🕯️8| Solmuş Çiçək

29 7 16
                                    

İndi isə heç solmayan gülüşü solmuşdu. O, yeni açmış qönçədən solmuş çiçəyə dönmüşdü.

*

Qəbiristanlıq soyuq idi. O qədər soyuq idi ki, tir-tir titrəyirdim. Nədən qaynaqlanırdı bilmirdim, amma havanın isti olduğuna əmin idim. May ayının əvvəlləri idi. Bu fəsildə bizim kəndimiz güllü - çiçəkli, günəşli olardı.

Amma indi buranın soyuqluğu.. dondurmuşdu məni.

Pərinin məzarının başında idik. Xədicə yığdığı gülləri - bəziləri gül belə deyildi, kol idi - qəbirin üstünə qoyub, çəkdiyi şəkli anasına göstərirdi. Onunla danışır, söhbətləşirdi. Hətta bayaq yıxılmağını belə danışmışdı. Üstəlik danışanda o qədər həvəsli idi ki! Sanki Pəri ona cavab verəcəkdi, yıxıldığı yerdən öpüb, "canım qızım" deyəcəkdi..

Xədicə bəlkə də bunları xəyal edirdi. Bir gün anasının onu qucaqlamasını arzu edirdi.

Çox qəribə idi. Xədicə anasını bir dəfə belə görməmişdi. Bir dəfə belə qucağına almamışdı Pəri onu. Xədicənin anası sadəcə bizim danışdığımız xatirələrdən ibarət idi. Amma Xədicə onu o qədər çox sevirdi ki. Bəs biz? Anamız doğulduğumuz andan indiyənə qədər yanımızdan ayrılmamışdı. Sevirdikmi onu? Sevmirdik.. Yanında olmaq ana olmağa yetmirdi.

Xədicə şəkli qəbir daşının üzərinə qoydu, sonra bir-iki adım geri gedib Mahirin yanında dayandı. Mahir onu qucağına alıb maşına hasara doğru apardı. Mənsə yerdən bir daş götürüb şəkilin üzərinə qoydum. Düzdü, yağış yağsa islanacaqdı, heç olmasa külək aparmasın deyə düşünmüşdüm.

Nazəninlə bir-birimizə baxdıq. Hər dəfə bura gələndə olduğu kimi gözləri yenə dolmuşdu. Hamımızın qəlbində Pərinin yeri başqa idi. Mənə bacı idi, onlara isə ana. Pəri uşaqlıqdan onlarla maraqlanmış, qayğılarına qalmışdı.

Cibimə qoyduğum dəsmalı çıxardım, həmişə gələndə özümlə bərabər dəsmalı gətirərdim. Şəklini silmək üçün.. Üzərində toz olması qəlbimi dərindən yaralayardı.

Şəkili sildikdən sonra baxdım. Onun üçün nə qədər çox darıxdığımı bir daha xatırladım. Qısacıq, çiyninə gələn buruq saçları, heç zaman solmayan gülüşü, danışan kimi sağ yanağında bəlli olan qəmzəsi.. Ağ-qara şəkildə bəlli olmayan saçları kimi açıq qəhvəyi gözləri..çox gözəl idi. Uşaq vaxtı ona heyran idim. Hər çətinlikdə gülümsəməyə davam etmişdi, həmişə əlimizdən tutmuşdu.

İndi isə heç solmayan gülüşü solmuşdu. O, yeni açmış qönçədən solmuş çiçəyə dönmüşdü.

Kim bilərdi? Bəlkə də bir gün açardı? - deyə düşünmüşdüm ümid dolu, çarəsizcə. Sonra isə sərt səslə təkrarladım, açmayacaq. O öldü, ölülər geri qayıtmır.

Bir tərəfim hələ də uşaqca ümidini üzmürdü. Digər tərəfim isə ümidimi susdurmaqdan sanki zövq alırdı.

O geri qayıtmayacaqdı bəlkə, amma həmişə mənimlə birlikdə yaşayacaqdı.

*

Qəbiristanlıqdan qayıtdıqdan sonra yolumu məktəbə tərəf döndərmişdim. İlk dərsimiz bu gün boş olduğundan indi ikinci dərsə gəlmişdim.

Sinifə daxil olanda, bütün sinif əhlinin gözləri mənə dönmüşdü. Özümdən asılı olmayaraq gözümü qışda sinifimizi isitmək üçün istifadə etdiyimiz sobaya dikdim. Sinif yoldaşlarımı çox yaxşı tanıyırdım və bu gün məndən suallarının cavablarını almamış rahat buraxmayacaqlarını da bilirdim. Amma onlara cavab verəsi halda deyildim doğrusu. Yaxşı budur ki, hələlik keçişdirim.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 12 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin