2015.04.17
Sakit axşam vaxtı sən, mən boş liman,
Dənizin o sakit zümzüməsində.
Gözlərim gözünə sataşar bir an,
Könlüm tufan eylər eşq dənizində.
Sakit axşam vaxtı olub bitənlər
Nə o danışır nə mən danışıram
Dilimin ucunda durur cümlələr
Mən sadəcə gözlərinə baxıram
Sakit axşam vaxtı nə olub bizə
Gözündə göründü bir neçə damla
Ağlama ağlamaq yaraşmır üzə
Məni öldür birdə ağlama amma
2015.04.29
Atamı itirəndən sonra hər şey nəsə tərs getməyə başlamışdı. Bəxtimdə ölmüşdü sanki hər gün dahada pisləşdim. Boş xəyallar qurmaqdan bezmişdim və hər dəfə yalançı bir təbəssümlə gəzməkdən bezmişdim. Əslində bəzən fikirləşirəmki burda yox başqa yerdə doğulmalıymışam. Bu ölkəyə, bu mentalitet məsələlərnə dözə bilmirəm. Məndə alınmadı bura heç aid olmadım, heç vaxtda olmayacam. Amma hər şeyi düzəltməyə, itirdiyim inancımı və əvvəlki gülərüzümü qaytaramağa çalışacam.
Mən dəli deyildim heç indi də dəli olmamışam. Mənə sadəcə hamıdan fərqliyəm. Bilirsən əvvəllər kürəyimdə iki qanad var idi. İki böyük qanad...
Amma mən bu qanadları çırpıb uça bilmədim...
Mübaribə ilk özünlə başlar sonu heç tapılmaz,
Ölü ya diri ruh bədənə bədən ruha qovuşmaz.
Nicat Əsgərzadə