Güzgüdə yaralı üzümə baxdım. İlk dəfə idi üzümdə bu qədər yara vardı. Bir tərəfdən yaralarıma krem sürtərkən digər tərəfdən Muradın dünən dediklərini düşünürdüm. Bu işlərə uşaqlıqdan qoşulmuşdu, kimsəsiz idi həyatda qalmaq üçün iş axtararkən qarşısına pis insanlar çıxmış, yaşının az olmasından istifadə etmişdilər. Mən kim olduğunu soruşanda
"Mən insanların həyatını zəhərləyən bir şərəfsizəm...özü nəfəs alsın deyə başqalarının nəfəsini kəsən şərəfsiz...çoxdan ölmüş olan bir qatıl,hər insan zəhərlədiyində ölən bir qatil...narkotik satıcısıyam mən. " demişdi.
Onun yaşadıqları çox ağır idi, düzdü məndə ağır deyil deyəcək şeylər yaşamamışam amma onun yerində olsaydım, məni qoruyacaq biri olmasaydı məndə böyük ehtimal onun kimi bir qurban olardım...Atam əvvəl iş adamı olub, anam mənə hamiləykən şirkəti batıb . Borclardan qurtulmaq üçün bizi atıb xaricə qaçıb. Anamı isə 3 yaşımdaykən itirmişəm. 14 yaşıma kimi nənəm baxıb, o öldükdən sonra isə həyatımda heç görmədiyim bibim gəlib mənə sahib çıxdı, özüylə başqa şəhərə apardı. Universitetə girdikdən sonra yanından ayrıldım, ona daha çox əziyyət vermək istəmirdim. Məni hər zaman qoruyanlar olub yoxsa məndə bir qurban olardım...Amma o zaman Murad qədər güclü ola bilməzdim, ya onlara tabe olardım ya da dözməyib özümü öldürərdim...
"Bezmişdim...onlar məni həyatdan bezdirirdi. Əslində bir həyatımda yox idi, ölməyi düşündüm...bu cür yaşamaqdansa ölmək yaxşı idi amma sonra məni həyata bağlayan bir səbəb tapdım, onun üçün yaşamaq qərarına gəldim, onu qorumaq üçün onlarla mübarizəyə başladım...amma hər şeyi batırdım" - Murad.
***
Murad;
Hardasan
Asif;
Unidə
Murad;
Sənə evdən çıxma demişdim. Niyə sözümə qulaq amırsan
Tez evə get
Asif;
Evdə ürəyim sıxılır
narahat olma toxunmazlar mənə
nədə olsa 3 günümüz var
görüldü
Evə getmisən sən?
Murad;
Hələ yox...
Asif;
Tapa bildin malları
Murad;
Hələ yox amma sən darıxma mən bir çarəsini tapasıyam
Universitetdən çıxıb evə get
Axşam gələcəm danışarıq
Asif;
Tamam-.-
görüldü
ŞİMDİ OKUDUĞUN
Forever Together (gay)
Mystery / Thriller***Çətiri mənə uzadan insanı görmək üçün qulpundan tutub kənarlaşdırmağa çalışdım amma o mənim tutmağımla əlini buraxıb uzaqlaşdı. Arxasından baxıb kim olduğunu müəyyənləşdirməyə çalışsamda onu saniyələr içərisində digər insanların arasında itirdi...