Üç

69 24 17
                                    

Sinifdə yanlız keçirdiyim iki dərsin ardından sıxıldığım və ac olduğum üçün yeməkxanaya getmək qərarına gəldim. Kalidorda bir qızla söhbət edən Muradı gördüm. Yaxınlaşmaq üçün qızın getməsini gözləyəcəkdim amma qız uzaqlaşan kimi Murad da  arxasına dönmədəm çıxışa doğru getməyə başladı. Dərs hələ bitməmişdi, bundan sonra ortaq dərsimiz vardı amma o harasa gedirdi. Kənardan insanların işinə burnunu soxan bir tip deyildim amma daxildən eləydim. Hər şeyə maraq salırdım amma öyrənməyə cəsarətim olmazdı. Bu dəfə elə etməyəcəkdim, arxasınca gedəcəkdim, onu bir gündür tanısam belə burda tək tanıdığım oydu ona görədə onunla daha yaxın olmalıydım.


Nə qədər sürətlə getsəydimdə ona çata bilmirdim. Universitetdən uzaqlaşmağa başlamışdıq, saata baxdım, dərsin başlamasına az qalmışdı ən yaxşısı qayıtmaq idi. Onsuzda ona çata bilmiyəsiydim. Birdən onun dayandığını gördüm. Kənar bir küçəydi gizlənə biləcəyim yerdə yox idi.

Küçənin o başında və bu başında qara maşın dayandı və hər maşından qara maskalı, əlində odun parçası olan 3-4 nəfər düşdü. Çıxmaza düşmüşdük və mən nə baş verdiyini anlamırdım...

Murad arxasını döndüyündə məni gördü. Təəccüblənmişdi.

''Sən burda nə ed-'' arxasından dəyən odun parçası cümləsini tamamlamağa imkan verməmişdi. Arxamda eşitdiyim səslər eyni taleyi mənimdə gözlədiyimdən xəbər verirdi və başımda hiss etdiyim ağrı...qaranlıq.


Gözlərimi açdığımda qarşımda sutula bağlanmış vəzziyəətdə məni izləyən Muradı gördüm, üstü başı qan içindəydi. Mənsə yerdə uzanmışdım, qalxmaq isdədim amma bədənimdə hiss etdiyim ağrı buna mane oldu. Qolumu belə qaldıdırmağa halım yoxuydu. Ətrafa göz gəzdirdim bura köhnə bir anbara bənzəyirdi.

Beymimdə bir ton sual varıdı amma soruşa bilmirdim. Murad da danışmırdı sadəcə dolu gözlərlə üzümə baxırdı.

Keçən 10-15 dəqiqənin ardından qapı açıldı. İçəri qara geyimdə olan 3 nəfər daxil oldu.

" Necəsən Əkbər" dedi gülərək. Əkbər kimdir deyə düşünməyə başladım.

"Adını dəyişməklə bizdən qaça biləcəyini düşünürdün?"

Digəri ələ salan bir tonda davam etdi ''Univerditetədə qəbul olub hah sıfırrdan həyat qurmaq istəyib amma heyif ki bu alınmayacaq''

"İstəsə alınar , bizə malların yerini de sonrada yeni həyatına davam et" dedi digəri

Hələdə heçnə başa düşə bilmirdim. 

"Mən heçnə bilmirəm" dedi Murad. Onun bu sözüylə arxada dayanan daha çüssəli adam gəllib Murada bir yumruq atdı. Yumruğun təsiriylə başı sağa düşmüşdü, gülərək başını qaldırdı. "Əlindən gələn elə budu?" 

Muradın bu sözü ilə daha da əsəbləşən adam digərinə nisbətən daha bərk bir neçə yumruq daha atdı. Murad hələdə gülürdü. 

İlk danışan adam "Bu arsıza xeyri yoxdu amma.." deyib mənə çevrildi və gözüylə böyük cüssəli adama məni işarə verdi. İşarəni alan adam məni yerdən qaldırdı və üzümə bir neçə yumruq endirdi, bıraz daha vursaydı huşumu itirəcəkdim. Murada nisbətən daha zəyifdim, təkcə Murada deyil bir çox yaşıdıma nisbətən, boyum balacaydı və arıqdım. Bu yumruqlara dözməyəcəyimi sanki yumruğu atanda bilirdi....

"DAYAN DANIŞACAM, onu rahat burax danşacam...''  Muradın sözüylə adam məni yerə buraxdı ''Bax belə yola gəl''

Mradın üzünə baxdığımda bayaqki rahatlıqdan əsər əlamət yox idi, gözləri dolmuşdu...

"De görüm mallar hardadı?" 

Murad mənim üzümə baxaraq dedi "Bilmirəm...amma...amma öyrənə bilərəm mənə 1 həftə vaxt verin"

"Üç gün" dedi ilk danışan adam və digərlərinə gözüylə qapını işarə edib anbarı tərk etdi. 

Onlar çıxar çıxmaz Murad "Arxamca niyə gəlmişdin?" deyə soruşdu

"Mən..."

"NƏ SƏN!?"

"Mən sadəcə..."

"NƏ SƏN SADƏCƏ!? BUNLAR SƏNƏ ZARAFAT GƏLİR? NİYƏ AXI NİYƏ ARXAMCA gəldin...niyə"

"Mən sənin pis işlərlə məşğul olduğunu hardan bilə bilərdim axı, dərs vaxtı hara getdiyin maraqlı gəlmişdi sadəcə..kimsən axı sən, bu adamlarla nə işin var  Murad.... yoxsa Əkbər deməliyəm?"

"Deyəcəm...hamsını deyəcəm. Əvvəlcə əllərimi aç"

Tərəddüdlə üzünə baxdım.Ona güvənə bilərdim? "Qorxma sənə zərər vermərəm" dedi dolu gözlərlə.

Əllərini açdıqdan sonra yerdə oturdu məndə yanına oturdum. İkimizdə susurduq, o köks ötürüb danışmağa başladı, mənsə sadəcə dinlədim...




( Qeyd; Böyük hərflə yazılan dialoqlarda səs tonu yüksəlir həriflər kiçilincədə enir )



Forever Together (gay)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin