🕯️6| Xoşbəxtlik

23 12 17
                                    


Bəzən xoşbəxt olmaq bu qədər asan olurmuş.

*

Cəmi beş dəqiqə sonra anam başımın üstünü kəsmiş, dişinin dibindən çıxanları sıralayırdı. Nəymiş, adam olmazmışam, düzəlməzmişəm, qanmaz imişəm.

Görəsən Fərhadın dediklərini eşitsə idi, yenə də belə davranardımı?

Düşündüm bir anlıq, daha sonra isə bu sualı özümə verdiyim üçün əsəbləşdim. Cavabı bilirdim, cavabı çox yaxşı bilirdim. Fərhadın dedikləri onun qızları haqqında idi, pis də olsa, yaxşı da olsa onun üçün bir fərq etməzdi, çünki onu maraqlandırmırdıq. Nəyinə lazım idik ki?

Amma o ifadələri dilə gətirən, yəni Fərhad onun üçün dəyərli idi. Nə məsələydi baş açmamışdım, illərdir heç nə dayımın nə də oğlunun söhbəti bu evdə açılmamışkən hardan çıxmışdı bu qardaş və qardaş oğlu sevgisi?

Dayı deməyimə baxmayın, onun şəklini ancaq köhnə albom şəkillərində görmüşdüm, kim olduğunu soruşanda nənəm dayındı demiş, adını söyləmişdi.

Anam hələ də danışırdı. Mənim üçün nə dediyinin bir önəmi yox idi. Çünki bilirdim, bir sözü on dəfə fərqli şəkildə deyirdi. Əsas məzmun bəlli idi, ona görə də heç onu dinləmirdim. Cavab qaytarıb, onunla mübahisə edəcək halım da yox idi. Onsuz da yetərincə əsəbi idim, biraz da onunla dalaşıb yenə əsəbləşmək istəmirdim.

-Səfurə! - atamın səsini eşidəcək başımı söykədiyim stoldan qaldırdım. Anamı çağırırdı, anam gözlərini məndən çəkməyərək:

-Bura bax birdə görməyim! Eşitdin?!

Sonra stola söykədiyi əlini çəkib, iti addımlarla yanımdan uzaqlaşdı.

-Gəldim, gəldim.

Gedəndən sonra qapını açıq qoyduğundan ayaqlanıb qapını örtdüm. Danışıb, qəhqəhə çəkərək güldüklərini eşitmək istəmirdim. Doğrudu, qapı bu səslər üçün elə də böyük maneə deyildi, amma yenə də köməyi dəyirdi.

Yerimə keçib oturmuşdum ki, qapı açılmışdı. Gələnin anam olduğunu düşünsəmdə, yanılmışdım. Gələn Mahir idi.

-Nəsə olub? - deyə soruşdum narahatlıqla.

-Yox. Sadəcə içəri də bezdim. Nə qədər danışırlar boş-boş!

Ona gülümsəyib, - O qədər haqlısan ki demişdim. Əlimə yer göstərdim, - Gəl, otur.

Yanımda əyləşib, başını dizlərimə qoydu. Əlimlə saçlarını sığallamağa başladım. Aramızda elə çox yaş fərqi yox idi əslində. Sadəcə üç yaş. Amma niyəsə özümü onun qat-qat böyük bacısı kimi hiss edir, görmədiyi sevgi və şəfqəti ona verməyə çalışırdım.

Düşünməyə başlamışdım, qəribə idi. Atamla anamın arasındaki münasibət, onların bizə davranışları və bizim bir-birimizə olan bağlığımız. Sanki söz vermişdik ki, nə olur olsun, bizə nə qədər pis davranırlarsa davransınlar, həmişə bir olacayıq, birlikdə hər şeyin öhtəsindən gəlməyə çalışacağıq.

Vermədiyimiz sözü ilk tutmayan Pəri olmuşdu. Mahirin saçını oxşayanda ağlıma gəlmişdi niyəsə. Heç vaxt anlamamışdım onu. Niyə bu qədər tez təslim olmuşdu?

Məndən dörd yaş böyük idi. Sözün əsl mənasında hər zaman böyük bacılıq etmişdi mənə. O evlənəndə, mənim on iki yaşım var idi. Uşaq ağlımla istəmədiyini çox da yaxşı başa düşmüşdüm. Əlimdən nə gələrdi bilmirdim, amma onun üçün hər şeyi etməyə gözə almışdım.

Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin