5-ci bölüm

0 0 0
                                    

Hüseyngili əvvəlcə yoxlanışa apardılar. Bura bildiyimiz yoxlanışlardan deyildi. Burada əsirləri öz məharətlərinə, daha doğrusu onları öz güclərinə uyğun bölüşdürürdülər.
Onsuz da bu bölüşdürmənin heç bir əhəmiyyəti yox idi. Əsas əsirlərin üzərinə düşən rəhbər idi. O necə istəsə idi, əsirləri o cür işlədə bilərdi.
Kazım Hüseyni çox axtardı, tapa bilmədi. Heç onu görmədi də. Amma belə bir söz-söhbət gəzirdi ki, guya Hüseyn binanın altında nə var bütün hər şeyi açıb deyib. O heç buna inanmaq da istəmirdi. Axı Hüseyn bunu necə edə bilərdi. O, öz vətənini necə sata bilərdi? Yox o buna inanmır, onun yanında bu mövzuda danışılanda da belə üz döndərib gedib başqa yerdə tək oturur, əlinə bir çubuq alıb torpaqda nəsə cızırdı.
Həqiqətən də Kazım özündən çox arxayın idi. Belə ola bilməzdi. Hüseyn öz vətənini, öz elini sata bilməzdi. O yaxşı bilirdi ki, bu gün öz vətənini nəyinsə xətrinə satırsansa, sənə əl vurmasınlar deyə, ya da ki, səni öldürməsinlər deyə satırsansa, qoy elə sənin canını alsınlar, tək-tək sənin dırnaqlarını çəksinlər, sənin dişlərini çıxarsınlar. Amma yenə də öz vətənini, öz el obanı satma. Axı satdığın öz vətənin, torpağın üzərində sənin öz anan, bacın, qohumların ayaq basıb gəzir. Sən bununla necə razı ola bilərsən ki, vətəni satasan, o adama oxşamaz məxluqlar sənin elinə, obana soxulub hər yeri talan edib, hər yeri dağıdıb, sənin qohumlarının, sənin ananın, bacının başına min oyun aça, sonra da onları öldürə, od vurub yandıra. Sən axı bunula necə razı ola bilərsən? Kazım bu haqda fikirləşib xeyli əsəbləşdi. Sonra yerdən daş götürüb əsəbindən divara necə vurdusa, daş siqnalizasiyaya dəyib işə düşdü. Kazım bunu elə bil bilə-bilə etmişdi. Kazımın qolundan tutub içəri apardılar. Dustaqların olduqları yerdə Aler adlı bir yekəpər var idi. Kazım bunun haqqında əvvəlcə eşitmişdi. Amma onu yaxından görə bilməmişdi.
Aler əvvəlcə içəri girdi. Əlindəki uzun dəmiri fırladafırlada ürəkdən elə güldü ki, bu dəqiqə nə isə yadına düşdü:
- Yenə sən?
Kazım təəccüblə soruşdu:
- Nə? Birinci dəfədir də.
Aler qaşlarını düyünləyib Kazıma baxdı. Bir az gülümsəyib yenə qəhqəhə çəkdi.
Kazım artıq əsəbləşməyə başlamışdı. Aler Kazıma üzünü
yaxınlaşdırııb, orta səslə: 
- Bir dəfə düşürlər. İkinci dəfə isə yanıma düşmürlər, düşə bilmirlər. Sən məni bir də görməyəcəksən.
Yenə Aler əlindəki dəmirlə stola elə bir zərbə vurdu ki, səsi bütün otağı götürdü.
- Bilirsən niyə?
Kazım gülərək:
- Çünki ikinci dəfədən sənin sağ qalacağına ümidim yoxdur.
Onu başına sanki qaynar su tökdülər.
- Yaxşı, görərik ki, bu gün burada kim sağ qalacaq.
Sən yoxsa, mən.
Aler geri çəkilib əlindəki dəmiri yerə atdı:
Kazım uca səslə:
- Qorxursan ki, birdən nəsə edərəm deyə əllərimi bağlamısan? Qorxma bizlər sənin kimi itlərə əl qaldırmırıq. Onsuz da səni yaradan vurub da bu gündəsən. Nə dövlətin bilinir, nə məqsədin, nə də ki dinin.
Aler bir az gözlərini bərəldib yaxınlaşdı. Düz Kazımın gözlərinin içibə baxıb:
- Sus, - dedi.
Kazım onu üzünə necə tüpürdüsə, Alerin gözləri sözlə ifadə olunmayacaq şəkildə örtüldü.
Aler əsəbi şəkildə qolu ilə gözlərini sildi. Sonra başqa dildə söyüş söydü.
- De görək qaçmaq istəyirdin? Siqnalizasiya niyə çaldı? Hələ o gün olan azmış kimi. Sən o binanı yandırmamışdın?! Bunların hamısı sənin başının altından çıxır. Gözlə mən bunu sübut edəcəm. Onda əvvəlcə sənin dərini soyacam, sonra dişlərini bir-bir çıxarıb sənə udduracam. Qanaxmadan ölməsən, səni ayaqlarından asıb, o vaxta kimi gözləyəcəm ki, bütün qan başına yığışsın. Bax onda iynə ilə damarına elə vuracam ki, təzyiq nəticəsində damarın partlayacaq. Bax onda ölüm nədir bilərsən.
Kazım alçaq səslə:
- Sən? Sən? Edə bilərsən? Sən heç nə danışdığını bilmirsən. Cəfəngiyyat danışırsan. Heç nədən də başın çıxmır. Dərimi soyandn sonra qan qalsa, edərsən.
Aler nə qədər əsəblərini cilovladı ki, Kazımı vurmasın, amma alındıra bilmədi. Ona Kazımı danışdırmağı, hər şeyi boynuna almağı məcbur etdirməyi tapşırmışdılar. 
Kazım yenə alçaq səslə:
- Bax sən məni deyək ki, öldürdün. Əlinə nə keçəcək? Bilirəm sənin də ailənə zülm etmişdilər. Onlara zülm edərək öldürmüşdülər. 
Aler stolu çəkib oturdu. Kazım, həqiqətən də, bu olanları orada olan ağsaqql əsirdən eşitmişdi. Əgər o ağsaqqalın dedikləri düz idisə, həqiqətən də, burada olan əsirlərin haradasa, çöl ilə əlaqələri var idi.
Kazım bura təzə gələn vaxtlar olardı. O heç kəsi tanımırdı. O çox yaşlı ir əsirin yanına gəlib oturdu. Onlar çox söhbət etdilər. Kazım elə də hər kəslə söhbət etmirdi. Çünki çox adamla münasibət qurmaq istəmirdi. Ağsaqqal əsir:
- Bax, Kazım, mənim balam, burada hər cür adam görəcəksən. Hər qarşına çıxanla yaxınlıq eləmə. Bura təzə gəlmisən. Heç kəsi tanımırsan. Əvvəlcə kim ilə yaxınlıq elədiyinə fikir ver. Hər adamın yanında bildiyini danışma.
Kazımla ağsaqqal xeyli danışdı. Çox adam haqqında danışdılar.
- Bax burada Aler adlı bir yekəpər var. O əsirləri danışdırır. Onun həyatı çox ürəkağrıdıcıdır. Haradasa mən bura təzə düşən vaxtlar olardı. Onu bura təzə gətirmişdilər. Bilirsən nə üstündə gəlmişdi? Onun yaşlı atasını öldürüb, maşının arxasına qoşub kəndin içərisində sürümüşdülər. Adını da guya vətən xaini qoymuşdular. Üstündən bir həftə keçməmiş aydın oldu ki, səhv ediblərmiş. Bu söz-söhbət olanda Aleri tutmuşdular. Sonra olanların, həqiqətən də, bir anlaşılmazlıqdan ibarət olduğunu biləndə Aleri sərbəst buraxdılar. Aler də gedib qisasını almaq məqsədi ilə bu işi gördürən adamı tapıb evinə girir və yatdığı yerdə onun başını kəsmək istəyir. Amma alındıra bilmir. Öldürmək istədiyi adam yuxudan oyanır. Aler özünü itirməyib əlindəki bıçaqla qarnından vurur və qaçır. Amma vurulan adamı xilas edirlər. Aler öldürdüyünü düşünür. Bir həftə keçməmiş həmin adam Alerin evinə gəlir, onun evdə olmadığına əmin olduqdan sonra
evə girir. Alerin həyat yoldaşını və iki balaca qızını vəhşicəsinə öldürür. Aler bunu edəni xeyli araşdırır və gerçəyi öyrənir. Ailəsini öldürəni yenidən tapır və onu balta ilə tikə-tikə doğrayır. Səhəri gün şəhərdən qaçmaq üçün yola düşür. Artıq onun itirəcəyi heç bir şey yox idi. O, sərhəddi keçib oradan da başqa bir yerə getməyi planlaşdırırdı. Deyilənlərə görə, o gəlib sərhədə çatanda göz-gözü görmürdü. O, səhvən gəlib düşmən postuna girir.
Onu əvvəlcə ayağından vururlar. Sonra isə əsir götürürlər. Apardıqları yerdə bir neçə əsiri öldürdüyünə görə onu bura gətirirlər. Bura gəldikdən sonra burada olan yuxarılarla aranı düzəltdi. Demək olar ki, buranın başçılarının sağ əli oldu. İndi o, burada çoxdan var. Yəni, bala, özünü ondan qoru. Onun başı bir az işləmir. Amma yaxşı adamdı. Ürəyi yumuşaqdı.
Həmin gün xeyli söhbət etdilər.
Kazım təzə gəldiyi vaxtda ağsaqqal əsirin danışdığını buna dedi. Elə bil ki, donub yerində qalmışdı.
Dəmiri oturduğu yerdən necə çırpdısa, səs otağı götürdü. - Sən bunları haradan bilirsən? Yoxsa, sən tanrı tərəfindən göndərilmiş bir bəlasan? Sən bura gələndən diqqətim üstündədir. Sən mənə heç də müsbət enerji vermirsən. 
Budur otaqdan bir səs qopdu.
- Nəsə olub, Aler?
- Yox artıq o, yoxdur. Kazım idi nə idi artıq o, yoxdur. O öldü.
Qapını açdı, uca səslə:
- Bir böyük parça, bir də cəsədi qoymaq üçün tabut gətirin.
Tez-tələsik istədiyini gətirdilər. Heç kimi içəri buraxmadı.
Qapını içəridən bağladı. Hər şeyi edəndən sonra təpiklə meyidə vurdu.
- Öl, əclaf. İndi gördün kim sağ çıxdı?! Sən ya mən.
Qapının nəzarət yuvasından baxan nəzarətçilər gülüb əliniəlinə vurdu.
Qapını açıb: - Gəlin rədd eləyin bunu maşının yanına.
Köməkçilər gəlib onu götürdülər. O, sürücünün qapısını açıb:
- Rədd ol aşağı, əclaf. Özüm aparıb təhvil verəcəm mərkəzə.
- Yox maşın cəsədlərlə doludur. Eləsi var başı bədəninə qarışıb.
- Deyəsən, sən də getmək istəyirsən.
- Hə, istəyirəm.
- Uca səslə:
- Ay əclaf, meyid kimi apararam səni ora.
- Sürücü udqunub: - Yox qalsın.
Tələsik maşından düşüb:
- Buyurun, bu maşın, bu da siz. Aparın. Siz necə deyirsinizsə, elə də edək.
Aler maşına əyləşdi. Meyidləri mərkəzə aparmaq üçün yola düşdü. Bir müddət keçmişdi. Söz- söhbət gəzirdi ki, Kazım öldürülüb. Bəziləri deyirdi ki, Kazım qaçıb, onu tuta bilməyiblər deyə adını öldürmüşük qoyublar.
Amma orası da qəribə idi ki, əgər Kazım öldürülməmişdirsə, bəs o aparılıb yandırılan meyid kimin idi.
O dəli oğlanın dedikləri Kazımın sağ qalmasını inkar
edirdi.
- Mən onu gördüm, o sarı rəngə bürünmüşdü. Üzgözü pis gündə idi. Zorla tanımaq olurdu. Kazımınkı ölüm deyildi. Onunku bu yaşayışdan xilas olmaq, bu yaşayışa fəryad idi. Küləkli və arabir qarlı səhər idi. Gözlənilməz anda həyəcan siqnalı ardınca da toplanış verildi. Budur gələnin əlində vərəq vardı. Yenə kiminsə ölüm hökmü oxunacaqdı. Kürsüyə keçib əlindəki vərəqi açıb:
- Bildiyiniz kimi Kazım adında əclaf bir neçə dəfə ixtişaş törətmiş, çoxlu sayda vətənpərvər övladlarımızı öldürmüşdü.
Elə bu sözü bitirər-bitirməz əsirlər arasında etiraz olaraq: - Vətənpərvər yox, şərəfsiz, əclaf, pula aldanmış şəxsləri öldürmüşdülər.
Yenə uzun çəkən boş söhbətlər aparıldı. Dünən özünü öldürən dustaqlardan birinin meyidi mərkəzə çıxarıldı.
Əynində heç bir paltar yox idi. Onu mərkəzdə qoyulmuş masanın üzərinə sözün əsl mənasında tulladılar. Üzü bağlı bir şəxs əlində ucu əyri bıçaqla yaxınlaşıb sol döş qəfəsi tərəfindən necə zərbə vurdusa, elə bir cəsəd yaşayırmış kimi silkələndi. Əlindəki bıçağı sola-sağa çəkərək bıçağı çıxardı. Əli ilə bıçağın qanın silərək meyidin üstünə çəkdi.

Qaranlıqdakı İşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin