Qar

145 20 1
                                    

2014.11.11

 Qar yağır. Pəncərəmə qonan qar dənələrinə baxıram. Qış Bakıya qonaq gəlib. Yenə soyuq, yenə qar, yenə palçıq. Yay və bahar mənə daha xoşdu amma cırha-cır isti yox normal tempratur daha çox xoşuma gəlir. Yaydan xoşum gəlməyimin səbəbi budur ki, kələm kimi qat-qat geyinmirsən bir köynək bir şalvar və oldun super. Bəlkə də təmbələm buna görə yay mənə sərf edir. Amma tənbəllik kreativlik yaradır eləcə də bekarçılıqda həmçinin. Allaha şükür məndə ikisi də var. Həmişə belə fikirləşirəm ki, mən iki dünya da yaşayıram, biri yay- yəni mənim xəyallar dünyam. Burda hərşey əladı hamı yaxşıdı və mən olmaq istədiyim adamam güllər,çiçəklər eləbil cənnətdən bir hissədi. Qış fəsli mənim real dünyamdı burda hamı qarın altında qalıb və üzə çıxmaq istəyəni aşağı dartarlar yuxardakılar da üstünə qar atar ki altda qalasan və səsini eşidən olmasın. Unudmayın əgər altda qalmısızsa ya həqiqətən də ora layiqsiz (məncə heçkim belə fikirləşməz) ya da çox istedadlı birisiz və sizi kimsə sizdən xəbərsiz orda saxlayır. Sizcə də o qarı yarıb çıxmağın vaxtı deyil?! Sizcə bizə qatığ ağdı deyirlər deyə bəli ağdı deyirik yoxsa gözümüzlə görürük deyə? Bəs onda niyə gözlə görmədiklərimiz bizi bu cür özünə cəlb edir və inanırıq? Bu da olsun başqa günün mövzusu...

Bir Dəlinin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin