İki

81 29 18
                                    

Bu gün oteldən, çıxmışdım gedəcək yerim olmadığına görə universitetə gəlmişdim. 1 ci saat dərsim yox idi, dostum olmadığı üçün vaxt keçirəcək biri də yox idi, buna görədə kitabxanaya getməyə qərar verdim. Ev üçün olan görüşmə isə dərsdən sonra olacaqdı. 

Kitabxana düşündüyümdən daha böyük idi, içərdəkilərə mane olmamaq üçün bacardığım qədər səsiz olmağa çalışırdım. Psixologiya oxuduğum üçün psixologiyayla bağlı olan kitabların olduğu rəflərin yanına getdim. Rəfə göz gəzdirərkən gözümə müəllimlərin ilk gündən haqqında danışmağa doyamadığı Sigmund Freud in kitabı çarpdı, almaq üçün uzansamda boyum çatmadı. Barmaqlarımın üzərinə qalxıb biraz daha çabalamağa çalışdım, arxamda hiss etdiyim bədən hərəkətlərimin kəsilməyinə səbəb oldu. Arxamda, dibimdə biri vardı, mənə çox yaxın idi, boynumda nəfəsini hiss edirdim...

Kitabı rəfdən götürüb əlimə verdiyi anda üzünü görmək üçün arxaya çevrildim. Arxadan düşən günəş işığı  yenə üzünü görməyimə mane olurdu, kimdi axı bu və ya bunlar...dünəndən bəri bir və ya bir neçə insanın üzünü bu şəkildə görə bilmirdim. Onlar mənə bir addım atırdı amma mən üzlərini görmədən onları itirirdim. Bir neçə saniyə üzünü görməyə çalışdım...

"Dəyməz" dedi və üzünü çevirib uzaqlaşdı, yenə susdum. Mən təşəkkür etməmişdim buna baxmayaraq dəyməz demişdi, təşəkkür gözləyərək demişdi bunu...



***

Başımı qaldırıb köhnə binaya baxdım, binada yerləşdiyi küçə qədər vahiməli idi. İçim bir anlıq titrədi

"Salam" gələn səslə irkib arxaya çevrildim..."S-salam...mən ev üçün gəlmişdim...ev sahibiylə danışmışdıq dünən, ünvanı bura dedi"

"Bəli ev sahibi, mənəm, Murad. " deyib əlini uzatdı. "Asif" dedim əlinə qarşılıq verərək.

"Burdan buyur" dedi binanın girşini göstərərək.


"Gördüyün kimi ev 2 otaqlıdı, düzdü biraz köhnədi amma idarə edər" 

Gözlərimi evə gəzdirərək "məncədə idarə edə"

"razısan onda"

"Razıyam"

"Xeyirli olsun o zaman. İstədiyin vaxt yerləşə bilərsən" uzatdığı əli tutaraq "Bu gün yerləşmək istəyirəm, indi" dedim.

"Fərq etməz mənə" dedi gülümsəyərək.



Sonunda evə yerləşə bilmişdim. Murad da kömək etmişdi, buna görədə çox çətinlik çəkmədim. Yerləşərkən söhbət etmişdik oda mənim kimi 1 ci kurs idi və eyni universitetdə oxuyuruqmuş. Hətta patok yoldaşıymışıq

"Hələdə eyni patokta olmağımıza baxmayaraq bir birimizi necə görməmişik ona inana bilmirəm. Sən məni görmədiyinə əminsən?" Başımı sallayaraq cavab verdim. Əlini çənəsinə atıb çənəsini qaşıyaraq biraz düşündü "İstəyirsənsə get biraz yat yorulmuş olarsan" 

"Tamam o zaman mən yatıram, gecən xeyirə" deyib otağa keçdim.


***

Səhər burnuma dolan yumurta qoxusuyla oyanmışdım. Qoxunu izləyərək mətbəxə getdim. Murad hazırladığı yumurtanı masaya qoyurdu, məni görüb gülümsədi

''Sabahın xeyir, oyandırdım səni?'' 

''Sabahın xeyir yox sən oyandırmadın''

''Keç otur o zaman, yumurta bişirmişəm. Tələbənin olmazsa olmazı''  dedi gülümsəyərək. Gülümsəməsinə qarşılıq verib oturdum.

 " Dərsin neçənci saatdı"

'' Ikinci''

''Hetif bərabər gedə bilmiyəsiyik məndə birdi'' 

Qarşılıq olaraq sadəcə gülümsədim 



Forever Together (gay)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin