın gəlmədi. Nənə bir az fikrə getdi. Sonra isə süfrəni yığışdırmağa başladı.
Artıq səhər çoxdan açılmışdı. Axşam yenə qar yağmışdı. Sallanan buzlardan aydın olurdu ki, axşam çox soyuq olmuşdu.
Gün doğmamış yollardan qarları təmizləyənlər hələ də yollarda idilər. Arabir öz nəfəsləri ilə donmuş əllərini qızdırır, sonra yenə işlərinə davam edirdilər.
Xeyli keçmişdi ki, kəndin girəcəyindən xeyli aşağıda yüksək surətlə hərəkət edən hərbi maşınlar göründü. Maşınlar kəndə girməyə az qalmış surətlərini azaldıb kəndin girəcəyində maşınları saxladılar. Qarşıdakı maşının qapısı açıldı. Bir az keçmədi ki, maşından sürücü aşağı enib arxa qapını ehmalca açdı. Palkovnik maşından aşağı düşüb yolun o biri tərəfinə keçdi. Təxminən 5-6 dəqiqə orada durandan sonra maşına əyləşdi. Bir qədər keçəndən sonra maşınr hərəkətə başladı. Kəndin mərkəzində duran adamları bir az ötüb irəlidə dayandılar. Sürücü tez aşağı düşüb qapını açdı. Polkovnik maşından düşdü. O, irəlidə dayanan kənd camaatına yaxınlaşıb bir az camaata nəzər yetirdi.
Daha sonra uca səslə:
- Zəhmət olmasa, bir dəqiqənizi ayırıb bura yaxınlaşardınız.
Polkovnik cibindən çıxardığı kağıza baxıb yenidə qatlayıb cibinə qoydu.
Əvvəlcə polkovnik cibindən kağızı çıxardanda hamı təəccübləndi. Elə bildilər ki, cəbhədə şəhid olanların adlarını oxuyacaqlar. Amma onu da yaxşı bilirdilər ki, şəhid olanların adını belə gətirib oxumurlar. Polkovnik dərindən nəfəs aldı. Sonra isə üzünü kənd camaatına tutub uca səslə:
- Əvvəla hər birinizi xoş gördük.. Özünüz də bilirsiniz ki, cəbhədə vəziyyət necə ağırdır. Qarşı tərəfdən atılan hər bir mərmi bizim işimizi daha da çətinləşdirir. Onu yaxşı yadınızda saxlayın ki, sizin bizə böyük köməyiniz dəyir. Sizin hər biriniz bizdə arxa cəbhə kimi fəaliyyət göstərirsiniz. Bu gün hər birimiz bir-birimizə dəstək olmalıyıq. Əgər bir-birimizə dəstək olsaq, bu günlərin də öhdəsindən gələ bilərik. Bunu mən demirəm. Bunu tarix göstərir ki, bizim xalqımız mərd, qorxmaz, igid xalqdır. Bu günlərin də öhdəsindən gələrik. Bu sınaqdan da üzü ağ çıxarıq. Polkovnik bir az söhbət edəndən sonra cibindən kağızı çıxarıb üzünü camaaata tərəf çevirdi.
- Bu günlərdə bizlərə bir neçə bacarıqlı, əl qabiliyyəti olan adam lazımdır.
Polkovnik özünə lazım olan adam seçib kənd camaatı ilə sağollaşıb getmək istəyəndə ağsaqqal bir kişi polkovnikin qoluna girib onu saxladı. Polkovnik təəccüblü şəkildə üzünü çevirib baxdı. Ağsaqqal bir az geri çəkilib gülümsəyərək polkovnikə tərəf baxdı: - Ay oğul, bilirik ki, cəbhədə vəziyyət ağırdı, dövlət də əlindən gələni edir, amma biz də bilirik ki, böyük bir kütləni belə bir şəraitdə saxlamaq çətindir. İcazə ver kənd camaatı əlində olandan versin aparın paylayın əsgər balalara ki, qoy görsünlər ki, camaat, el-oba, öz əsgərini, öz döyüşçüsünü, bu vətənin müdafiəçisini heç vaxt unutmur, onları yaddan çıxarmırlar, daima onların yanındayıq.
Polkovnik ağsaqqalın üzünə baxıb gülümsündü. Bir az fikrə gedib daha sonra: - Olmağına olar, amma....
Elə olar sözünü eşidən kimi ağsaqqal:
- Amma yoxdur, bir az gözləyin tez uşaqları göndərək gedib gətirsinlər aparın.
Polkovnik başı ilə razı olduğunu bildirdi. Ağsaqqala yaxınlaşıb:
-Həqiqətən də, bu dar gündə siz bizləri unutmursunuz, daim bizi düşünürsünüz bu elə bizlərə bəsdir. Hər şeyi tapmaq olar. Təki mənəvi cəhətdən əsgərlərimiz zəngin olsun.
Ağ saqqal polkovnikin sözünü səmimicəsinə kəsib:
- Ay oğul, demək lazım deyil. Biz bunu belə görmüşük. Görmüşük ki, vətənin dar günündə hər kəs yumruğunu bir yerə vurmalıdır. O ki qaldı vətənə qarşı olan sevgiyə bax, bax bu damarları görürsən? Bu damarlarda döyüşçü türkün qanı axır. Axı biz tarixən öz torpağımızı, öz elimizi sevən millət olmuşuq. Polkovnikin gözləri doldu. Yox bu göz yaşları adi göz yaşlarından tamamilə fərqlənirdi. Bu sadəcə sevinc göz yaşları idi. Polkovnik vətəni sevən adam, ona bağlı olan adam görmüşdü, belə bir şəxslə birinci dəfə idi qarşılaşırdı. Hüseyn Kazım haqda az da olsa, eşitmişdi. Qəribə idi. Kazım Hüseyni tanıyırdı, amma Hüseyn Kazımı tanımırdı. Bəlkə də üzdən görsə idi tanıyardı.
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdakı İşıq
Short StoryO nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmiş...