🕯️7| Ölüm

20 12 17
                                    


Bilmirdim ki, ölüm kəlməsi məni olduğum andan qoparıb keçmişdəki xoş xatirələrimə aparacaq. Və mən ömrü boyu o xoş xatirələrdə yaşamaq istəyəcəyəm..

*

Nənəm bir dəfə, qonşumuz vəfat edəndə yanıma gəlmiş, səssiz-səssiz ağlamışdı. Təxminən on yaşım olardı. Ölüm sözünü anlayacaq qədər böyük deyildim əlbəttə, amma nənəmin ağladığını görəndə ilk səfərdən anlamışdım nə qədər acı verici bir hiss olduğunu. Çünki nənəm ilk dəfə ağlayırdı. İlk dəfə deyəndə, mən ilk dəfə idi ki nənəmin gözyaşlarını görürdüm. Uşaq aləmimdə, nənəmi belə ağladırsa, deməli heç yaxşı şey deyil demişdim. Ölən, nənəmin ən yaxın dostu idi. Nənəm dediyinə görə bütün gəncliyi onunla keçmişdi. Ən xoşbəxt anların da yanında olmuş, kədərli anlarda da heç vaxt əlindən buraxmamışdı. Amma indi nənəmin tək dostu, onu ilk dəfə tək qoymuşdu. Onu, öz yoxluğu ilə sınamışdı.

Qaçaraq nənəmin yanına gedib onu bərk bərk qucaqlamışdım. Problemi hər nə idisə, onu həll etmək üçün mütləq bir yolu olduğunu da demişdim. Amma nənəm onda, heç vaxt unutmayacağım o cümləni qurmuşdu mənə:

-Dünyada hər şeyə çarə var, bircə ölümə yoxdur. - demişdi. - Onlar birdə heç vaxt geri gəlməyəcəklər..

O zamanlar bilmirdim ki, ölüm hələ uşaq yaşda məndən ən sevdiklərimi qoparacaq.

Bilmirdim ki, ölüm kəlməsi məni olduğum andan qoparıb keçmişdəki xoş xatirələrimə aparacaq. Və mən ömrü boyu o xoş xatirələrdə yaşamaq istəyəcəyəm..

Ruzigardan eşitdiyim ölüm kəlməsi, məni yenə də ucu-bucağı xatirə yarğanına itələmişdi.

Məndən fərqli olaraq Fərhad eşitdiklərinə inana bilməyərək Ruzigara ardıcıl suallar sıralayırdı. Ruzigar isə, sualların hər birini cavabsız qoyub mənə baxırdı. Bir an düşünmüşdüm, onunla bizim ortaq nöqtəmiz ölüm imiş. İkimizində ən sevdiyini ölüm qoparıbmış bizdən.

Onu o qədər yaxşı başa düşürdüm ki bu dəqiqə. Keçirdiyi hissləri, düşündükləri, baxışları.. Hər şeyi çox yaxşı anlayırdım.

-Ruzigar! Necə oldu axı? Deyəcəksən ya yox? - Fərhad isə suallarını ardıcıl verməyə davam edirdi. Amma Ruzigarı tanıdığım qədəri ilə - tanımaq da demək olmazdı, bir həftə idi tanış idik, amma adını belə dünən öyrənmişdim - bu suallara indi cavab verməyəcəkdi. Verməyəcəkdi yox, verə bilməyəcəkdi.

Ehmalca Fərhad'ın qolundan tutdum.

-Fərhad, - deyə çağırdığımda baxışlarını mənə tərəfə çevirmiş, sorğulayan gözlərlə mənə baxmışdı.

-İndi yeri deyil. Gəl gedək, - boş-boş baxışlarla mənə baxmağa davam edirdi.

-İndi yeri deyil! O bu suallara cavab verəcək qədər hazır deyil, niyə anlamırsan?

Sözlərimi eşidən Ruzigar, gözlərindəki hüzünlü ifadə ilə mənə gülümsəmişdi. Niyə bilmirdim, amma gülümsəyişi mənim də üzümə bir təbəssüm qondurmuşdu.

Fərhad isə ikimizin arasında qalmış, nə edəcəyini bilməyən bir ifadə ilə bizə nəzər salırdı.

Ruzigar, gözləməyərək maşınına minib getdiyində Fərhadla tək qalmışdıq.

-O mənim dostum idi, Məryəm.

Bu sözləri dilə gətirdiyində bağçadaki stollarda oturmuş, çay içirdik. Düzünə qalsa, nəzakət xətrinə çay süzmüşdüm, amma ikimizdə çay içəcək halda deyildik.

Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin