8-ci bölüm

0 0 0
                                    

“Hörmətli sərnişinlər, zəhmət olmasa, yerlərinizi tutun.”
Nazim tez tələsik çantalarını götürüb, qatara girdi. Əlində bileti tutub yerini axtardı. Buyurun, cənab, sizə köməklik lazımdır?
- Çox sağ olun, bu bilet indi çıxacaq qatara minik biletidir, amma yerini dəqiq bilmirəm.
- Cənab, baxın biletinizdə qeyd olunub 13№ -li qatarda 61-ci kupe.
- Çox sağ olun, köməkliyiniz üçün təşəkkür edirəm.
- Dəyməz, cənab, buyurun. İşimizi, öz vəzifəmizi yerinə yetiririk.
Nazim nəhayət gəlib kupeni tapdı içəri girdikdə qadın əyləşmişdi. O, əvvəlcə bəlkə səhv gəldiyini hesab etdi, arxaya çevrilib nömrəyə baxdı. Baxdı ki, bu kupedi.
- Xanım, salam, siz bu kupedəsiniz, yoxsa mən səhv gəlmişəm?
- Yox cənab, bileti verin baxım bəlkə ola bilər.
- Buyurun xanım., ola bilər.
- Yox cənab düz gəlmisiniz.
- Xanım, burda otursam sizi narahat etmərəm ki?
- Yox cənab o nə deməkdir? İkimiz də yol gedirik, burada narahat olası nə var ki, yol yoldaşı olarıq, söhbət edərik vaxt tez keçər.
- Xanım, yenə də olsun, nəsə lazım olsa qatar başçısı ilə danışaram məni baş kupeyə keçirərlər. - Cənab, ehtiyac yoxdur.
Nazim əyləşdi. Birdən qalxıb ortalığa atdığı çantaları yerləşdirmək istədi, yadına düşdü ki, çantada içki var. Onu çıxarıb çantanın yanına qoydu.
- Xanım zəhmət deyilsə masanın tutacağını açın, aşağı salın.
Nazim əlindəki içkini masanın üzərinə qoydu.
- Xanım, zəhmət olmasa gözləyin gəlirəm.
Nazim bunu deyib kupedən çıxdı. Bir də yenidən qapını açıb:
- Bu da içkini içməyimiz üçün gətirdim.
- Cənab, mən istəmirəm, mən sipirtli içki qəbul etmirəm.
- Xanım, o evdə hazırlanan bir şeydir, spirtli içki deyil. Buyurun süzün dadına baxın.
- Cənab, elə deyirsinizsə, yəqin ki yaxşı olar. Süzüm baxım onda.
Xanım içkini götürüb əvvəlcə bir az içdi. Həqiqətən də özünəməxsus dadı, spesifik iyi var idi.

Cənab, çox gözəl dadı var, xüsusən də çox xoşagəlimli iyi var.
- Xanım, dedim axı xoşunuza gələcək. 
Nazim bir az içib müxtəlif yerlərdən, müxtəlif mövzulardan söhbət etdilər.
- Cənab, heç burdan gəlib hara getdiyinizi demədiniz.
- Xanım, mən, deyib bir az fikirə getdi.
- Xanım, vətən darda, bizlər isə evdə rahat otura bilməzdik.
- Cənab siz əsgərsiz, çox şad oldum, sevindim ki, Vətənimizin müdafiəçisi ilə yol yoldaşı oldum.
- Xanım, biz üç qardaş idik. Müharibənin ilk günlərində qardaşımı apardılar. İndi ondan xəbər yoxdu. Sağ qalıbsa lap yaxşı, ölübdüsə əgər şəhidlik zirvəsinə ucalıb.
- Cənab deyəsən yaralı yerinizə toxundum, üzürlü sayın.
- Yox, yox nə üzrü? Bu yara təkcə mənim deyil, bu yara bütün xalqın yarasıdır.
Bir də söhbət etdilər. Birdən Nazim soruşdu.
- Xanım, siz harda olursunuz, harda işləyirsiniz?
- Hörmətli sərnişinlər, növbəti stansiyada düşənlər hazırlaşsınlar.
- Çox təəssüf edirəm gələn dəfə görüşəndə.
Nazim artıq olacağa çarə yoxdur deyib xanımla sağollaşdı.
Qatar yolda bəzi hissələrdə yavaşlayır, bəzi hissələrdə isə
surəti artırırdı.
Səhər doğan günəş buludların arxasına girir, az müddətdən
sonra təkrar çıxırdı.
Həsəngil artıq əldə olunmuş mövqeləri daha da möhkəmləndirmişdi. Kəşfiyyat məlumatlarına görə axşam düşmən tərəfindən basqın olacaqdı. Həsən öz dəstəsinə mövqelərdə möhkəm olmaq tapşırığını verib getdi.
Axşam düşdü. Ay öz işığı ilə hər tərəfi aydınlaşdırdı. Hava sanki dayanmışdı. Nəfəs almaq çətinləşirdi. Arada zəif külək əsirdi.
Birdən partlayış oldu. Atılan mərmi səngərin içindəki mövqedə duran əsgərin düz yanına düşdü. Düşmən tərəf itirilmiş mövqelərin əldən çıxması ilə barışmayıb əks hücuma keçmişdilər.
Qorxu, həyəcan içində əsgərlər o tərəfə- bu tərəfə qaçır, çaşqınlıq içində nə edəcəklərini sanki yaddan çıxarmışdılar. Atılan növbəti mərmi Həsənin olduğu çadırın 50 metrlik yaxınlığına düşdü. Mərminin zərbə dalğası xeyli əsgərin qulağını kar elədi. Həsən artıq yaralanmışdı. Məcbur olub geri çəkilməli oldular.
Əvvəlki mövqeyə yaxınlaşıb, hücum edən düşmən qüvvələrinin qarşısını aldılar. Xeyli itki var idi. Vaxtında gələn dəstək Həsəngil üçün xeyli kömək oldu. Təzə gələn dəstələr mövqeləri tutub yaralı olanların döyüş meydanından təxliyəsi üçün şərait yaradırdılar.
Artıq iş qarışmışdı. Cəbhənin fərqli hissələrində təbliğatlar edilirdi. Düşmənin hər hücumu qətiyyətli, inadla mübarizə aparılırdı. Nəhayət uzun çəkən qarşıdurmadan sonra tərəflər tam sakitlik yaratdı. Ən axırıncı mərmi düşmən tərəfindən atıldı. O da ki, cəbhənin önündən 100 m irəli düşdü.
Həsən öz yarasını bağlayıb tibb düşərgəsindən çıxmağa çalışanda baş tibb bacısı qarşısını kəsərək :
Cənab kapitan, siz gedə bilməzsiniz, hələ sizin sağalmağınıza ehtiyac var.
Həsən gülümsəyib, əli ilə ürəyinin üstünü sıxdı. - Mənim bir yerim yaralıdı, o da ki, bax bu qəlbim. Vətən yarası. Uzun illər sağalmayan yara budur. Bu yara mənə heç nə etməyibsə, qolumdakı bu sıyırıq mənə nə edəcək?!
Baş tibb bacısı gördükdə ki, Həsəni yolundan döndərmək çətin olacaq yenə də cəhd eləməyə çalışdı.
- Cənab kapitan, baxın siz olmasanız bu qrupu., bu dəstəni kim idarə edəcək., kim rəhbərlik edəcək? Mən, yoxsa sürücü Əhməd, yoxsa tibb bacısı Gülnar, yoxsa Nigar həkim? Görürsüz heç kim bu qrupa, dəstəyə başçılıq edə bilməz.
Həsən bir anlıq özünü yuxuda kimi hiss etdi.
Yaxşı, amma yaramı sarıyın tez getməliyəm.
Baş tibb bacısı tez tələsik stola yaxınlaşıb
- Zəhmət olmasa bura yaxınlaşın, əyləşin, həm mənə rahat olsun, həm də ki sizə.
Baş tibb bacısı yaraya baxanda üzünün ifadəsi dəyişdi.
Qaşlarını çatdı, üzündə qəribə bir qorxu hissi yarandı.
- Noldu, deyəsən,qorxdunuz?
- Yox, dəhşətə gəlirəm ki, siz bu yara ilə necə hərəkət edirsiniz? Mərmi düz elə yerdən dəyib ki, bir az da yana dəysəydi qolunuz iflic ola bilərdi.
Həqiqətən bəxtiniz gətirib.

Bəxt? Yox sadəcə Allahın saxlamaq istədiyini bəndə yıxa bilməz.
Baş tibb bacısı gülərək
- Belə? Allaha da qurban olum, əsgərinə də. Qəribə bir mühit yarandı. Həsən asta səslə, bir az əsəbi sözlərlə
-Baş tibb bacısı, bilirəm bir az qorxudan, bir az həyəcandan özününzü qəribə hiss edirsiniz. Danışıqlarınıza tam olaraq nəzarət edə bilmirsiniz. Demirəm pis başa düşün bu bizdə də olur. Amma öz hisslərimizi cilovlamağı bacarırıq.
Həsən baş tibb bacısının bir az üzüldüyünü görüb əli ilə üzünə tökülən tellərini yana çəkib
- Bax bu üzə o qəmgin üz ifadəsi yaraşmır axı. Bu üzə gülmək, sevinmək daha çox yaraşır.
Artıq baş tibb bacısı çiynə girmiş mərmini çıxardıb, yaranı dezinfeksiya edib, sarımışdı.
Həsən ayağa qalxdı. Sarğını bir az möhkəm bağlasa da, Həsən heç bir şey hiss etdirmədən:
- Çox sağ olun, bu yaxşılığınızı unuda bilmərəm.
- Yox, nə yaxşılıq sadəcə öz vəzifəmi edirəm. Yaranı ağrıtmamışam ki? Sarğı möhkəm oldu, deyəsən. Yavaşca sarğını bir az boşaldım.
Yenidən ehmalca sıxdı.
- İndi yaxşı oldu deyəsən, ağrıtmır ki?
Yox, öz işinizin ustasısınız. Heyranam sizin kimi adamlara.
Həsən tez sağollaşıb çölə çıxdı gördüyü mənzərə onun xoşuna gəlmədi. İstər-istəməz gözləri doldu.
- Necə oldu axı harda səhvlik etdim görəsən? Necə oldu ki, tutulmuş mövqe əldən itirilə bilər. Bu mövqe öz gücümüzlə alınmışdısa, necə oldu ki, onların qarşısını saxlaya bilmədik.
Ayağı ilə yerdəki qar topasına necə vurdusa, qarın altındakı buz ayağına dəyərək ona maneçilik törətdi. Həsənin bir az ürəyi soyusun deyə təkrar-təkrar üç-dörd dəfə təpiklə zərbələr endirdi.
Çox dəhşətli bir mənzərə var idi. Xərəklərdə aparılan meyidlər, bəziləri isə hələ də can verir, qaçan tibb işçilərinin səsi, ardı-arası kəsilməyən soyuq külək tam qorxulu bir mənzərə yaradırdı. Axşam havanın çox soyuq keçməsinə baxmayaraq, səhər hava normal idi. Havanın qızması nəticəsində ağaclardan sallanan buz parçaları qarın içərisinə düşərək qarın üzərində fərqli görünüşlər yaradırdı.
Bugün dünən baş verənlərə görə yoxlama gəlməli idi. Həsən yaxşı bilirdi ki, hər bir vəziyyətdə o düz olacaq. Çünki əldə olunmuş mövqeləri geri qoyub, tərk edib çəkilməsəydi xeyli sayda itki olardı. Bəlkə də qüvvələrdən xeyli sayda ölü və əsir ola bilərdi.
Həsən gələn yoxlamanı görənədə dəhşətə gəlmişdi. Bu ki elə əsas istiqamətdə bir vaxtlar hücum gedəndə öz bölmələrini bilərək güdazaverən idi. Necə olub ki, bu sərbəst qalıb. Həsən gələn yoxlamanı qarşılayıb söhbət edəndən sonra onları ətraf ilə tanış etdi. Olanları izah etdi. Nə qədər eləsə də, onun adını yadına sala bilmədi. Nəhayət yoxlama gedəndən sonra Həsən adı yadına salıb.
- Necə oldu ki, yadıma düşmədi? Qasım bəy. Bəy nəslindən olsa da bəy kimi heç bir hərəkəti olmayıb, heç olmayacaq da. Satqın gəlmisən, satqın da gedəcəksən.
Cəbhədə vəziyyət istənilmədən dəyişilirdi. Bəzi istiqamətlərdə bizim qüvvələr üstünlüyü ələ almışdılar. Yenə də ön istiqamətlərdə bizim bölmələrin vəziyyəti gərgin idi. Buna görə də gərgin vəziyyətdə mübarizə aparmaq lazımı yüksəklikləri ələ keçirmək lazım idi.
Nazim uzun yoldan sonra artıq enəcəyi stansiyaya az qalmışdı. O hazırlaşdı. Çantalarını təzədən yoxladı. Sənədlərini yenidən nəzərdən keçirdi. Qatar dayanan kimi iti addımlarla endi. Tez-tələsik vağzaladan keçən şəxslərə yaxınlaşıb hərbi komissarlığın harda olduğunu soruşdu. Təxmini ünvanı alıb hərəkət etmək istəyəndə ona elə gəldi ki, onu izləyirlər. O geriyə dönüb baxmaq istəsə də özünü şübhələnən şəxs kim göstərmək istəmədi. Ara küçələrə girdi. Çalışdı ki, öz izini itirsin geriyə dönüb baxanda heç kim yox idi. Bəlkə də ona elə gəlirmiş. Ola bilərdi.
Nazim soruşa-soruşa gəlib komissarlığı tapdı. Uzun müddətdən sonra onun nəyə gəldiyi ilə maraqlanan tapıldı.
Artıq göndərişdən üç gün keçmişdir. Nazim hərbiçi yoldaşı ilə sərhədin kənarında at ilə gedirdi. Yoldaşlardan biri uca səslə Basqın!!
Elə bunu deyən kimi atlardan yuvarlanıb yerə uzandılar.
- Nə oldu.
Nazim düz qarşıdakı binada düşmən paltarında snayperçi var. Bizi görən kimi qaçıb ora girdi. Onu tanıyıram. O qız çox sərrast snayperistdir.
- Nazim gülümsəyərək, onsuz da qız snayperestlərin hamısı ən pisi belə yaxşı oğlan snayperestdən sərrast atır.
- Yaxşı, Nazim, elmi cümlələrlərin yeri deyil. İndi bir azdan biz də quşların, çaqqaların yemi olacağıq.
O nişan alıb atəş açdı.
- Bax orda kimsə görünürdü.
Nazim əsəbi şəklidə sən neylədin? Dəlisən sərhəddə yaxın bir yerdə atəş açırsan ki tökülüb bizi burda dərmə-deşik eləsinlər. Onlar xeyli uzanıq vəziyyətdə qaldılar, atlar isə dərəyə girib orda otlaya-otlaya hərəkət edirdilər.
Nazim silahı çiyninə keçirib balaca silahını çıxarıb
- Yox gedib yoxlayacam.
- Mən də gələcəm.
- Yox ehtiyac yoxdur.
- Başa düşmədim, deyəsən, tək qəhrəman olmaq istəyirsən.
- Mən? Mən şöhrətpərəst deyiləm, deyirəm ki, birimiz ölsək də belə qoy o birimiz gedib nəsə edə bilsin.Yoxsa ikimiz də girib meyid olmayaq. Yaxşı, gəl binanı kənardan mühasirəyə al. Gələn olsa, birdən uzaqdan kimisə görsən, xəbər elə geri çəkilək.
Onlar asta-asta, aşağı çökmüş şəkildə irəliləyirdi. Nazim geri çevrilib:
- Nolub deyəsən qorxudan nəfəs almağı da yaddan çıxarıbsan?
Bax sən burda dur içərini yoxlayıb gələcəm.
Nazim əvvəlcə, ehtiyyatla qapıya yaxınlaşdı, içəri girdi. O, biri otağa girdi, düz pəncərənin alt tərəfində gördüyü mənzərə onu dəhşətə gətirdi.
- Necə oldu? Bu sənsən? Gözlərimə inana bilmiərəm.
Nazimin sifətindəki ifadəni sözlə ifadə etmək mümkün deyildi. Sadəcə üz ifadəsinə baxmaqla duymaq yox, qismən də olsa anlamaq olardı ki, bu o olardı. Deməli sən snayper qızsan? O nə edəcəyini bilmədi. Bir tərəfdən dövlət, millət, Vətən qarşısındakı borcu yadına düşdü, birdən də sevgi, məhəbbət, qadına qarşı silah işlətməyi özünə yaraşdırmırdı. Atəş açdı tez-tələsik çölə çıxdı.
- Noldu? Gördün dedim kimsə var.
- Hə onu vurdum o ölüb artıq.
- Yox onu görmək istəyirəm ki, görüm o kimdi.
Nazim nə qədər çalışsa da, onu fikrindən döndərə bilmədi. O, içəri girdi. Xoşbəxtlikdən qız yerdə uzanmış vəziyyətdə idi. Bayaq onun vurduğu güllə çiyninə dəydiyinə görə qan bütün paltarı bürümüşdü. O, silahı doldurub atəş aşmaq istəyəndə Nazim uca səslə əsəbi halda:
- Sən dəlisən? Onsuzda düşmən dəstələri açılan iki mərmi səsinə harda olsa, töküləcək, deyəsən, sən bizim dəqiq yerimizi bildirmək istəyirsən.
O Nazimin düz dediyini görüb silahı yığışdırdı.
- Yaxşı tez burdan uzaqlaşaq.

Artıq ay gözəlliyi ilə adamı heyranedici şəkildə bədirlənmişdi. Açıq havada ulduzlar səmaya tam başqa bir gözəllik verirdilər. 
Nazim gecə yarısı həmin yerə yenə gəldi. Nə qədər sərhəddi keçməyə çalışsa da, buna ürək edə bilmədi. Tam arxayın deyildi ki, orda olar.
- Mən onun yerində olsaydım orda qalardım?
Əlbəttə ki, yox. Bəs o niyə qalsın?
O, cəsarətini toplayıb ora yaxınlaşdı. Artıq ölüm onun gözünə görsənmirdi. Gördüyü mənzərə onun tam fikrini yanıltdı.
- Sən? Necə oldu ki, geri döndün?
- Axı sən axmaq deyilsən, burda qalıbsan?
- Mən axmaq deyiləm, bəs sən ki, axmaqsan, məni niyə öldürmədin? Niyə yaşamağıma icazə verdin?
- İcazə verdim düz deyirsən. Çünki səni tək öldürmək istəyirdim. Bəlkə o ola bilər.
Qız gülümsəyərək:
- Sən? Öldürmək istəyən eləyər, deməz onu.
Uzun uzadı söhbətdən sonra, nəhayət, Nazim qıza yaxınlaşdı. Əli ilə qızın qoluna basdı. Yaranı görüb özünü toparladı.
Bunu ki sarımaq lazımdır. Nazim qızın əlini çəkib, bağladığı sarğını açdı.
Güllə içəridə qalıb. Belə iş görürlər? Bunu çıxarmaq lazımdır.
- Nə mən siz tərəfə, nə də ki siz mən tərəfə keçə bilərsiniz. Ona görə də indi durub gedirsiniz.
Uzun sürən sakitlikdən sonra qız üzünü Nazimə tutub:
- Axı siz bilirsiniz sizi tutsalar nə edəcəklər?
Nazim gülərək asta səslə:
- Sizinkilər? Yox qorxmuram, ölümdü də harda olsa, gəlib tapacaq.
Qız gülə-gülə:
Yox bizimkilər tutmur, görən kimi öldürürlər, sizinkiləri deyirəm.
Nazim nə deyəcəyini bilmədi. O artıq sevginin hər şeyə qalib gəldiyini bilirdi. Hətta sevginin qorxu hissini belə yox elədiyini. O, yaxşı bilirdi ki, güc kişiyə verilir. Kişi o gücü ilə hər şeyə qalib gələr. Gözəllik isə qadına verilir. Çox vaxt isə güc o gözəlliyin qarşısında məğlub olur. Nazim geri dönmək, bu işdən əl çəkmək, silaha əl atıb qızı öldürmək istəsə də, əl gedirdi, amma istəyi yox olurdu.
Qız asta, mehribanlıqla razılıq əlaməti olaraq:
- Sən mənim həyatımı xilas etdin. Həqiqətən də sənə borcluyam. Nə qədər təşəkkür etsəm də yenə belə az olar.
Nazim heç bir zaman gördüyü şeyə görə bu qədər təriflənməsini xoşlamırdı.
- Yox, nə etdim ki? İnanıram siz də edərdiniz. Artıq getməliyəm gecdir.
Nazim bunu dedi. İti addımlarla çölə çıxdı. Az vaxtdan sonra qaranlıqda gözdən itdi.

Qaranlıqdakı İşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin