2-ci bölüm.

1 0 0
                                    

“Nənə, bəlkə sən bu məktubu oxuyanda mən çoxdan buralarda olmayacam. Bağışla ki, sənə qulaq asmadım. Mən axı necə rahat ola bilərdim. Axı atamın qanı hələ də yerdədir. Axı vətən bizləri gözləyir. Sən mənə dua elə. Yox, yalnız mənə yox.
Bütün ürəyi vətən eşqi ilə döyünən uşaqlara dua elə ki, sağ-salamat evlərinə qayıtsınlar. Axı atam mənə deyərdi:
- Bax, oğlum, əsl döyüşçü heç vaxt ölməyi deyil, öldürməyi fikirləşməlidir. Qisas almağı əbəs yerə tökülən qanın qisasını almağı bacarmalıdır.

Nənə, yadında saxla, mən ölməyəcəyəm. Ölsəm də ki, heç kədərlənmə. Mən şəhid olacağam. Vətən uğrunda şəhid olacağam “ Nənə məktubda oxuduqlarına inanmadı.
Artıq kənddə Kazımın çoxdan öldüyünə, guya o mühafizəçilərdən çıxıb qaçdıqdan sonra əsir götürüldüyünə aid söz-söhbətlər gəzirdi.
Amma Kazım hələ də sağ idi. O bir dağılmış evə girib qaranlıq düşənə kimi orada gözlədi. Sonra çıxıb divarların dibi ilə düşmən gizləndiyi yerə yaxınlaşdı. Az qalmışdı düşmən onu görsün, o gizlicə ağacın arxasına keçdi. Heç kim onu görmədi. Düşmən əsgərləri keçib gedəndən sonra o, oradan keçib getdi. O gizlicə mühafizədə duran əsgərin başına arxadan daşla necə qoydusa, əsgərin səsi də çıxmadı. 
O artıq bir adamı öldürmüşdü. Bu onu daha da qəzəbləndirdi. Elə bil ki, dünəndən ürəyindəki qorxu hissini söküb atdılar.
O iti addımlarla daha da irəli getməyə başladı. Balaca bir anbara az qalmışdı. O artıq həmin anbara çatmağa 50 metr qalmış gizlicə yaxınlaşmağa başladı. Əvvəlcə ətrafı gözdən keçirdi. Orada cəmi 3 nəfər var idi. Onlar həmin balaca anbarı mühafizə edirdilər. Onlardan ikisi yatmışdı, biri isə oyaq idi.
Kazım gizli şəkildə oyaq olana yaxınlaşdı. Arxadan silahın arxa tərəfi ilə necə vurdusa, əsgərin başı partladı. O bundan əl çəkməyib kənardakı böyük bir daş parçasını götürüb onun başına elə vurdu ki, səsi aydın eşidildi. 
Kazım əsgərin üzərində nə vardısa, hamısını götürdü. Əsgərdə olan silahı götürdü. Çiyninə salıb o biri iki əsgəri də öldürmək üçün getdi. 
O arxadan yaxınlaşıb o biri əsgərdən götürdüyü bıçaqla əsgərin başını üzdü, o biri əsgəri də belə öldürdükdən sonra anbara girdi.
Anbarda elə də çox şey yox idi. Oradakı özünə lazım olan şeyləri götürdü. Əldə düzəldilmiş bombaları bel çantasına qoydu. İti addımlarla oranı tərk etdi.
Artıq günorta idi. Qar dayanmışdı. Hava dünənkinə nisbətən yaxşı idi. 
Kazım taqətdən düşmüşdü. Soyuq onu haldan salmışdı. Bir tərəfdən də ayağındakı çəkmələrin içinə girən qar çəkmənin içində ayaqlarını dondururdu. O artıq irəli gedə bilmirdi. O birtəhər dağılmış bir evə girdi. Orada yarıyanmış taxta parçalarını bir yerə yığdı. Taxtaları yandırmaq üçün çantadan lazım olanları birtəhər çıxartdı. Çətinliklə taxta parçalarını yandırdı. Elə bil ki, rahatlaşdı. Onun donu açıldı. Çəkmənin içində ayaqlarını hiss edirdi. O, ayaqlarını çəkmədən çıxartdı. İstinin təsirindən bir az mürgülədi.
O, artıq duranda yandırdığı od sönmək üzrə idi. Əşyalarını toplayıb evdən çıxdı. 
Artıq çoxdan düşmən tərəfdə sərhəddin pozulması ilə bağlı xəbər var idi. Düşmən qəzəbli idi. Dörd əsgərin öldürülməsi xəbəri hamını dəhşətə salmışdı. Hər yerdə Kazımın axtarışları davam edirdi. Düşmən tərəf onun başına mükafat qoymuşdu. Kazımın əsas məqsədi daha çox əsgər öldürmək idi. O, gecə- gündüz bunun üçün fikir edirdi.
Artıq hava qaralmağa başlamıışdı. O, irəli getdikcə elə bil ki, hər şey onun üstünə gəlirdi. Qorxa-qorxa irəliləyirdi. O, ölməkdən qorxmurdu. Qorxurdu ki, birdən qisas almamış ölər.  Birdən Kazım ayağının altında nəsə bərk bir şey hiss etdi. O, diqqətlə ayağının altına baxdı. Ehmalca aşağı əyilərək qarı təmizlədi. Orada ölmüş oğlan uşağının meyidi var idi. Təxminən 10-11 yaş vermək olardı. Onun elə bil ki, düşmənə nifrəti daha da artdı. Kazım dərindən nəfəs aldı və öz-özünə:
- Axı bunların günahı nədir? Axı onlar sizə nə edib?
Artıq hava qaralmağa başlamışdı. Havadakı buludlar dağılmağa başlayırdı. Göydəki ay hər tərəfi aydınlandırırdı. Ağ qar üstünə düşən ay işığı qarı çox füsunkar göstərirdi.
Kazım birdən yerindən durdu. Elə bil ki, həyat durmuşdu. Bir dəqiqə sonra o öz-özünə:
- Mən dünəndən bunu niyə fikirləşə bilmirdim?! Axı mən bunu edə bilərəm.
Bir anlıq onun üzünə təbəssüm gəldi. Elə bil ki, dünyanı ona verdilər. Amma yenə bir çətinlik var idi. Axı o, oranı necə keçəcəkdi, axı ora güclü müdafiə olunurdu. 
Ora girməyin yalnız bir yolu var idi. O hissədən hər gün tezdən gün çıxmamış bir su maşını su gətirmək üçün çeşməyə gəlirdi. Ora girməyin də bir yolu o idi ki, o, su maşınının altında gizlənib içəri girə bilərdi. Bəs birdən onu orada görsəydilər?! Birdən o, arzusuna çata bilməsəydi?! Bəs o, əbəs yerə qanı tökülmüş yoldaşlarının qisasını necə alacaqdı? O, bir az fikirləşəndən sonra:
- Yox... Yox... Edə bilərəm. Hə edəcəyəm.
O, səhər tezdən ora gəldi. Hər şey planlandığı kimi gedirdi. O, hər şeyi diqqətlə edirdi ki, birdən nə isə bir incə səhvlik üzündən hər şey alt-üst ola bilər.
Su maşınının sürücüsü maşından yerə düşdü. İri borunu çeşməyə saldı. Motoru işlətdi. O, sonra bir az aralı getdi. Ətrafa baxa-baxa yaxınlıqdakı ağaca tərəf irəlilədi. Ağaca yaxın oturub ağaca söykəndi.
Kazım üçün bu əla fürsət idi. O, maşına tərəf irəliləyib maşının altına baxdı. O, özü üçün yer axtarırdı. Onun gözü birdən arxadan təkərin yerinə sataşdı. O, rahatca ora girə bilərdi. Bir təhər sıxlaşıb ora girdi. Bir az keçmişdi ki, maşın işə düşdü. Yarım saat sonra maşın böyük bir qapının qarşısında dayandı. Qapılar açıldı. Maşın içəri girdi. Maşın binanın arxasına keçib dayandı. Kişi maşını söndürüb getdikdən sonra Kazım gizləndiyi yerdən çıxdı. O maşının altından çıxmaq istəyirdi ki, uzaqdan 5 silahlı əsgər maşına yaxınlaşdı. Onlar hər tərəf qar olduğu üçün əraziyə uyğun ağ paltar geyinmişdilər. Əsgərlər gəlib maşına yaxın dayanıb nəsə söhbət etdilər. Kazım nə qədər istədi ki, onların nə danışdığını başa düşsün, amma dillərini başa düşmədi. Onlar başqa dildə nəsə danışırdılar. Bir az danışdıqdan sonra dərindən qəhqəhə çəkib güldülər. Kazım artıq gözləməkdən təngə gəlmişdi.
Onlar getdikdən sonra Kazım yavaşca başını bayıra çıxarıb ətrafa baxdı. Heç kəsin olmadığını yoxladıqdan sonra qarşıdakı təlim üçün ayrılmış binaya girdi. Otaqda olan yeşiklərin birinin arxasına girib orada oturdu. Bəlkə də 5 gündən çox idi ki, o evdən çıxmışdı. Hələ cəmi 4 əsgər öldürmüşdü. O öz- özünə danışadanışa toz basmış yeşiklərin üstündə əli ilə nəsə çəkirdi.
- Yaxşı mən indi bura girdim. Hər şeyi etdim. Güclü mühafizə olunan bir hərbi hissəyə girdim. Amma bu boyda hərbi hissədə necə qalmaqal yarada bilərəm.
Birdən onun gözü taxta yeşiklərin arasından içindəkilərə sataşdı. Yeşiklər hər tərəfdən mismar ilə bərkidilmişdi. O, əli ilə taxtaları aralamaq istədi, amma bütün cəhdləri boşa çıxdı. O, çantadakı bıçağı çıxartdı. Bir neçə dəqiqəlik cəhddən sonra o, yeşiyi aça bildi. O gözlərinə inanmadı. Burada çoxlu partladıcı var idi. O öz-özünə fikrə getdi:
- Əgər bunlar partladıcıdırsa, niyə buradadır? Təlim binasına bunları niyə yığıblar? Bəlkə bunlar təlim üçündür?
O partladıcılardan birini əlinə alıb baxdı. Partladıcılar rus istehsalı idi. Kazım rus dilini bir az bilirdi. Partladıcının üzərində rusca “uçevnik” yazılmışdı. Kazım gözlərinə inanmadı. Bunların hamısı tam döyüş üçün hazırlanmışdı. 
Kazım həyatında bəlkə də birinci dəfə idi ki, belə sevinirdi. O, hələ ərazini tam yaxşı tanımırdı. Burada çoxlu binalar var idi. Bura çox güclü müdafiə olunurdu. Amma bu binanın arxası demək olardı ki, buranın ən zəif müdafiə olunan hissəsi idi. Oradan təxminən 30-40 metr aralı olan uca divarların yanında qoyulmuş müşahidə qüllələri var idi. Bura hər iki saatdan bir əsgərləri dəyişmək üçün gəlirdilər. Qüllədə duran əsgərlər əsas önlərinə baxırdılar. Hissənin içərisinə elə də nəzarət etmirdilər. 
Ona görə də Kazım burada bir az da olsa rahat idi. Onun üçün əsas çətinlik buraya girmək idi.
O hələ də özünə inana bilmirdi ki, buraya girmək onun üçün belə rahat olacaq.
Havada bir az külək var idi. Hər tərəfi duman bürümüşdü. 5 metrə qədəri güclə seçmək olurdu. O otaqdakı pəncərə üçün ayrılmış yerə yaxınlaşdı. Burnuna elə bir qoxu gəldi ki, sanki onu geriyə itələdi. Çox dəhşətli qoxu idi. Bu qoxu., deyəsən, qarşı tərəfdəki binadan gəlirdi. 
Kazım başını pəncərədən bayıra çıxartdı. Göz- gözü görmürdü. O ehmalca pəncərədən düşdü. Gizlicə qarşı tərəfdəki binanın qapısına yaxınlaşdı. Binanın qapıları nazik məftillə bağlanmışdı. Kazım ehmalca məftillərə baxdı. O, əli ilə məftilləri açdı. Qoxu getdikcə daha da kəskinləşirdi. O, birtəhər içəri girdi.
Burada göz-gözü görmürdü. O, qapını örtdü, çantadakı balaca fənəri çıxartdı. O, fənəri yandırdıqda gözlərinə inanmadı. Burada çoxlu insan meyidi var idi. O, birtəhər özünü düzəldib cəsədlərə yaxınlaşdı. Buradakı cəsədlərin orqanları çıxarılmışdı. O, dəhşətə gəldi. 
Bu nədir?! Bu hansı insanlığa sığır?! Yəqin bu əclaflar onların orqanlarını çıxarıb satıblar.
Kazım, həqiqətən də, düz fikirləşirdi. Orqanların hamısı xarici ölkələrə satılmışdı. 
Kazım bir az fikrə getdi. O artıq daha çox orada dura bilmədi. Yavaşca binadan çıxdı. Gizləndiyi yerə getdi. Az öncə gördüyü mənzərə onu dəhşətə gətirmişdi. Sanki, qorxulu filmə baxırdı. Hər tərəf ona dəhşətli görünürdü. O, yeşiklərin dibinə sıxılıb oturmuşdu. O, öz-özünə astadan danışırdı:
- Bu nə vaxta qədər davam edəcək? Biz nə vaxta qədər bunlara göz yumacağıq? Biz həmişə bu olanların sadəcə izləyicisi olacağıq? Görəsən, nə vaxtsa bu olanlara dur deyən olacaq? Bu haqsızlıq nə vaxta kimi davam edəcək?
Artıq hava qaralırdı. Bu gün hava çox soyuq keçəcəkdi. Kazım özü üçün plan qururdu. Hələ də onun burada gördükləri yadından çıxmırdı. Elə bil ki, bütün divarlar onun üstünə gəlirdi. 
Gecədən xeyli keçmişdi. Qar yağmağa başlamışdı. Ətrafda olan bütün izlərin üstünü qar örtmüşdü. Kazım Qarın necə düşdüyünə baxa-baxa yuxuya getdi. Bu gün onun üçün çox ağır keçmişdi. Artıq səhər açılmışdı. Kazım neçə gün idi ki, yemək yemirdi. O halsızlıqdan bilmirdi ki, nə etsin.
- Mən bütün çətinliklərə tab gətirmişəm. Bunun da öhdəsindən gələcəyəm. 
O, partladıcılara baxa-baxa fikrə getdi. Birdən onun ağlına nə isə gəldi. O tez-tələsik ayağa qalxaraq pəncərəyə tərəf yaxınlaşdı. Öz-özünə nəsə danışdı və cəld şəkildə çantasını açıb partladıcılardan bir az çantasına qoydu. Çanta çox ağır olsa da, o bir təhər çantanı çiyninə alıb iti addımlarla binadan çıxdı.
Hissədə olan əsgərlərin çoxu təlimdə idi. O əvvəlcə gəzib yataqxananı tapdı. O az qalmışdı ki, ələ keçsin. Birtəhər gizləndi. Əsgərlər gedəndən sonra oradan çıxdı əlindəki partladıcıları lazım olan yerlərə yerləşdirdikdən sonra yenə gizlincə əvvəlki binaya girdi.
Orada oturub axşamın düşməsini gözlədi. Hava qaralmışdı.
O, binadan çıxıb iti addımlarla bayıra çıxdı. Hamı yuxuya getmişdi. Soyuqdan qüllədə duran əsgərlər də hərəkət edə bilmirdi.
O, yataqxanaya yaxınlaşıb səhər gizlətdiyi yerlərdəki paartladıcıların uclarına kapsul bağladı. Bütün kapsulları bir yerə çəkib bağladı. Hava dəhşət dərəcədə soyuq idi. Kazım qarın içərisində hərəkət edə bilmirdi. Bir tərəfdən aclıq, bir tərəfdən soyuq hava onu haldan salmışdı. O, bir təhər çantasındakı kibriti çıxartdı və kapsullara od vurdu. O, tələsik ayağa qalxıb iri addımlarla qaçmağa başladı. Bir dəqiqə keçməmişdi ki, böyük bir partlayış, üstündən on saniyə keçməmişdi ki, növbəti böyük partlayış oldu. Partlayışdan çıxan işıq hər tərəfi işıqlandırmışdı. O artıq istəyinə nail olmuşdu. Yataqxanada olanların hamısı ölmüşdü. O, binanın yanında durub mənzərəyə sevinə-sevinə baxırdı.
- Budur artıq mən öz qisasımı aldım. Onlar bizimkilərə necə zülm etmişdilərsə, mən də elə etdim. Mən sizlərə də o ağrını, acını yaşatdım. Şəhidlərin qanını yerdə qoymadım.
Bütün hərbi hissədə həyəcan verilmişdi. Digər yataqxanalarda əsgərlər həyəcan siqnalı ilə oyandırılmışdı. Kazım binaya daxil oldu. Çantasını yeşiklərin yaxınlığına qoydu. Qarşı tərəfdəki binaya girmək üçün bayıra çıxdı. O, hərəkət etmək istəyirdi, amma onu dörd bir tərəfdən mühasirəyə aldılar. Kazım onların nə danışdığını başa düşmürdü. Əsgərlər onu dairəyə almışdılar. O artıq nə edəcəyini bilmirdi. Artıq özünü ölümə təhvil vermişdi. O, istədiyi hər şeyi etmişdi. O istədiyi hər kəsin qisasını almış şəkildə rahat idi. O, başını yanan binaya tərəf çevirdi. Əsgərlərin arasından binanın necə dağıldığını az da olsa gördü. Bir anlıq onun üzündə sevinc hissi göründü.. Bunu görən mayor əsəbindən bilmədi nə etsin. Əlindəki silah ilə onu necə vurdusa, artıq onun gözlərində hər tərəf qaralmağa başladı.
Kazım artıq huşunu itirmişdi. Oyananda gözlərini qaranlıq bir yerdə açdı. Onu bura axşamkı hadisədən sonra gətirmişdilər. 
Kazım bir həftə orada qalacaqdı. Sonra isə onu nə edəcəkləri barədə qərar verəcəkdilər. Artıq bir həftədən də çox vaxt keçmişdi. Heç bir səs-soraq yox idi. Kazım hələ də orada idi. 
Kazım bağlı şəkildə mədənlərdə digər əsirlər kimi işlədilir, bir dəqiqə belə istirahət vermirdilər. Burada digər ölkələrdən də əsirlər var idi. Özləri bilə-bilə Kazımı bu bölməyə salmışdılar. Kazım buradakı əsirlərlə yola getmirdi. Oradakı əsirlərin hamısı Kazımdan böyük idi. O gün olmurdu ki, davasız keçsin. Demək olar ki, davanın salınmasına oradakı dəstə başçıları şərait yaradırdı. Onlar olanlara baxıb həzz alırdılar. Kazım artıq heç nəyə dözə bilmirdi. O buradan qaçmağı yox, daha çox adam öldürməyin yollarını fikirləşirdi. Hətta özü belə ölsə, yenə də nəsə etsin deyə gecə - gündüz fikirləşirdi, amma necə edəcəyini bilmirdi. O, yaxşı bilirdi ki, yalnız bir şey edə bilər. O da ki, buradan qaça bilər.  Onun planladığı hər şey səhv idi. Çünki onun burada hər addımı izlənilirdi. O yalnız buradan qaça bilərdi. O da ki, alınsa.

Qaranlıqdakı İşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin