Nazim yaxşı bilirdi ki, qatarda o gün ona görə o qız tez çıxıb getdi. Özü haqqında danışsa idi nəsə səhvliyə yol verə bilərdi. Bu da onun iç üzünün açılmasına səbəb ola bilərdi. Nazim özünün heç cür bağışlaya bilmirdi. Necə oldu axı öz düşmənini bağışladı. O, qızı bağışladı, bəs Vətən, millət onu etdiyi bu hərəkətə görə bağışlayacaqmı? Bunun yalnız bir cavabı var idi ki, o da yox.
Nazim :
- Sevgi, məhəbbət, istək, arzu. Bir neçə dəfə ardarda bu sözləri təkrarladı. Bəs - "Vətən?"
Səhər olmuşdu, yoxsa hələ gün doğmamışdı, bilmirdi. Hava çox pis idi. Külək qarı yerdən qaldırır, yenidən ətrafa səpələyirdi.
Belə qış olar? Bilinmir ki, hava necə olacaq.
Sürücü əsəbi halda danışa-danışa düşərgəyə girdi. O Nazimin kefsiz olduğunu görüb ona yaxınlaşdı.
- Yox sizə nəsə olub. Soyuq? İnanmıram soyuq sizin əhvalınıza təsir edə.
Nazim içəridəki fəryadı bildirməmək üçün çətinliklə də olsa, üzündə gülümsəmə yaratdı.
- Yox nə olacaq? Heç nə bu baş verənlər. Mən də adamam da pis təsir edir.
- Dünən sizi axtardım ki, oturub çay içək yox idiniz. Gecə, deyəsən, harasa getmişdiniz.
Nazim bilirdi ki, sual sual doğuracaq tez söhbəti dəyişdi. Onlar içəri girdilər. Uzun-uzadı söhbətdən sonra Nazim sürücü ilə sağollaşıb öz işi ilə məşğul olmağa başladı. Axşam hara, necə gedəcəyi haqqında heç bir məlumatı yox idi. Günün ikinci yarısından sonra tam olaraq bunları dəqiqləşdirdi. Yoxlama gələcəyi gözlənirdi. Nazim onsuz da gələn heç kimi tanımırdı. O, gələni qarşıladı, onu bölmə ilə tanış etdi. Sürücü gələni görüb təəccüblü halda
- Nazim bu Qasım bəydir, satqının başda gedənlərindəndir. Tutulmuşdu pul ilə içəridən çıxdı.
Nazimin başına.,elə bil ki, qaynar su tökdülər
- Necə ola bilər ki, tutub pul ilə ötürdülər? Bunu kim edir, pulu kim alır, bu ki birbaşa vətənə, torpağa qarşı edilən xəyanətdir.
Oğul, oğul siz nə fikirləşirsiniz? Bəlkə bunları, sənədləri təqdim edəsiniz. Yoxsa qeyd edim ki, heç nə yoxdur və çıxım gedim?
- Yox, ehtiyac yoxdur.
Nazim bir az kinayəli səslə sənədləri götürüb stolun üstünə qoydu.
- Bu sənədlər, bu da gələn məktublar.
Çapar qaça-qaça gəlib içəri girdi:
- İcazə olar?
Nazim başı ilə razılıq bilirdi. Gözlərini qıyıb çapara baxdı.
Komandir göndərdi ki, bu gələn məktubu sizə verim.
Buyurun icazənizlə gedə bilərəm.
Yenə Nazim əl ilə göstəriş verdi. Qasım gələn məktubu açdı bu günün tapşırığı haqqında yazılmışdı. Deməli, bu gün hücum edəcəksiniz. Nazim özündən razı şəkildə - Bəli, imkan olsa.
Nazim Qasım ilə istəməsə də danışırdı.
Qaranlıq tam çökmüşdü. Bunun üçün tapşırıqlar verildi. Məlumata görə saat 02:00-da hücum etməli idilər.
Buludların arxasından ayı görmək çətin idi. Qara buludlar ayın önünü kəsir, az müddətdə yenidən çıxırdı.
Nazim hücum əmri verdi. Bölmələr artıq qısa vaxtda düşmənin ön cəbhələrində üstünlüyü ələ aldı.
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdakı İşıq
Cerita PendekO nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmiş...