Ölüm isə digər günlərin mövzusu olsun...

67 13 4
                                    

Azərbaycan hər diyarın bir aləmdi,

Əlim qələm, sinəm dəftərdi,

Varlıda yolda diləndi.

Nə, olub sənə Azərbaycan!

Gözəlliyinin tayı yoxdu,

Acın gözü həmişə toxdu,

Yamanların niyə çoxdu?

Nə, olub sənə Azərbaycan!

Dəryaların şahı Xəzər,

Göy səma Xəzəri bəzər,

Olmusan hər zülmə dözər.

Nə, olub sənə Azərbaycan!

Bu misraları 9 yaşım olanda yazmışam mən çox patriot bir uşaq idim amma sinif yoldaşlarım arasında böyük müzakirəyə səbəb oldum. Biri dedi halaldı birisi dedi dövlətə yaltaqlıq niyə edirsən?

Məgər vətən sevgisi bildirmək nə vaxtdan yaltaqlıq olub?! Onları qınamıram efiri açırsan gic-gic mənasız verlişlərlə doludu. Əgər diqqət yetirsəz, hər verlişdə gözlə görmədiymiz cin, ruh mövzusuna toxunurlar. Ən azı beş-on verlişdən bir bu mövzuya toxunurlar ya da əllərində xəbər olmayan kimi başlayırlar ay cin kamerya düşdü ruh şıllağ atdı. Bunun yerinə o qədər gözlə gördüymüz amma səssiz qaldığmız mövzu varki... Bunun haqqında verliş edində axı milləti nə vaxta kimi evləndirib duracağsız?! Və özünü ağıllı sayan şəxslər nə vaxta kimi vətən sevgisini beyinlərdən silməyə çalışacaqsız? Elə bu kimi səbəblər o patriot uşağın daha sonra bu misraları yazmasına səbəb oldu.

Nə üçün yaranmısan ey adəm övladı?

Qələmi tulla, vərəqi cır, şeiri at.

Yat yuxun şirin olsun vətən övladı,

Gerbi tulla, bayrağı cır, himni at.

2015.03.07

Artıq neçə ildi ki, üzümdə kiçicik bir təbəssüm olmur. Əlbətdə gülürəm o qədər də anormal adam deyiləm amma gülüş mənin ağrılarımı gizlətmə üsulumdu. Bəlkədə bu sözləri deyəcək ən sonuncu adam olmalıyam çünki mən bir klonam. Sirkdə alqışlar və gülüş səsləri məni xoşbəxt edir lakin bu xoşbəxtlik yanlız pərdələr bağlanana kimidir. Hamı sizi güldürən adam kimi tanıyır elə bilir ki, siz həmişə gülürsüz dərdiniz filanda yoxdu. Hər zaman bir qəpiyin iki üzü olur sən nə qədər kefli bir adam olsan da əgər qəpiyin o biri üzü düşsə hər şey dəyişə bilər. Ağlatmaq və güldürmək ikisi də böyük fəlsəfədi. Kimsə deyir ki, gülüş asandı kimisi deyir ki, ağlatmaq daha asandı. İkisi də əslində olduqca çətindi. Heç olubmi ki, səbəbsiz yerə gözünüzdən yaş süzülüb ancaq göz yaşlarınız yanağınıza süzüldükcə sifətininzdə açdığı cığırı yara-yara aşağı enir və birdən üzünüdə ani pıçıltı kimi təbəssüm yaranır. Bəs bu iki bir-birinə əks emosiyalar bilirsiz harda birləşir?

Bir neçə misal vermək olar amma bunlardan biri uşağın doğum anıdı. Həm sevincin həmdə kədərin bir yaşandığı yer və an.

Həmişə belə fikirləşmişəm ki, körpə uşaqlar yəni ki, yeni doğulanlar əvvəlcə mələk olur, qanadları kövrək olur. Amma nəsə bir səhflərnə görə qadağan meyvəni dadıqlarna ya da baş qaldırdıqlarna görə bu dünyaya atılırlar. Bu dünya onlar üçün bi sınaqd əgər sınaqdan uğurlu keçsə bağışlanır və evinə-cənnətə qayıdır.

Heç bunun haqqında oturub fikirləşmisiz?! Sizi bu dünyaya göndərən haqqında?! Məsələn balıqlar onlara hər səhər yem verən adam haqqında nə düşünürlər?! Ya görəsən bir canlı kimi gül ona həyat verən günəşin varlığını sorğulyarmı?! Bilmirik və qəribəsi budur ki, heç öyrənmək istəyən də yoxdu. Axı bu məlumatlar kimə lazımdır?! Bir çoxunun sabit fikri budur ki, doğuluruq, yaşayırıq və ölürük amma niyəsini araşdıran yoxdu.

Əgər ən başdan baxsaq görəri ki, nə qədər sual yaranır yarısına cavab vermək mümkündü yarısına mümkün deyil. Bəs niyə deyil? Elə bunları fikirləşə-fikirləşə öləcəyəm deyəsən. Ölüm isə digər günlərin mövzusu olsun... 

Bir Dəlinin GündəliyiDonde viven las historias. Descúbrelo ahora