"Mən yıxılmamaq üçün əlindən tutduğum gerçəkliyin bir yalanla əvəz olunmasını qətiyyən istəmirdim."Atamın yumruq olan əlini masaya vurub ayağa qalxması nəzərləri mənim üzərimdən çəkmişdi. Oğlan atama çatıq qaşlarla baxır, onu anlamadığını bəlli edirdi.
Atam mənə doğru bir addım atanda refleks olaraq geri addım atmışdı. Evdən anam qaçaraq gəlmiş, əlini dizlərinə döyərək, "Getdi, Getdi!" deyə fəryad edirdi. Qolumu tutub yerə itələdiyində içimdən gələn gülmə istəyini dayandırmış, qəmgin kimi durmağa davam etmişdim. Həm anam, həm də atam başımın üstündə duranda, anam nifrət dolu nəzərləri ilə üstümə şığıyıb saçımdan bir çəngə tutmuşdu.
-Əlin qurusun! Topal qızı topal! Bir siniyi də aparmağı bacarmadı!
Baxışlarımı yerdən, masaya doğru qaldıranda qonaqlarımızın üçünündə şok içində olduğunu, hətta qadının ayağa qalxıb biz tərəfə gəldiyini görmüşdüm.
-Ay Səfurə, neynirsən sən?? Görmürsən uşaq nə gündədi, sən də qab-qacağının dərdinə qalmısan?
Qadının dediklərini eşidən də gözlərim ümid işığı ilə parladı.
Doğrudan da belə analar var idi?
Qadın qolumdan ehmalca tutub ayağa qaldırdı məni. Dizlərimdən aşağıda duran donu ehmalca dərimdən ayırdı.
-Can bala, təmiz yanmısan. Səfurə uşağı içəri apar, kömək elə.
Anam qonağın yanında ədəbli görünmək istədiyindən dilini qarnına qoymuşdu. Səssizcə qolumdan tutub, evə doğru addımladı. Qolumdan tutuşu ağrıdarkən, yanığın indi daha çox incitdiyini hiss etmişdim.
-Qoy onlar getsin, görəcəksən sən gününü. - Dəhlizdən içəri addım atar-atmaz dedikləri məndə təəccüb doğurmamışdı. Həmişə ki anam idi.
Məni otağıma gətirdiyində, çıxıb getmiş, ardınca Nazənin qaçaraq gəlmişdi.
-Bacı, bacı yaxşısan? - deyə suallara tutmuşdu məni.
-Narahat olma, get sən. Həll edəcəm mən.
-Bacı, o oğlan getdi e.
Təəccüblə qaşlarımı qaldırdım, - Hara getdi?
-Dərman almağa, sənə. Nəsə yanığa görə.
Təəccüblənməyim biraz da artmışdı. Doğurdan da kimsə məni düşünmüşdü?
Bunu Nazəninə bildirməyərək, - Yaxşı, sağol dediyin üçün. - dedim. O otaqdan çıxdıqdan sonra üstümdəki paltarı çıxarıb kənara atdım. Şkafın qapağında olan güzgüdən özümü görəndə ağrılarım daha artmışdı.
Qıpqırmızı idim. Hər yerim, qırmızı rəngə boyanmış, özü də tərif oluna bilməyəcək qədər ağrı verirdi.
Dərindən nəfəs aldım. Nə zaman bitəcəkdi bütün bunlar? Nə zaman qurtulacaqdım bu evdən, bu insanlardan, bu kənddən?
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdasansa, bir şam yandır.
Historia Corta* -Qaranlıqdasansa, bir şam yandır. -Mənə kibrit verməyiblər. Heç, o şamı yandırmağımı da istəmirlər. * Bilmirdim. Verəcəyim qərarın nə dərəcədə düzgün olduğunu, məni xilas edib-etməyəcəyini bilmirdim. Özümü bütün hər kəsə, hətta bütün dünyaya mühar...