Proloq🕯

225 41 242
                                    


Hər şeyə alışır insan.

2022, noyabr.

Qarşımdaki müqaviləyə baxanda yenə keçmiş xatirələr gözlərimin önündən bir film fraqmenti kimi keçmişdi.

28 il.

28 ildir ki, bu müqavilə öz qüvvəsini saxlayırdı, bir işə yaramasa da. Bu gün isə nəhayət ki, vaxtı tamam olurdu.

Müqaviləni (müqavilə belə deyildi, sadəcə lazımsız kağız parçası idi.) imzalayanda 17 yaşım vardı. Uşaq idim, qorxurdum. Mənə verdiyi vədlərin yalan olacağından qorxurdum. Amma yenə də imzalamışdım. Çünki başqa yolum yox idi.

İndi isə ikimizdə qarşılıqlı oturmuşduq. O qabağındaki armudu stəkandaki çayına, mən isə müqaviləyə baxırdım.

Daha o vaxtlarımız deyildi. Yaşlanmışdıq ikimizdə. Xarici görnüşü məsələn, çox dəyişmişdi. Vaxtı ilə sarı çalarında olan saçları yerini ağ rəngə buraxmışdı. Qəmzələrinin yerini isə iki uzun xətt-qırış almışdı.

Bütün bu dəyişiklərə rəğmən, onun gözləri sanki zamana meydan oxuyaraq heç dəyişməmişdi. Yenə gözlərinin içindəki gülümsəmə anlaşılmaz bir əminlik verirdi mənə.
Hər zaman gözləri ilə mənə, "Hər şey yaxşı olacaq. Sən bacaracaqsan." deyirdi. İndi isə, gözlərində sadəcə bir ifadəni oxuyurdum, "Sən bacardın."

Yaşadığım hər şey, onunda dediyi kimi - Şamı yandırmağa çalışmağımı, xatırlayırdım yenə də. Çox çətinlik çəkmişdim, çox maneə var idi qarşımda, amma yenə də bacarmışdım.

O da kömək etmişdi mənə.
Əslində, etməmişdi.
Sadəcə, mənə bir müddət dəstək olmuşdu. "Kibrit vermişdi.."

Sonra bəs? Nə olduğunu xatırlayırsan?

Xatırlayıram.. Necə unuda bilərdim ki?

Çayından bir qurtum alıb baxışlarını gözlərimə, daha sonra isə müqaviləyə zillədi.

-Artıq bitir.-dedi yarımçıq gülümsəmə ilə.

-Çoxdan bitmişdi əslində, mən 27 yaşımda olandan bəri.

-Haqlısan.- Köks ötürdü. -Mənim sadəcə gəlməyə vaxtım olmadı.

-Gəlmək istəsəydin, gələrdin.- dodaqlarımı dişlədim. Nahaq demişdim, bu cümləm başdan-başa səhv idi..Ört-basdır etmək üçün yenə danışmağa başladım:

-Bunu səndən çox soruşmaq istəmişəm həmişə. 18 il az vaxt deyil, hətta çoxdur. Bu qədər vaxdır, səni görmürəm mən. Bircə dəfə belə gəlmədin.

-Mən..-cümləsini tamamlamağına icazə vermədim, artıq eşitmək istəmirdim.

-Maraqlı deyil ki artıq. Dediyim kimi, 18 il az zaman deyil, çox düşündüm, çox götür-qoy etdim və anladım ki artıq o cavab mənə maraqlı deyil. Ümumicə, o vaxtki suallarımın çoxunun cavabı maraqlı deyil, yaş öz sözünü deyir.

-Haqlısan.- sonra üzünə təbəssüm qonduraraq yenidən dediklərinə əlavə etdi:

-Deyəsən bu gün sənə ancaq haqlısan deyəcəyəm.

Üzümə saxta da olsa, bir təbəssüm qondurmaq istəsəmdə alındıra bilmədim. İçimdən, gülümsəmək gəlmirdi sadəcə. Yanımda olmuşdu, kömək etmişdi, amma sonra..məni atıb getmişdi, heç nə demədən, xəbər etmədən. Əvvəllər, onu bağışlaya bilməyəcəyimi düşünürdüm. O, mənə qarşı səhv etmişdi, necə bağışlaya bilərdim ki?

Zaman keçdikcə anladım sonra. Hər şeyə alışır insan. Deyilən yalanlara da, edilən saxtakarlıqlara da öyrəşir, üstəlik bağışlamağa da. Mən də bağışlamışdım onu.

"Ciddiliyin hələ də qalıb." dedi təəccüblə üzümə baxaraq.
Nə gözləyirdi ki? Yaşım artdıqca daha şən olacağımı? Yoxsa hər şeyi unudacağımı?

-İnsan özünə məxsus xüsusiyyətlərini nadir hallarda dəyişə bilir.- Necə ki sən hələ də gülümsəyə bilirsən..səmimiliklə, - deyə əlavə etdim səssizcə dediklərimə, eşitmədi o. Eşitməyi də lazım deyildi onsuzda.

-Məncə artıq bitirməliyik, məni gözləyirlər, Moskvada.- deyərək gələndən bəri dizinin üstündə saxladığı o qovluğu masanın üstünə qoydu.

-Qələm gətirmisən?- sualına cavab verməyib çantamdaki qələmi çıxardım. Qovluğun içindəki kağızı çıxarıb qarşıma qoydu.

Adımın yazıldığı yeri axtardım bir neçə saniyə. Tapan kimi də imzamı atıb, qələmi kağızın üstünə qoyub ona ötürdüm.

O da mənim kimi tələsik şəkildə imzasını atıb kağızı yenidən qovluğa qoydu. İkimizdə sanki bezmişdik bir-birimizdən ona görə də sürətlə etməyə çalışırdıq hər şeyi.

Əlimi gələndən bəri masaya qoyduğum müqaviləyə uzatdım. Götürdüm. Əvvəlcə iki hissəyə böldüm, daha sonra isə daha xırda hissələrə ayırdım. Bunu edərkən son dərəcə təmkinli və asta davranırdım və bununla da sanki həm özümə, həm də ona sübut edirdim ki, artıq həqiqətən bitib.

Ayağa qalxıb getmək istədi. Dayandırdım onu. Bu dəfə də bunu etməsinə icazə verməyəcəkdim. Arxasınca baxan mən olmayacaqdım. Olmamalıydım.

"Birinci mən gedəcəyəm." dedim, masadaki qələmi plaşımın cibinə atıb ayağa qalxdım. Çantamı çiyinimə taxdıqdan sonra ona baxdım.

Peşman olmuşdumu bilmirdim.
Əslində maraqlı da deyildi.
Mən sadəcə çox yorulmuşdum.
Sadəcə bizi bağlayan bu sonuncu bağ da bitsin istəyirdim.
İstəyimə də çatmışdım.

"Görüşərik." dedi gözlərini gözlərimə zilləyərək. Mən isə gələndən bəri ilk dəfə gülümsünərək dedim:

-Əlvida Fərhad. Görüşməyək bir daha, bir-birimizi görüb köhnə dəftərləri açıb oxumağın heç bir mənası olmayacaq.

Nəsə demək istədi. Dodaqları tərpəndi, amma sonra yumuldu. Deməyə söz tapmırdı.

Mən isə ani olaraq "Axşam gələcəyəm," deyib sabah evdən çıxmasını, sonra isə bir daha qayıtmadığı günü xatırladım.

Gedəcəyini deməyi belə ehtiyac görməyən insan, indi görüşərik deyirdi..

Uzaqlaşdım oradan iti addımlarım ilə.

Və sanki çiyinlərimdən yük götürüldü.

Hansı ki, 18 ildir mənə çətinlik yaradırdı..

Hansı ki, 18 ildir mənə çətinlik yaradırdı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.








Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin