🕯1| İmkansız Xəyallar

171 32 251
                                    

{Vaxtı ilə xəyallarından qoparılaraq ayaqlar altına atılmış
Solmuş çiçəklərimizə..}

Kim bilir, bəlkə də bir gün yenidən açardılar.

Gələrmiydi o gün?

Gələrmiydi o gün?

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

1994, aprel.

"İnsanların çirklənmiş düşüncələri ətrafı da çirkləndirməyə çalışırdı. Çirkləndirməyə və qaranlıqlaşdırmağa.."

Soyuq hava ruhuma işlərkən əlimdən gələn tək şey çoxda xırda olmayan deşikdən ulduzları seyr etmək idi. Dişim-dişimə dəyirdi, üşüyürdüm, qaranlıqdan qorxurdum, amma yenə də ulduzları izləyirdim, çünki orada işıq var idi. İşıq olan tərəf yaxşılıq deyilmiydi? Mən də yaxşıya doğru can atırdım.

Bilmirdim, bəlkə də cırtdanın nağılındaki kimi işıqlı tərəfdə divlər vardı?

Gəl gör ki mənim qaranlıq tərəfdə də divlərim var idi. Div demək olmazdı, onlar əjdaha idi. Həm də üçbaşlı əjdaha. Ağzından püskürdükləri oda qarşı qoya bilmirdim, mən cəngavər deyildim, mən əjdahanın əsarətində olan çarəsiz şəhzadə idim. Digərlərindən fərqli olaraq mənim əli silahlı, ağ atlı cəngavərim yox idi.

Yuxum gəlirdi, yatmaq istəyirdim. Amma qorxu icazə vermirdi. Sanki gözümü yumanda qarşımda kimsə dayanırmış kimi hiss edirdim, bu səbəbdən gözlərimi yuma bilmirdim.

Burda olma səbəbimi xatırlayanda gülmə hissi gəldi. Yanlış anlaşılma.

Yanlış anlaşılma.

Əslində yanlış anlaşılacaq bir şey də yox idi, sadəcə bizimkilər yanlış anlaşılacaq bir şeylərin olmasını çox istəyirdilər.

İstəyirdilər ki, məni öz kuklalarına çevirsinlər. Onların sözündən çıxmayım, nə desələr edim, onlara tabe olum. Mən isə bunların heç birini etmirdim, dikbaşlılıq edir, sözlərindən çıxır, yalanlar danışır və xəyallarımın arxasınca gedirdim.

Yalan danışmaq yaxşı bir şey deyildi, bilirdim, amma məcbur idim. Bu cəhənnəmdən tək çıxış yoluma getmək üçün yalan danışmalı idim, amma artıq məni yalanda xilas edə bilməyəcəkdi.

Xəyallarıma qovuşmaq üçün qarşımda çox əngəl var idi. Nə edəcəyimi bilmirdim, onların nə edəcəklərini də bilmirdim.

Bildiyim tək bir şey var idi, asanlıqla təslim olmayacaqdım. Gərək yalanlarım, gərəksə bəhanələrim, bir yol tapacaqdım. Tapmalıydım.

Düşünməkdən yorulmuşdum. Qaranlıq və soyuq otaqda (otaq belə deyildi, tövlə idi.) bu düşüncələr məni yorurdu.

Otaq çox qaranlıq idi, eyni ilə onların  düşüncələri kimi. İnsanların çirklənmiş düşüncələri ətrafı da çirkləndirməyə çalışdı. Çirkləndirməyə və qaranlıqlaşdırmağa..

Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin