6-cı bölüm

1 0 0
                                    

Arabir əsən külək laxtalanmış qan iyini və meyidin iyini adamın üzünə necə vururdusa, beyindəki sinirlər pik nöqtəyə çatır, gözlər yaşarırdı. O artıq bu iydən həzz alırdı. O, əlini sol tərəfdən soxub ürəyini dartıb çıxardı. Ürəyi qaldırıb uca səslə:
- Baxın, bu orqanın günahı çirkli qanını onun bütün damarlarına vuran, beyninə vurub gic-gic fikirlərə salan, bizə qarşı çıxaran orqan olması idi. Artıq o qismən də olsa, bağışlana bilər.
O meyidə üzünü yaxınlaşdırıb:
- Nə faydası var, deyilmi, öləndən sonra bağışlanmağın?
Əsəbi halda:
- Nə oldu? Səsini kəsiblər? –deyərək, əlini meyidin ağzına saldı. Dilini çölə çıxarıb bıçaq ilə bir dəfəyə kəsdi.
- Baxın, bu dili ilə bizdən nifrət etdiyini deyirdi.
Əlindəki bıçağı qaldırıb vurmaq istədi. Amma bıçağı yerə qoyub balaca baltaya bənzər aləti götürüb yuxarı qaldırıb qışqıraraq sağ qoluna iki dəfə zərbəylə necə vurdusa, qol sümükdən qırılıb fırlanıb yerə düşdü.
Qolu əlinə alıb:
- Əclaf, bu əllə bizə silah işlədirdin?
Birdən səs qopdu. Atəş səsi, ardınca qışqırtı, sonra əsirlərin səsi bir-birinə qarışdı. Həyəcan siqnalı, silahlı dəstə içəri girdi. Əsirlər müqavimət göstərmək istədi. Amma müqavimət göstərənlə yerindəcə öldürüldü.
Artıq çox keçmişdi. Üzü bağlı əlində balta yerə sərilmiş biri can verirdi. Kimsə uzaqdan dəqiqliklə snayperlə başından necə vurmuşdusa, güllə arxadan girib, qabaqdan çıxmışdı.
Yenə olanlar oldu. Öldürülənlər öldürüldü. Şübhəli şəxslər tutuldu. Səhəri gün isə dəstə başçıları və bir qrup şəxsin yığıncağı olacaqdı.
Artıq səhər açılmağa, gün doğmağa başlamışdı. Gün iki dağın arasından qalxıb ətrafa öz gözqamaşdırıcı şüalarını yaymağa başlamışdı. Bu gün kaş göründüyü kimi gözəl olsaydı. Bir qrup dəstə maşınlara tərəf addımlayırdı. Bunlar dünən planlaşdırılmış yığıncağa gedənlər idi.
Maşınlar yola düzəlib toz-torpağın içində gözdən itdilər, toz yatanda artıq maşınlar, uzaqda qara nöqtə kimi görünürdü.
...Əvvəlcə müavin içəri girdi.
- Rəis kimə nə sual versə, dəqiq, qısa, aydın cavab versin. Yəqin ki, heç kim ölmək istəmir. Özünüz bilirsiniz necə biridir. Səhv edəni, kəkələyəni bağışlamır.
Artıq bir saatdan çox vaxt keçmişdi. İclas davam edirdi. - Dəstələrin baş rəhbəri qalx. Sən hara baxırsan ki, bu qədər problem yaşanır.O balaca siçovula oxşayan canlı ilə bacarmırsınız, yoxsa necə?
- Bilirsiniz necədir? O şeytan idi. Bacarmaq olmurdu. Narahat olmayın o artıq öldürülüb. 

- Buna bax. Gör mənimlə necə cürət edib belə danışır...Dəstənin baş rəhbərinin köməkçisi, bu gündən sən dəstənin baş rəhbərisən. Sənə gəldikdə isə...Artıq qocalmısan deyə fikirləşirəm.
Bun deyib ayağa qalxıb qışqıraraq:
- Sən necə deyə bilərsən ki, narahat olma olub, bəlkə narahat olmayıb?! Müavin, bu gün bunu o ölən əclafın arxasınca göndərin. Kazımdır, kimdir? Getsin baxsın görsün ölüb, yoxsa yox, mən belə narahat oluram. Getsin bizə dəqiq məlumat gətirsin. Elə bu saat əmr icra olunsun. Əks-təqdirdə əmrin icrasından boyun qaçıranları da bunun arxasınca yola sala bilərik.
Dəstə başçısı artıq itirəcək heç nəyi olmadığını bilərək gülümsəyib: - Mənə canı siz verməmişdiniz ki, siz də alasınız. Bu sözü deyib stolun üstündəki meyvə bıçağı ilə əvvəlcə baş arteriyasını zərbə ilə kəsdi, sonra isə var gücü ilə bıçağı ürəyinə soxdu.
- Heç kim ona əlini vurmasın. Qoyun ölsün, əclafın elə əcəli gəlmişdi. Ölsün!
Yenə mənasız sözlər, yalan vədlər, daha nələr, nələr...
Artıq xeyli vaxt keçmişdi. Baş verənlər unudulmuşdu. Cəbhədə vəziyyət xeyli pisləşmişdi. Planlar heç də ürəkaçıcı deyildi. Düşmən üçün nəticələr olduqca pis idi.
Kazımgilin kəndindən xeyli sayda kişi çağırılıb cəbhəyə yola salınmışdı. Demək olar ki, düşmən qüvvələrinin hər zərbəsinə qarşı inadla, cəsarətlə mübarizə aprılırdı. Hüseynin qardaşı Həsən o balaca dəstələrdən birinə başçılıq edirdi. Düşmən qüvvələri bu məğlubiyyətlə heç cür barışa bilmirdi. Həsən yaxşı başa düşürdü ki, düşmən qüvvələri hər an ən balaca səhvdən istifadə edib onların qüvvələrini məhv edib lazımı yüksəkliyi ələ keçirib gediş-gəliş yollarına tam nəzarəti ələ keçirib bizim qüvvələri blokadaya salaraq qıra bilərdi. 
Hərbi hissədə hər şey qaydasında gedirdi. Növbələr gücləndirilmiş rejimdə işləyirdi. Səhəri gün Həsən kiçik qrupla düşmən bölmələrinin içərisinə girib xeyli sayda əsir götürüb geri gəlməli idilər. Bu tapşırıq sadə görünsə də, çox çətin və əziyyətli bir iş idi. Düşmən qüvvələrinin sayı az olsa da, əllərindəki silahların çoxluğu ora basqın etməyi çətinləşdirirdi. Həm də düşmən qüvvələrinin meşəlik ərazidə yerləşməsi vəziyyəti daha da çətinləşdirirdi. Tapşırıq gecə vaxtı yerinə yetiriləcəkdi. Elə bir vaxt edilməli idi ki, düşmən qüvvələri bundan tamamilə xəbərsiz olsun. Həsən ilk öncə öz qüvvələrini bir yerə yığıb onlarla danışmağa başladı. 
- Mənim igidlərim, biz bu gün burada olmasaq, bizim uşaqlarımız beşikdə rahat yata bilməz, məktəbdə rahat oxuya bilməz. Əlbəttə bizim atalarımız, babalarımız öz torpaqları uğrunda mübarizə aparmasaydılar, vətən uğrunda qan tökməsəydilər biz bu gün olmazdıq. Baxın! Bu torpaqlar hansısa heyvanın əlində, onun tapdağı altında ola bilərdi. Biz bu gün son qanımıza kimi mübarizə aparmalıyıq ki, babalarımızın əziyyətini yerə vurmayaq. Axı onların axan qanı əbəs yerə tökülməmişdi. Qoy gələcəkdə bizim davamçılarımız bizim adımız gələndə fəxr hissi ilə desinlər ki, baxın biz bu nəslin davamçılarıyıq. Qorxmazıq, igidik, cəsuruq. Yoxsa adımız çəkiləndə başlarını yerə dikməsinlər. 
Həsən demək olar ki, xeyli danışdı. Sonra bütün işləri tamamlayıb, hər şeyin hazır olduğunu bilib, şəxsi heyyətə bir də istirahət verdi.
Saat 04:00-ı göstərirdi. Həyəcan siqnalı verildi. Bölmə səs salmadan oyanıb tez hərə öz yerini tutdu. Həsənin ilk komandası ilə onun kiçik qrupu sərhədə yaxınlaşdı. Meşəlikdə gecə vaxtı itməmək üçün onlar bir-birinə yaxın hərəkət edirdilər. Həsən yaxşı bilirdi ki, bu saatda istər düşmən qüvvələrini, istərsə də öz qüvvələrimizi yuxu tutur. Buna baxmayaraq Həsənin dəstəsi gümrah görsənirdi. Ona görə ki, onların qəlbində vətən eşqi döyünür, hər an belə ölümün gözünə dik baxa bilirdilər.
Öncə iki nəfərlik qrup öndə gedərək növbədə duran əsgərləri sıradan çıxardılar. Tez bir zamanda xeyli irəli getdilər. Bacardıqlar qədər səssiz hərəkət edirdilər. Birdən bir atəş səsi tamamilə hər şeyin pozdu. Artıq oyanış olmuşdu. Həsəngil teztələsik mövqe tutub atəş açdılar. Qruplarında bir-iki nəfər artıq yaralanmışdı. Uzun müddət mübarizə getdi. Nəticədə xeyli sayda düşmən əsgərləri öldürdülər. Sonda qələbə çaldılar.Yaralananlar olmasına baxmayaraq qələbə əzmi, sevinc hissi bunu onlara unutdurdu.
Qrupun müəyyən hissəsi mövqedə möhkəmlənmə işləri aparmaq üçün meşəlikdən çıxıb öndə yerləşən səngərlərə getdilər.
Bu hal artıq tez-tez təkrarlanırdı deyə Həsəngil üçün adi bir şeyə çevrilirdi.
Əlbəttə cəbhədə yeni qruplara ehtiyac var idi. Ona görə də yenidən çağırışa ehtiyac duyulurdu.

Qaranlıqdakı İşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin