Uzun yolun sonunda çatmışdım. Gizləndiyim qaya parçasının arxasından köhnə fermaya baxdım. Bu şəhərdən uzaq çöl yolunun kənarında kimsəsiz bir ferma idi. Plan hazır idi, içəri girib Asifi alıb çıxacaqdıq. Ona hər şeyi mən danışacaqdım, onlar yox. Danışmamaq əmiri almışdım, amma danışacaqdım. Asifi itirmək istəmirdim.
Yanımdakı adamlara hərəkətə keçmək üçün işarə verdim.
***
Gözlərimi gələn silah səsləriylə açmışdım. Atışma olduğu bəlli idi. Burdan çıxmasaydım görünür ki mən bir sikilmələ qurtulmayacaqdım.
Tərpənməyə çalışırdım, alınmırdı. Əllərimi iplə bağlamışdılar. Ətrafa iti şey tapmaq üçün göz gəzdirdim, aha şüşə qırıntıları. Onlar işimə yaraya bilər.
Stulu yıxmaq üçün bir neçə dəfə yellədim. Tam yıxılacaq dediyim anda qapıdan səs gəldi. Hərəkət etdiyimi görmələri məni tez öldürmək üçün bəhanə ola bilərdi. Ona görədə stulu stabil saxlamağa çalışdım.
Bir neçə silah səsi daha, qapı silahla vurularaq açıldı. Növbəti güllə mənə dəyəcəkdi deyəsən. Qorxuyla gözlərimi yumdum.
"Asif!"
Bu səs...Murad! Gözlərimi tələsik açdıqda mənə tərəf qaçan Muradı gördüm. Qurtulmuşdum...
***
"Yaxşısan hə indi?"
Onun otağa girdiyini görüb yerimdə dikləşdim.
"Tərpənmə, tərpənmə"
"Narahat olma top kimiyəm. Mənim kimi bir oğlana kim nə edə bilər ki?"
Güldü, əyilib saçlarımı qarışdırıdı. Əlini çəkdi və yanımda oturdu. Gülüşünü saxladı və ciddi amma eyni zamanda çəkingən bir şəkildə dedi.
"Asif sənə bir şey deməliyəm"
Mallarla bağlıdır deyə düşündüm, yəqin üzür istəyəcək
"Buyur"
Dərin nəfəs aldı..
"Sən...mən...şey yəni..."
Nə yəni, nə uzadırdı ki belə, nə var burda.
"Mən səni əvvəlcədən tanıyıram, bizim tanışlığımız təəsadüf deyildi"
Nə? Necə yəni? Nə deməkdi bu?
Əllərini qarşımda yellədi
"Bilirəm, bilirəm, qəribə gələ bilər amma dediklərimə yaxşı qulaq as"
Bu dəfə dikləşməli olduğumu anladım və yerimdə oturdum. Oda mənə daha çox yaxınlaşdı.
"Səni uzun müddətdi izləyirəm, hardasa 7 ay qədər olar."
Qorxmağa başlamışdım, yoxsa öz əlimlə qatilimin evinə mi gəlmişdim?
"İnan mənə pis bir məqsədim yox idi, sadəcə səni qorumağa çalışırdım. Bunu məndən sənin atan istəmişdi"
Gülümsəyərək ani şəkildə sözünü kəsdim
"Mənim atam yoxdu Murad"
Gözlərini gözlərimdən çəkib əllərinə saldı
"Sənin atan var Asif"
Gülüşümü böyüdərək cavab verdim.
"Zarafatdı bu? Mənim atam yoxdu deyirəm, ölüb o"
Dərindən nəfəs aldı və gözlərini gözlərimə qaldırdı
"Qulaq as, sənə narkotik satışına necə qoşulduğumdan danışmışdım, məni bu işə atan qoşub, əvvəllər onun yanında sadəcə narkotik satırdım, daha sonra bunu etmək istəmədiyimi bildirdikdə o mənə səni izləyib, qorumağımı tapşırdı"
Başımı inkar edər şəkildə sağa sola yellədim
"Sənin nə danışdığını anlamıram, mənim atam yoxdu, o uzun illər əvvəl məni və anamı atıb Rusiyaya qaçıb və orada ölüb"
Bu dəfə o başını yellədi
"Yox Asif o ölməyib, orada narkotik satışına başlayıb, biznesini böyüdüb, ölkənin ən böyük narkotik satıcılarından biridir."
Necə yəni atam sağ idi, amma buna baxmayaraq bizi axtarıb aramamışdı?
"Bunla bağlı sualların var bilirəm, amma bir gün onla görüşdükdə ona verərsən bu sualları, mən sənə bunu ona görə danışıram ki səni qaçıran adamlar, atana görə qaçırmışdı. Onlar atanın rəqibləridi...planımız əslində o idi ki mən səninlə dostlaşım, yanında olum və səni qoruyum. Amma işlər tərsinə getdi, mənim narkotik borcum olduğu üçün onlar məni tapdı, bizə ilk öncə borcuma görə yaxınlaşmışdılar. Atan borcu ödədi amma onlar necəsə sənin onun oğlu olduğunu öyrənib, səni qaçırtdı. Məqsəd yəqin ki qisas almaq idi"
Dayana bilmədim və sözünü kəsdim
"Bir dəqiqə, bir dəqiqə mənim atam sağdı hə?"
Nəfəs verdi və "Hə" dedi
Yerimdən qalxdım
"Onunla görüşmək istəyirəm"
Oda yerindən qalxdı və qarşıma keçdi
"Olmaz Asif"
"Niyə, niyə olmaz axı? Mənə qarşıma keçib atan sağdı deyirsən. Onunla görüşmək istəyirəm amma olmaz deyirsən? Niyə?!" İstəmədən səsimi yüksəltmişdim
Mənim əksimə o sakit tonda cavab verdi
"Çünki sənə bunları onunla görüşməyin üçün danışmadım"
Daha çox özümdən çıxıdım
"Niyə, onda niyə danışdın axı?!"
Onunda səbri tükənirdi
"Deyirəm axı axıra kimi qulaq as, ona görə danışdım ki bir daha ehtiyatlı olasan və tələyə düşməyəsən" oda səsini yüksəltmişdi
Əsəblə yatağa oturum və mən də səsimi yüksək tutaraq dedim
"Nə?! Elə bilirsən mən onlara uşaq kimi aldanmışam? Xəsdəsən sən? Onlar məni universitetin içində, göz görə görə qaçırdılar, səncə bunları bilsəm nə edəcəm? Dua zadı bu? Buxarlanacam? Ya Thor olacam?" Ah çəkdim "Ciddən adamı xəsdə salarsan!"
Tələsik keçib qarşımda oturdu
"Bağışla...bağışla. Danışdım, çünki səndən daha çox gizlətmək istəmədim" əlimi tutdu " Bunu başqasından öyrən istəmədim, başqasından öyrənib məndən uzaqlaş istəmədim"
Gözlərimin içinə duyğu dolu baxırdı, tüklərim ürpərmişdi.
Əlimi əlindən çəkdim.
"Kim dedi ki indi səndən uzaqlaşmayacam"
Hələ yeni başlayırıq dostlar..
Oxuduqdan sonra şərh yazmağı və ulduz verməyi unutmayın♡

ŞİMDİ OKUDUĞUN
Forever Together (gay)
Mystery / Thriller***Çətiri mənə uzadan insanı görmək üçün qulpundan tutub kənarlaşdırmağa çalışdım amma o mənim tutmağımla əlini buraxıb uzaqlaşdı. Arxasından baxıb kim olduğunu müəyyənləşdirməyə çalışsamda onu saniyələr içərisində digər insanların arasında itirdi...