1994, aprel."İnsan başqa düşüncələrin əsiridir"
"İnsan, düşüncələrinin əsiridir." -deyə bir cümlə oxumuşdum bu yaxınlarda. Çox xoşuma gəlmişdi, dəftərlərimin kənarına, kitablarıma qeyd eləmişdim.
İndi isə o cümlə düşündürürdü məni. Dəyişmək istəyirdim cümləni. Dəftərimə, kitabıma yazdığım yerləri də cırıb atmaq.
İnsan, düşüncələrinin əsiri deyildi. İndi isə öz-özümə təkrarlayırdım, kaş ki öz düşüncələrimin əsir olardım deyə. Bəs düşüncələrim yaşadıqlarımı dəyişərdimi?
Dəyişdirməzdi.
Mən nə düşünümsə düşünüm, nə istəyirəmsə istəyim ətrafdakilər nə mənim düşüncəmə, nə də istəyimə baxırdılar çünki onlar üçün vacib olan bir şey var idi, o da başqaları idi. Başqaları nə deyər? Nə düşünər?
Mən, atam və anamın düşüncələrinin əsiriydim.
Mən, kəndimizdəki heç bir işə yaramayan, amma mövzu danışmaq olanda lazımsız fikirlərini ortaya atan camaatın əsiriydim.
Ona görə də, cümləni belə dəyişirəm, "İnsan başqa düşüncələrin əsiridir."
Bu səbəbdəndir dillərdən düşməyən 'Camaat nə dəyər?', 'Camaat nə düşünər?' ifadələri.
Atacağımız addımı belə 'onlar nə deyər?' deyə düşünüb atırıq.
Nə olar ki, bir dəfə özümüzü, ailəmizi, övladlarımızı düşünsək?İndi bu vəziyyətdə olmağımın da tək günahkarı başqalarının düşüncələriydi. Nə demişdi atam adını? Firuz? Fazil? Nə zibil idi isə, hər şey axışında gedərkən hər şeyi bərbad etmişdi.
O qədər bərbad düşüncələri var idi ki! Bərbad və cahil düşüncələri! İnsanlar, cahil düşüncələrin qurbanı olur, bu qurbanlardan da biri mən idim.
Qorxurdum. Xəyallarıma əlimin çatmamasından qorxurdum. Atama qarşı çıxmağa da qorxurdum.
Amma qorxu məni ələ keçirməyəcəkdi, bilirdim. Çünki ən böyük qorxularım mənə cəsarət verirdi.
Verdiyim sözləri tuta bilməmək qorxusu..
Başqalarına əsir olmaq qorxusu..
Necə ki anam olmuşdu. Anam cahil düşüncələrin, bərbad zamanənin qurbanı idi, ancaq özünün belə xəbəri yox idi. Sanki belə olmalıymış kimi.
Bizi nənəm böyütmüşdü demək olar ki. Anam həmişə işlərin dalınca qaçdığından yanımızda nənəm qalırdı.
Nənəmin yeri çox başqa olmuşdu mənim üçün. Bu qədər şeyə rəğmən, bərbad zamanədə sağlam düşüncələrlə ayaqda qala bilən tək-tük adamlardan idi. Bizə həmişə belə deyərdi:
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdasansa, bir şam yandır.
Short Story* -Qaranlıqdasansa, bir şam yandır. -Mənə kibrit verməyiblər. Heç, o şamı yandırmağımı da istəmirlər. * Bilmirdim. Verəcəyim qərarın nə dərəcədə düzgün olduğunu, məni xilas edib-etməyəcəyini bilmirdim. Özümü bütün hər kəsə, hətta bütün dünyaya mühar...