Mən Hardayam?!

81 12 3
                                    

2015.01.01

Yeni ilin səhəri hamı yorğun halda oyanır, səhərin gözü açılmamış dünən gecədən qalan soyuq plovla, bum-buz katleti gözünə təpir. Mən uşaq olanda bu bayramlar daha maraqlı idi. Ən azından ağac bəzəməyə və ya qar topu oynamağa həvəs var idi. Çünki, uşaq vaxtı qar yağanda deyirsiz "Nə qəşəng, çıxım qar topu oynayım, qar adamı düzəldim" Böyüyəndə isə qar yağır deyirsiz ki, maşın it gününə qalacaq, filan yerə sürüşə-sürüşə getməli olacam. Deməyim odur ki, böyüdükcə həyat eşqi ölür və boynunuza bir neçə missiya qoyulur. Ailə bir yandan tanışlar bir yandan sizi sıxır. İş, ev, toy bütün həyatınız bunlardan ibarət olur. Sanki başqa problem yoxdu. İşin ən qəribəsi, bundan beş il əvvəl xəyalları üçün yaşayan adam dəyişib qanadsız biri olur. Bilirsiz niyə?! Çünki dediyim kimi ailə və dostlar qanadları yolub tökür və siz özünüzdə məcburi şəkildə təslim olursuz. Bu acınacaqlı haldı, gəlin sizə bir əhvəlat danışım. "Bu yaxınlarda bir adamla tanış oldum. O mənə çox heyfisləndiyini dedi səbəbi isə arzusu olan rəssamlıq idi. Cavanlıqda ailəsi qoymayıb, o da bu işlə yox, başqa bir peşə ilə məşğul olub. Sonra evlilik, uşaqlar filan araya girib və bu işi hobbi kimi də görməyə vaxt tapmayıb. İndi isə 38 yaşı var və bu arzularından uzaq adama indi çatıb ki, o bu arzunun arxasınca getməli idi. Deyirəm ki, sənə rəssamlıq niyə lazımdı ki bu dəqiqə işin, pulun, ailən var o da, deyir:

-Əgər mən vaxtı ilə öz arzumun arxasınca getsəydim indi hər gün işə deyinə-deyinə getməzdim. Hər şey daha fərqli olardı."

Məsələyə bu tərəfdən baxanda düz deyir. Biri var sevmədiyin işi görüb hər səhər müdirini söyə-söyə işə getmək, bir də var, sevdiyin işdən az pul qazanıb amma həqiqətən də gördüyün işi sevmək və işə gülə-gülə getmək.

Bu ölkənin problemidə budur ki, bizim ölkədə öz işini görən adam azdı. İncəsənətdə oxuyan diplamatiya ilə məşğul olur, diplamatiya oxuyan müğənni olur. Sonra da nəyə görə qabağa getmirik sualı yaranır. Axı necə gedək ki, bir ölkədəki texnikum oxuyan biri səhnəyə çıxırsa onda deyin mənə necə qabağa gedək?! Buradan qaçanda da deyirlər ki, qoydu qaçdı amma qaçmaq çıxış yolu deyil.

Hara qaçırsan qaç arxanca problemləri sürüyüb aparırsan. Məncə qalıb mübarizə aparmaq lazımdı. Bir yerdəki insana verilən gül sayı ölüyə veriləndən daha azdı, nə etmək olar daha? Ölülər yaşayan adamlardan daha çox gül alır bilirsiz niyə? Çünki peşmanlıq minnət hissindən güclüdür.

2015.01.28

Kimin səsidir o?! Kimdir başımın üstündə ağlayan?! Anam ya başqa biri?! Əlimi, ayağımı tərpədə bilmirəm bəlkə də ölmüşəm, amma ölüm beləmi olurdu? Onda hanı uşaqlığdan bizə danışılan cənnət, cəhənnəm hanı İblis və Hurilər bəs hanı O? Heçnə hiss eləmiridim, gözlərim açılmırdı, tərpənə bilmirdim əgər ölsəm fikirləşə bilmərəm axı?! Deməli hələ sağam bəs görəsən niyə tərpənə bilmirəm?! Bir müddət sonra qapı açıldı, elə bil səsini eşidə bildim və ayaq səsləri gəlməyə başladı, gəlib mənə yaxın bir yerdə dayandı sanki.

Ağlaşma səsi dayandı və bir qadın soruşdu- O sağalacaq? Kimsə- Bəli sadəcə komadadı dedi.

Bir azdan gözümü aça bildim əlimi, qolumu tərpətdim. Bir otaqda idim xəstəxana otağına bənzəyirdi amma bərbad gündə idi. İçəri həkim xalatında kimsə girdi yanında tibb bacısı var idi. Üzünü ona tutub şükür Allaha ayılıb dedi. Mənsə hələ də heçnə yadıma sala bilmirdim həkimdən soruşdum.

-Mən hardayam?

-Bakıda xəstəxanada

-Bura hardan gəlmişəm?

-Xocalıdan...

Bir Dəlinin GündəliyiDonde viven las historias. Descúbrelo ahora