Muraddan
Artıq 5 saat idi ki Asifdən xəbər ala bilmirdim. Hər yerə baxmışdım, universitetə, yaxınlıqdakı kafelərə, parklara bir sözlər ağlıma gələn hər yerə. Dəli kimi ətrafda dolaşdıqdan sonra ona getməyə qərar verdim. Əgər düşündüyüm şey olmayıbsa adəcə o Asifin yerini tapa bilərdi.***
Qollarımdan tutulub zorla diz çöktürülmüşdüm. Başımı qaldırıb qarşımdakı kresloda oturan bədənə baxdım, qaşları üzünün gərgin olduğunu göstərən bir şəkildə çatılmışdı, bu da alnının qırışmasına səbəb olurdu. İri vücudunu kresloya söykəsədə heçdə rahat olmadığı hər halından bəlli idi. Dözə bilməyib ayağa qalxdı və qarşımda dayandı. Ona baxmağı kəsib danışmaq qərarına gəldim.
Ağzımı açıb danışacaqdım ki üzümə enən zərbə buna mane oldu."İşə yaramaz oğraş, bir uşağada nəzarət edə bilmədin"
"Siz həll edəcəm demişdiz"
Və daha bir zərbə
"MƏNƏ CAVAB QAYTARMA"
Əli ilə saçımdan tutaraq üzümü qaldırdı "Mənə cavab qaytarma...onu nə bahasına olursa olsun qorumalıydın!"Daha çox dayana bilmədim. Mənə söz verib Asifi təhlükəyə atan o idi.
"Hə, onu nə bahasına olursa olsun qoruyacaqdım və qoruyacağamda ama siz sözünüzü tutmadız. Hər şeyi həll edəcəkdiz, malları verəcəkdiz və onlarda bizi rahat buraxacaqdı amma..."
Burnumdan axan qanı çiynimə sürtüb davam etdim " Amma siz sözünüzü tutmadız "
"Mən sözümü tutdum. Malları verdim"
Təəccüblə üzünə baxdım. Necə yəni malları vermişdi, bəs onda onlar niyə Asifi qaçırmıdı."Yoxsa.."
"Məndə elə düşündüm amma bu münkün deyil" dedi sərt bir şəkildə.
"Asifi tapmaq lazımdı. Mən onu taparam, mənə sadəcə silah verin"
Bir neçə saniyə yuxarıdan aşağı üzümə baxdı "Buraxın onu"
Məni tutan əllərin üzərimdən qalxması ilə dayana bilməyib müvazinətimi itirdim və yerə yıxıldım. Bir neçə saniyə çətinliklə mübarizə apararaq yapışdığım yerdən ayağa qalxdım.
"Son bir şans, sənə son bir şans verirəm, mənə Asifi sağ salamat gətir. Nə qədər adama yada silaha ehtiyacın varsa götürə bilərsən, əsas odu mənə onu sağ gətir"
Başımı yelləyib otaqdan çıxdım
***
Asifdən
Qaranlıq, soyuq, səslər...gözlərimi aça bilmirəm. B bir dəqiqə niyə tərpənə bilmirəm? Gözlərimi açmalıyam, amma aça bilmirəm. Açmalıyam...Bir neçə dəqiqəlik mücadilənin nəticəsində gözlərimi açmışdım. Ətrafa göz gəzdirdiyimdə buranı tanımadığımı anlamışdım və...və əllərim, mən stula bağlanmışdım.
"Nəhayət oyandın balaca"
Qarşımda duran tanış üzə heyrətlə baxdım. Bu, bu keçən dəfəki bizi qaçırdan adamlardan biri idi.
"Mən niyə burdayam, axı Murad malları vermişdi sizə" deyə soruşdum
Gülümsəyərək cavab verdi. Bu gülümsəmə adi gülümsəmədən daha çox şeytani idi.
"Artıq bizi mallar maraqlandırmır"
Nə necə yəni bəs onda mən burda nə ediridim
"Necə yəni, nə istəyirsiz məndən"
Mənə bir neçə addım atıb, gülümsəməsini böyütdü
"Səni"
![](https://img.wattpad.com/cover/330539639-288-k577743.jpg)
ŞİMDİ OKUDUĞUN
Forever Together (gay)
Mystère / Thriller***Çətiri mənə uzadan insanı görmək üçün qulpundan tutub kənarlaşdırmağa çalışdım amma o mənim tutmağımla əlini buraxıb uzaqlaşdı. Arxasından baxıb kim olduğunu müəyyənləşdirməyə çalışsamda onu saniyələr içərisində digər insanların arasında itirdi...