Nazim gecə yarısı yuxudan dik atıldı. Çöldə nəsə qəribə səs eşidilirdi. Bu səs onun heç də xoşuna gəlmədi. Yaxınlıqdakı atılan mərminin səsi eşidildi. Növbəti səsdə isə Nazim boynunda bir təzyiq və ağrı hiss elədi. O, gözünün önündə böyük bir partlayışın işığını hiss elədi. Nazim huşunu itirdi.
Çox təəssüf ki, atılan mərmi Nazim olan tibb məntəqəsinə düşmüşdü. Nazim olduğu otaq da daxil olmaqla tibb məntəqəsinin yarıdan çoxu dağılmışdı.
Az keçmişdi ki, səs-küy qopdu. Qısa müddət ərzində yaxınlıqdan tibb maşınları gəldi. Yanğın söndürənlər gec gəlməyinə baxmayaraq yanğın vaxtında söndürüldü.
Ətrafı bürümüş səs insanı vahiməyə salırdı. Hava elə bil ki bu hadisələrin olacağını hiss edib deyə daha da şiddətli dərəcədə soyuq idi. Həkimlər, tibb bacıları bir təhər yaralılara ilkin tibbi yardım göstərir, maşınlara mindirib yola salırdılar.
Nazim təcili olaraq yaxınlıqdakı tibb məntəqəsinə çatdırıldı. Onun halı çox ağır idi. Sifəti yanmış, bədəni isə ağır daşların altında qaldığına görə sümüklərinin çoxu sınmışdı. Nazim çox ağır, şiddətli ağrılar hiss edirdi. Ona tez-tez dərmanlar vurulur. Keyidici iynələr vurulurdu ki, bəlkə bir az rahat ola. O, böyük bir palataya yerləşdirildi. Palataya girmək isə mümkün deyildi. Səsküy, gələn qoxu adamı dəhşətə gətirirdi.
Bir həftə keçmişdi. Nazim artıq az da olsa özünü yaxşı hiss edir barmaqlarını hərəkət etdirirdi. O, başını sağa çevirib baxanda qəribə bir mənzərə ilə rastlaşdı. Sanki o, düz yolda yeridiyi yerdə onun sinəsindən kimsə vurdu. O, gözlərinə inanmadı. Bu ki, həmin qızdır. Onun qatarla cəbhəyə gəldiyi ilk gün yadına düşdü. Gözləri doldu, kövrəldi. Xeyli o vəziyyətdə qaldı. O öz sevgisini ona açıb demədiyinə peşman oldu. Birdən beynində bir qığılcım oyandı:
“Sən nə danışırsan? Ona? Səninlə vuruşan düşmənin damarlarından axan qandan olan bir qıza öz sevgini deyəcəkdin”. Nazim bir az özü ilə mübahisə apardı xeyli vaxt keçmişdi ki, Nazim yorulub yuxuya getmişdi. Gecə yarısından artıq çox keçmişdi. Nazim həkimlərin səsinə oyandı.
- Yaz, ölüm saatını qeyd elə.
Nazimə sanki bu yuxu kimi gəlirdi. O, həyatın necə də amansız olduğunun bir daha şahidi oldu. Həyat onun əlindən istədiklərini almışdı. Bir bu qalmışdı ki, onu da etdi.
Nazim səhərə yaxın onları yoxlamağa gələn tibb bacısı tərəfindən hərəkətdə olduğunu gördü. İlk öncə elə bildi ki, yatıb, nəbzini yoxladı, gördü ki, nəbzi yoxdu. Həkim əlindəki kağızı çevirib arxasına Nazimin ölüm saatını qeyd etdi və tibb bacısına onu morqa aparmağı tapşırdı.
Əli baba yerindən birdən oyandı. Bu hal heç də onun xoşuna gəlmədi. O, yerindən qalxıb çölə çıxdı. Hava təzəcə işıqlanırdı. Xeyli oturduqdan sonra kənddə olan cavanları yada saldı. Bala, siz ki, Vətənin dar günündə öz evinizdən, öz isti yatağınızdan çıxıb o soyuq havada düşmənlə üzbəüz durmusunuz. Bu Vətənin çörəyi də, sizə qoyulan hər bir əziyyət də sizin halal xoşunuz olsun. Bircə mənim də övladlarım da öz evinə şad xəbərlə, sağ-salamat qayıdardı. Başqa heç nə istəmirəm.
Gecələr gündüzləri əvəz edir. Ay çıxır qaranlıq düşür., gün çıxır hər tərəf, yer al işığa qərq olur. Belə-belə günlər bir-birini əvəz edirdi.
Əli baba nəyin necə olduğunu, son günlərdə yuxuda gördüklərini heç unuda bilmirdi. Bu yuxular onu təngə gətirmişdi. Getdikcə yazıq kişi haldan düşürdü.
- Ay Əli, Əli.
Asta səslə bir necə dəfə öz-özünə təkrarladı. Gözlərini yumub əsən küləyin səsini eşitməyə çalışdı. Sanki o bundan can alırmış kimi getdikcə də özünü sırf o səsə hipnozlaşdırırdı.
Aler maşını saxladı. Tez tələsik durub arxanı açdı. Kazımı bükdüyü parçanı açdı.
Gülərək:
- Sağsan, deyəsən, hələ yaşayırsan?
Kazım hələ də şokda idi. Necə oldu ki, onu rahat buraxdı, öldürmədi.
Aler gülərək:
- Dirilsən əvəzində nə edəcəksən? Oradakı cəlladı öldürməlisən. Qorxma hamı elə bilir ölmüsən. Var ikən yox kimi bir şeysən.
Kazım nə deyəcəyini bilmir, ona görə də razılaşır.
Xeyli vaxt keçdi. Həsən sağalmışdı.
Həsən asta addımlarla qoca maşın sürücüsünə yaxınlaşdı. Onun yanında oturdu. O qoca kişi danışanda Həsən rahatlaşırdı.
- Ay dayı, siz danışanda rahatlayıram. Mənə elə bil yenidən güc verirsiniz.
Qoca kişi asta səslə:
- A bala, adamı həyat bişirir. O dərəli-təpəli yollar adama səhvi, düzü başa salır. Elə bilmə ki, əvəzsiz sənə nəsə verir. Verdiyi şeyin qarşılığında da mütləq səndən nəsə alır.
Qoca gülümsəyərək asta səslə:
- ala, heç istədiyin, sevdiyin olubmu?
Həsən qocanın gözlərinə baxıb:
- Sevgimi? Olmayan bir şeyin yaradılışı, yaradılışı isə mümkün olmayan bir şeyin varlığı.
Qocaya çox nəzakətli bir şəkildə:-Bala, belə başa düşdüm ki, sevməmisən.
Həsən dərindən nəfəs alıb.
- Bəs nə vaxt sevəcəm?
- Digər itmiş parçanı tapan kimi, çünki, həqiqi sevgi sənin bu dünyadakı itmiş parçalarından biridir.
Həsən dəli kimi gülərək:
“Sevmək? Ağıllı adam da sevər? Bilə-bilə ki, o səni sevmir. Qarşılıqsız sevginin olacağını bilən hansı ağıllı bir canlı sevər ki? Bunu etmək üçün ya dəli olmalısan, ya da ki....” Həsənin elə bil dərdi açıldı.
- Mənim istədiyim var idi. Mən özümü özüm olduğum üçün yox, o, qəlbimdə olduğu üçün sevdim. Amma belə bir şey də var da qadının verdiyi məhəbbət gündüz çıxan ay kimi
olmamalı, gecə çıxan ay kimi olub sevgini aydınlatmalıdır.
Həsən kədərləndi və yenə sözünə davam etdi.
- Kim demiş günəş batanda qaranlıq çökdüyünü. O mənim ayım idi. Qaranlıqda yolumu aydınladan insan idi.
Qoca gördü ki, Həsən pis olur. Əlini çiyninə qoyub:
- Oğul, sevgidir. Bu yolda sevilirsən də, tərk edilirsən də. Bilmək olmur ki.
- Mən onu əsl insanların sadə sevgisi ilə yox, sadə insanların əsl sevgisi ilə sevmişdim.
Həsən həqiqətən də çox acı bir sevgi yaşamışdı. Onu istədiyi atıb getdikdən sonra çox ağır günlər yaşamışdı. O gün olmamışdı ki, onu fikirləşmədən keçsin. Həsənin sevgisi uğursuz alınmışdı. O balacalıqdan sevdiyi qıza uzun müddət keçdikdən sonra hisslərini aça bilmişdi.
İlk başlarda qız naz etsə də, sonradan razı olmuşdu. Həsən o qıza görə ölümə belə gedə bilərdi. O, yaxşı bilirdi ki, sevdiyi qıza görə ölmək çətin iş deyil. Çətin olanı o qıza görə hətta ölə bilməməkdir.
Uzun müddət davam edən münasibətləri bir səhv başadüşmənin sonunda dağıldı. Sevgi belədir. Bu sevgidə qadın ya sevir, ya da nifrət edir. Ortası yoxdur. Qız ilk başdan çox qısqanırdı. Qısqanclıq hissi onları uçuruma apardı.
Həsən çətin qərar verdi və ayrılmağı çıxış yolu kimi gördü.
Əslinə qalsa idi, qız onu çoxdan tərk etmişdi, sadəcə onu sındırmamaq üçün belə edirdi. Həsən ayağa qalxdı. Bilirsiniz necədir? Sizə qarşı böyük hörmətim var, amma sevməyə qaldıqda sevgi asan bir şey deyil, oyuncaq deyil. O tərk etdi. Uduzan da o olacaq. Gedəni saxlamazlar. Sevsəydi getməzdi. Getmişdisə, deməli, sevmirmiş. Sevməyin üçüncü bir variantı yoxdur ki. Sevən şəxs ya sevir, ya da sevmir. Üçüncü bir variant varsa, bu artıq sevgi deyil cəfəngiyyatdır.
Uzun söhbət getdi. Nəhayət ki, Həsən yorulub yerə oturdu. Sağolaşıb oranı tərk etmək istəyəndə: - Bu günə qədər mənə çox məsləhətlər vermisiniz. Yadımdan çıxmayan isə sizin bir sözünüz oldu. Sevginin gözü həqiqətən də kor imiş. Artıq yazın gəlişinə doğru aylar bir-birini əvəz edirdi.
Həsən otağa girdi. Hava yaxşılaşsa da, gecələr çöldə güclü şaxta var idi. Soyuq gecə adamın qanını dondururdu. O yerinə oturdu. Ancaq sevməyin necə bir əzablı hiss olduğunu fikirləşirdi.
Sevgi balaca uşağın təpəni üzüaşağı qaçması kimidir. Həm sevinc, həm də yıxılmaq qorxusu olur. Sevgi onu çox sarsıtmışdı.Olmursa, məcbur etmək lazım deyil, əslində. Ya xəyalların qırılır, ya da ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər onları heç gözləmədiyində reallaşır.
Həsən gözləməyi elə də xoşlamırdı. Çünki bir dəfə gözləyib məyus olmuşdu. İkinci dəfə bu hissə qapılmaq istəmirdi.
O, kağızı götürüb bir not yazıb sağındakı divara yapışdırdı.
“Xoşbəxt olmadığın biriylə xoşbəxt görünməyə çalışma. Olan xoşbəxtliyə olar.”
Kazım yola çıxdı. Ayağındakı ayaqqabıların qarla qarışmış palçığını təmizləmək üçün ayaqqabıları 2-3 dəfə möhkəm yerə çırpdı. O artıq tam olaraq qisasını almışdı. Amma yenə geri dönüb bu əzabdan bir dəfəlik xilas olmaq istəyirdi.
Həsəngilin keçirdiyi əməliyyat uğurlu alınmışdı. Buna baxmayaraq yaralanan çox idi.
Aradan xeyli müddət keçdi. Həsən öz dəstəsini yenidən ayaqüstə sağalıb ayağa qalxması münasibəti ilə bir yerə topladı.
- Əvvəlcə sizləri xoş gördük. Bu gün əldə etdiyimiz bu uğur mənim, sizin və ya bizim deyil. Bu uğur qanı tökülmüş hər bir qəhrəmanımızındır. Xalqımızın uğurudur. Bilirsiniz, bu günü sevirəm. Analar bilirlər ki, övladları boş yerə ölmədilər. Artıq onların üzündə sevinc hissi yarana bilər. Ona görə ki, məhz bu gün əldə etdiyimiz uğurda onların da əziyyəti oldu. Həsən ayrılanda bir-bir hər kəslə görüşdü.
Aparılan əməliyyatlar nəticəsində əsirlikdə olanların əksəriyyəti qurtarıldı. Bəziləri isə düşmən əlində qalmasın deyə özlərini öldürmüşdülər.
Artıq acı sona çatırdı. Kimsə təminat vermişdi ki, ölkə daxilindəki murdarlardan xilas olacaq. Kazım artıq başa düşdü ki, o evdə diri-diri yandırılmış ana və bacısının, meyidinin başına min oyun açılmış atasının ruhu rahat olacaq.
Kazım əllərini göyə qaldırdı. Hal-hazırda hər bir şeyə görə Allaha öz təşəkkürünü bildirdi. Evə dönməyin vaxtı idi. O, sevinc içində yola düzəldi. Artıq buradan o tərəfə yol yox idi. Çöl ilə getməli oldu. Kəndlərinə çatmağa az qalmış nəsə səs eşitdi. Arxaya çönüb baxmaq istəyəndə içində, bədənində ağrı hiss etdi. Əlini kürəyinə apardı. Qan axırdı. Onun gözləri qaraldı. Yerə yıxılıb üzüyuxarı təpəni çıxmağa davam etdi. Budur uzaqdan gecə vaxtı kəndlərinin işığı görsənirdi. O özünü ölümə təslim etdi.
- Öz torpağımda ölmək qismət olacaqmış.
O gözlərini kəndlərinə yönəltdi. Qaranlıqdakı işığa baxaraq əbədiyyata qovuşdu.
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdakı İşıq
Short StoryO nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmiş...