2015.03.15
Mən kiməm sualnı heç özünüz-özünüzə vermisiz? Cavabı ən çətin suallardan biri də budu. Əgər kim olduğnuzu bilsəz, uğura bir addım daha yaxınlaşarsız bundan başqa dünya sizə daha mənalı gələr.
Cavabı olmayan suallarla doludu dünya,
Bizi tanrıya aparan ümid yoludu dünya.
Həqiqətən də çox vaxt o qədər sual verirəm ki, özüm-özümdən bezirəm. Adam özünə müxtəlif sualar verir və vaxt ötdükcə özü belə bilmədən dərinləşir. Çünki əvvəl axır bu suallara cavab tapırsız və daha da dərinə enirsiz. Ən dərində nə var bilmirəm sadəcə fərziyələrim varki, ən dərində insanın ruhu gizlidi ona da çatanda o uçub gedir...
Mən hələ də mən kiməm sualına cavab tapa bilmirəm. Hamının sevimlisi, hazırcavab, deyib-gülən, zarafatçıl biri ya sakit, öz dünyasında yaşayan, soyuq və qapanıq biri. Hələ ki iki nəfəri idarə etməyə çalışıram biri qəpiyin bir üzü biri digər üzü. Biri qanadlarını çırparaq harasa uçmaq arzusu olan digəri isə hər şeydən bezmiş qanadları, qırılmış biri. Bəlkə də tupoyun biriyəm sadəcə özümü dahi kimi göstərməyə çalışıram. Bəlkə də dahilik əslində heçnə bilmədiyni dərk etməkdi...
Dahi olmaqdansa uşaq qalmaq istəyərdim. Uşaqlarda böyüklərdə olmayan bir cəsarət var ki, buna neçə dəfə şahid olmuşam. Onlar düzünü qorxmadan deyir, ürəyi istəsə küçədə qışqırır və geyindiyi paltara görə qorxmur ki, kimsə ona nəsə deyə bilər. Onların bu cür qorxuları yoxdu. Öz güvənləri də həddindən artıq çoxdu və əgər qarşılıqlı olaraq uşaq böyükdən, böyük də bu öz güvəndən faydalansa daha maraqlı dünyamız olardı.