2015.03.20
Bu gündəliyi yazandan fikir vermişəm hamıyla əlaqəm soyuyub amma yazmağa məcbur idim beynimin içində o qədər sual var ki, onları bir yerə yazıb beynimi boşaltmalı idim.
Soyuq biri olmaq istəməzdim amma zaman həqiqətən də böyük qüvvədir, məni dəyişən də o oldu. İlk yazmağa başladığımla indiki arasında fərq var- daha sakit biri olmuşam. Ümidlərimdən bir neçəsi bu yolda qurban getdi amma fikirləşirəm ki, buna dəyərdi. Bir neçəsinə görə hamının xətrinə dəyən pis bir adam oldum. Baxanda görürəm ki, artıq yaxşılıqda sərf etmir. Bir qədər sonra sənin etdiyin yaxşılığı fürsətə çevirib, bundan istifadə edirlər. Gərək sakit adam olasız həmçinin gördüklərnizi heç kimə danışmayasız, haqsızlığa baş qaldıranda sizin özünüzü haqsız yernə qoymasınlar. Mənə bu yaxınlarda belə bir sual verdilər sevgi nədir? Çox fikirləşəndən sonra bu qərara gəldim.
- Sevgi küçədə dilənən uşağın gözlərindəki sevincdir.
- Sevgi şair olmadığın halda səni yazmağa məcbur edəndir.
- Sevgi illər keçsədə eyni gözlərə eyni hislərlə baxmaqdır.
- Sevgi küləyin dəniz üzərindəki rəqsidir.
- Sevgi dalğanın sahildəki qayalara naz etməsidir.
- Sevgi çoxunun dediyi azının başa düşdüyüdür.
- Sevgi sadəcə sözdən daha çoxudur.
2015.03.10
Bu gün sizin qarşınıza bir müqayisə qoyacam. Bu mövzuya başlamazadan əvvəl bilirəm ki, bu yazım bir çox xanımları qıcıqlandıracaq. Ona görə də, yazıya bu cümlələrlə başlamaq istəyirəm."Qadınlar bəşəriyyətin ən sirli və qüsursuz varlıqlarıdır." Rahat olduz xanımlar? indi yazıya ürəklə və azad düşüncəylə başlaya bilərəm...
Qadın dahidir ya kişi? Yeni bir sual. Üstündə çox fikirləşsək, kişi daha dahi varlıqdı. Qadının fikri zikri gözəl görsənməkdi adi başı çadralı bir qadın belə üzü görsənmədiyi halda dodağına və gözünə nəsə sürtərək bəzənir. Fikirləşmirəm ki gözəl bir qadın çox kitab oxusun ( istisnalar həmişə mövcuddur) Çünki onun kitab oxumağdan başqa işləri var. Axaşam sosial şəbəkələrdə ona gələn likelar məsələn. Əlbətdəki istisnalar var. Yəni kitab oxuyursuzsa bu o demək deyilki siz çirkinsiz. Amma bir həqiqət var ki, kişi istər çirkin olsun istər yaraşıqlı daha ağıllı olur və bəziləri ağılsız qadınları sevir çünki onları aldatmaq daha asan olur. Amma qadının yaddaşı və hadisələri yadda saxlayıb üstündən illər keçsə belə sizin üzünüzə deməsi qadın kişi müqayisəsin də hesabı bir-bir edir.
ancaq yenə də dahilərin hamısının kişi olduğu fikrinin üstündə dayanıram. Əgər belə deyilsə mənə bir nəfər dahi qadın göstərin. Amma tolerant olmaq lazımdı bəziləri kimi qızını məktəbə oxumağa qoymayıb sonra arvadını xəstəxanaya aparanda qadın həkim axtaranlardan yox.
![](https://img.wattpad.com/cover/43846616-288-k978121.jpg)