🕯️4| Sağalmayan Yaralar

24 14 11
                                    

"İnsanlar ölürdü, amma xatirələr əbədiyətədək bizimlə yaşayırdı."

*

O günün üstündən bir həftə keçmişdi. Bu bir həftə ərzində, təəccüblü olsa da, evdə ən rahat günlərimi keçirmişdim. Sadəcə arada anamın söylənərək tapşırdığı işləri yerinə yetirir, sonra da otağa gəlib yenə uzanırdım. Yanıqlarım demək olar ki sağalmış, yerini isə izlərə vermişdi. İzlərin gedib getməyəcəyini bilmirdim, amma o günün xatirimdə həmişəlik qalacağına əmin idim. Bilmirdim, bəlkə də gün gələcək, mən o izlərə baxıb heç nə hiss etməyəcəkdim, geriyə qalan sadəcə izlər olacaqdı.. Onların məndə, ən çox da ruhumda qoyduğu o izlər.

Bir həftə ərzində Firuzə xala da - artıq adını öyrənmişdim - gəlib getmiş, mənimlə öz qızıymışammış kimi maraqlanmışdı. Nədənsə o qədər doğma hiss etmişdim ki ona qarşı. Nənəmdən sonra ilk dəfə birini özümə bu qədər yaxın hiss etmişdim. Sanki doğurdan da mənə dəyər verirdi.

Dəyər görmək nədir bilmədiyimdən, bu cümləni əminliklə belə qura bilmirdim.

Bu gün isə, nəhayət o gün idi. Həmin o oğlan, onun adını hələ də bilmirdim, bu gün gələcəkdi. Anamla Firuzə xala danışarkən eşitmişdim, nəsə vacib bir məsələ üçün Bakıya getməli olmuşdu, bu gün isə qayıdırdı. Qayıdarkən bizə də gələcəkdi, səbəbini danışıqlardan tam anlaya bilməmişdim, amma gəlməyini istəyirdim, onu görmək istəyirdim. Düzdü, onunla danışıb razılaşmaq istəsəm də, içimdəki fərqli bir istək idi. Mənə maraqlı gəlirdi. Bu tipdə anlayışlı bir ailənin böyütdüğü uşaq necə olardı, nə xasiyyətdə olardı, bunların hamsını bilmək istəyirdim.

Səbirsizliklə divardan asılmış kəfgirli saata baxırdım, hələ vaxta var idi. Yataqda uzanmış, əlimə dərs kitablarından birini almış ümumi təkrar edirdim. Bu bir həftə ərzində universitetlə bağlı olan ümidlərim də artmışdı. Olacaqdı, inanırdım, olmalıydı.

Anidən qapının açılması ilə əlimdəki kitabın tələsik yorğanın altına tıxadım. Hər hansı bir gərginlik çıxsın istəmirdim.

-Ay qız dur, nə oturmusan, dur tez ol!

-Nolub yenə? - Anam tərs nəzərlərlə məni süzüb, - Dur deyəndə dur. - dedi.

Ayağa qalxıb, - Oldu mu? - deyə soruşanda, - Ay qız burda mən bir sürü iş görüm, ölüm sən mənə naz elə! Dur rədd ol bir işin qulpundan yapış.

-Sən də elə davranırsan elə bil prezident gəlir.

-Cavab qaytarma, tez ol.

Artıq anamın bu təlaşlı hallarına öyrəşmişdik. Yəqin ki yenə kənddən kimsə gəlirdi, böyük ehtimal qonşulardan. Gələcək, bir neçə stəkan çayı qeybətlə zəhərlənib gedəcək, ardından bütün gün anamın bizə danlaqları ilə keçəcəkdi. Anam qonşuların ağzından çıxan hər kəlməyə inanır, onların uşaqların dırnaq arası fərasətlərinə heyran qalırdı. Başa sala bilmirdim ki, birin üstünə beş qoyub danışırdılar.

Otaqdan çıxandan sonra mətbəxdən gələn qoxular məni çaşdırmışdı, anam qonşularını nə qədər sevsə də, onlara yemək bişirməzdi. İti addımlarla mətbəxə doğru gedib, ocaqda qaynayan qazanlara baxdım. Birində yarpaq dolması, o birində aş, digərində dovğa..

Doğurdan da kim gəlirdi?
Yoxsa anam o oğlana görə belə yeməklər hazırlayırdı?

Anam da ardımca mətbəxə gələndə məni tərs tərs süzüb masadaki bıçağı götürdü.

-Səni qaldırdım ki, kömək eləyəsən, sən də boş bikar dayanırsan.

-Kim gəlir?

Anamın bir əlini belinə qoyub, bıçağın da dəstəyini masaya söykədi, -Sən fil qulağında yatırsan? Neçə gündü mən nə danışıram?

Qaranlıqdasansa, bir şam yandır.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin