2014.11.24
Bəzi insanları başa düşə bilmirəm. Onlar özlərinə bədbəxt damğası vurur səbəbi isə başlarına gələn bir neçə pis hadisədir. Məncə həyatda bədbəxt insan olmur bədbəxtçiliyi seçən insan olur. Soruşursan necəsən deyir ki pisəm, deyirsən niyə başlayır başına gələn pis hadisələri sadalamağa. deyirəsn ki tutalım yaxşı heçnə olmayıb özünə bədbəxt damğası vurursan o zaman yaxşıları sadala. Sadalayıb görür ki, sən demə, əslində yaxşı günləri pisdən çoxdu amma həyat sevgisi o qədər azdır ki bunları görmür. Mən də vaxt var idi bu insanlardan idim başıma ancaq bədbəxtçiliklərin gəldiyinə inanırdım. Lakin bir gün yaşadığım bir hadisə hər şeyi dəyişdi. Adi bir gün idi həmişəki kimi səhər oyanıb dərsə getmişdim və həmişə olduğu kimi məktəbdən gəldikdən sonra parkda bir az gəzmək isdədim. Gəlib bir skamya da əyləşdim. İki dilənçi uşaq boş su butulkasını yerə atıb futbol oynayırdılar. Çox sevincliydilər. Bir anlıq da olsa həyatın çətinliklərini unudurdular. Mənimsə evimdə futbol topu ola-ola heç sevinə, heç gülə bilmirdim. Mən də özünü bədbəxt sayan insanlardan olmuşdum və bu mənim qüsurum idi. Gedib o uşaqlardan necə bu cür şən olduqlarını soruşdum onlar dedi ki, bizim ayaqqabımız yoxdu amma şükür Allaha ayaqımız var. Bizim bahalı eynəyimiz yoxdu amma görən gözümüz var. Bizim isti böyük evimiz yoxdu amma böyük ürəyimiz var. Bizim milyonumuz yoxdu amma milyona dəyər gülüşümüz var. Bu uşaqlarla danışdıqdan sonra bir otağa qapanıb ağladım. Mən onların o vəziyyətinə ağlamırdım, özümə ağlayırdım... Əlim qolum ola-ola əslində şikəst olduğuma ağlayırdım. O uşaqlar mənə sanki kiçik bir həyat dərsi keçdilər. Onlar mənə əsil həyatı öyrətdi, onlar mənə məni öyrətdi.