Gözümə düşən işığın qarşısını almaq üçün əlimi gözlərimə qaldırdım. İşə yaramadığını gördükdə digər tərəfə çevrilmək üçün hərəkət ettim, amma düşündüyüm kimi bədənim yatağın digər tərəfiylə deyil yerlə birləşmişdi. Belimdə hiss etdiyim ağrıyla gözlərimi açdım, yerdəydim və otağımda deyildim. Ağlıma dünən Muradı gözləyərkən burda yatıb qalmış olma ehtimalım gəldi.
Daha sonra ağlıma gələnlə Muradın otağına qaçdım, gözlədiyimin əksinə yatağı boşuydu və heç yatılmış yatağa bənzəmirdi. Əmin olmaq üçün bir neçə dəfə adını səslədim. Səs gəlmədi...Deməli hələdə gəlməmişdi...Dünən axşam gələcəm demişdi ama gəlməmişdi.
Telefonumu götürmək üçün salona qayıtdım, gördüyüm şeylə ürəyimə çox ağır bir yük oturdu sanki. Mesajlarımada cavab verməmişdi. Zəng etmək üçün əlimi adının üzərində sürüşdürdüm. Çaldı...çaldı və yenə telefonu açan olmadı.
Bir şey olmuşdu bunu anlaya bilirdim amma əlimdən heçnə gəlmirdi. Qorxuyla bir daha zəng etdim və yenə açan olmadı.
***
Ürəyim heç istəməsədə hər ehtimala qarşı universitetə getmişdim, bəlkə onu orda görə bilərəm deyib amma ordada yoxuydu.
Qapını açıb evə girdim, ayaqqabılarımı çıxardıb salona keçdim. Düzünü desəm salonda oturub çay içərək TV izləyən bir Murad gözləmirdim. Təəccüblə üzünə baxdım, gülümsədi və daha sonra heçnə olmamış kimi TV izləməyə davam etdi. Əsəbləşmişdim, mən burda qorxudan dəli olarkən o heçnə olmamış kimi uzanaraq TV izləyib çay içirdi.
Damarlarımda axan qanın o an başıma vurduğunu his etdim. Əlimi yumruq şəkilində sıxaraq "MƏN BURDA DƏLİ OLMUŞAM SƏNSƏ HEÇNƏ OLMAMIŞ KİMİ UZANIB TV İZLƏYİRSƏN" deyərək sürətlə ona yaxınlaşmağa başladım.
Təəccüblə üzümə baxdı, üzərinə gəldiyimi gördükdə uzandığı yerdə oturur vəziyyətə gəldi.
Tam başının üstündə dayanıb işarət barmağımı üzünün qarşısında salladım "ÜZÜMƏ MAL MAL BAXMA, DÜNƏN AXŞAM GƏLƏCƏM DEYİB YOXA ÇIXMISAN. HANSI CƏHƏNNƏMDƏYDİN? NECƏ NARAHAT OLDUM XƏBƏRİN VAR??!! İNSAN BİR TELEFONUNA BAXAR. SƏNİN NƏ SİKİNƏ ASİF NARAT OLDU YA OLMADI"
Mən bunları deyərkən o bir neçə saniyə üzümə təcüblə baxmağa davam etdi. Daha sonra üzündə şeytani bir gülüş əmələ gəldi. "Narahat oldun? Niyə bu qədər qorxdun ki, nədə olsa qurtulacaqdın məndən. Səndə bunu istəmirsən ki?"
Bir anlıq ağlından nə keçir ki belə gülümsəyir dedim, narahat olmağım normal idi. Daha sonra ağlıma gələnlə gözlərimi bərəltdim " Nə deməyə çalışırsan, narahat oldum. Düşündüm ki malları tapmamısan və onlar səni öldürüb. BUDA MƏNİMDƏ ÖLÜMÜMÜN YAXIN OLDUĞU MƏNASINA GƏLİR"
Üzündəki gülüş dahada böyüdü və məni özünə yaxınlaşdırdı. Ani hərəkətlə az qalsın qucağına düşəcəkdim, son anda özümü tutmağı bacardım. Üzlərimiz eyni səviyyədə idi.
"Dogurdannn?" dedi uzadaraq "mənsə biricik həyat yoldaşımın evə gəlmədiyim üçün narahat olduğunu düşünmüşdüm"
Gözlərim şokla böyüdü, nə deyirdi bu axmaq. Mən ağzı açıq bir şəkildə ona baxarkən onun hər halından gülməmək üçün özünü sıxdığı bəlli idi və dayanamayaraq gülməyə başladı. Əsəblə çiyninə bir neçə yumruq atdım. Oysa gülməyə davam edirdi " üzünün halını görməliydin" dedi gülüşlərinin arasından.
Qaşlarımı çataraq yumruq atmağa davam etdim, ən sonda dözə bilməyib məni durdurmaq üçün əllərim qarışıq qucaqlayıb qucağına çəkdi. Mən qucağında çırpınmağa davam edərkən o məni daha bərk qucaqlayırdı. Hərəkət etməyimə daha çox imkan vermədən əllərimdən tutaraq məni altına aldı.
Bu hərəkətlərimin kəsilməsinə səbəb olmuşdu. Bir neçə saniyə və ya dəqiqə tam olaraq xatırlamadığım bir zaman dilimində hərəkət etmədən bir birimizə baxdıq. Baxışları ilk öncə gözlərimdəydi amma bir neçə saniyəliyinə dodaqlarıma getmiş və sonra yenidən gözlərimə baxmışdı. Məndə istəmədən gözlərimi dodaqlarına endirdim, daha sonra necə mənasız bir vəziyyətdə olduğumuzu anladıqda onu üzərimdən itələdim " Bəsdi mənlə məzələndiyin de görüm hardaydın və mallar necə oldu"
Bir neçə saniyə düşündükdən sonra "Sənə demişdim ki həll edəcəm. Artıq narahat olmağa ehtiyac yoxdu, malları verdim. Səni artıq kimsə narahat etməyəcək" dedi və qalxıb otağına keçdi.
Düzünü desəm onun bu qədər tez malları tapıb verməsinə və onların bizi belə rahat buraqmasına təəccüblənmişdim. Nədə olsa üzlərini görmüşdük, sirlərini bilirdik. Bizdən ya qurtulmalıydılar ya da necəsə susturmalıydılar. Normalda mafiya filimlərində belə olurdu axı. Bu işdə bir iş varıydı və mən bunu tapacaqdım. Murada bir şey his etdirmədən tapacaqdım.
Yeni bölüm gözləyən bir nəfərin belə olması məni çox sevindirdi. Gec atdığım üçün bağışlayın vaxt tapar tapmaz yazıb atdım. Ümüd edirəm bəyənərsiz...
( Qeyd: Böyük həriflə yazılan dialoglarda səs tonu yüksəlir həriflər kiçilincə enir )
ŞİMDİ OKUDUĞUN
Forever Together (gay)
Mystery / Thriller***Çətiri mənə uzadan insanı görmək üçün qulpundan tutub kənarlaşdırmağa çalışdım amma o mənim tutmağımla əlini buraxıb uzaqlaşdı. Arxasından baxıb kim olduğunu müəyyənləşdirməyə çalışsamda onu saniyələr içərisində digər insanların arasında itirdi...