Bir külək əssin süpürsün pislikləri üstümdən,
Bir yağış yağsınki yuyub aparsın çirkabı qəlbimdən.
Bir ay olsunki işıq saçsın qaranlığıma,
Bir gün çıxsınki heyif etməyim cavanlığıma.
2014.10.09
Hər bir insan doğularkən kürəyində bir cüt qanad olur. Bu qanadlar onun xəyallarıdı və onu uzaqlara apara da bilər aşağı çırpa da bilər. Lakin hamı bu qanadları qoruyub saxlaya bilmir, ailə bir yandan dostlar bir yandan sənin qanadlarını qırıb atır. Lələklərinin hər birini yolurlar və inanın mənə bu həm fiziki həm də mənəvi olaraq çox ağrı verir. Mən öz qanadlarımı ilk dəfə 15 yaşımda hiss elədim və o zaman dərk elədim ki mən artıq böyümüşəm artıq öz qanadlarımı çırpıb uçmalıyam. Artıq nə qədər alındı bilmirəm amma artıq müəyyən qədər yüksəklikdəyəm bu yüksəklik mənim egomdu. Məni hamıdan fərqli edib yuxarılara qaldıran da məhz bu eqom idi. Məni o yüksəklikdən yerə çırpanda elə bu oldu. .Eqom əvvəlcə işimdə mənə kömək oldu. İşimi görəndə daha yaxşı nəticə əldə etməyimə kömək elədi çünkü məndə özümə güvən yaradırdı. Belə bir fakt var- əgər egonuzu idarə edə bilməsəz sükanı öz əlinə alar və o qədər şişər ki, sizi qalxdığınız yerdən aşağı çırpar nə qədər qanad çırpsaz da o kiçik qanadlar da sizi heç vaxt yuxarı qaldıra bilməz. 2014.11.06Çoxunuz bu gündəliyi oxuyanda bir çox qarışıq hisslər yaşayacaq. Qəmgin bir hekayə oxuyan yerdə birdən özünüzü şeir oxuyan vəziyətdə tapacaqsız, üstəlik bu şeir satirikdi. Amma deyin mənə bilim həqiqətən də həyat belə deyilmi? Hər şeyin çox pis getdiyi vaxt birdən özünüzü səbəbini bilmədən çox şad və gülərüz halda tapırsız. Əslində bilirsiz hamı bilir amma bunu oturub fikirləşsə və dərinliyinə getsə ortaya çıxan suallar yenə hərşeyi ən başa qaytaracaq. Bu da məncə heçkimə lazım deyil dəxlisiz yerə pis olmaq ya da kiminsə problemini oturub özünə dərd etmək. Artıq nə zamanə o zamanədi nə də ki insanlar o insanlardır. Bir çox sual çıxır dediyim kimi bunlardan biridə budur- Birini ya da nəyisə nəyə görə sevirsən? Onunla nələrisə bölüşərsən, sirrini məsələn ya da nəsə bir başına gələn hadisəni paylaşarsan Amma o, nə vaxtsa çıxıb gedər və sənin sirrini də aparar, xatirələrini də, ürəyinin yarısınıda... Və bir səhər yuxudan oyanıb görərsən ki, ürəyinin və xatirələrinin yarısı yerində deyil. Düzdü xatirələr həmişə qalır, məndən soruşsalar köhnə sevgilini necə unutmusan? deyərəm ki "Köhnə sevgilimi niyə unudum axı? İnsan unudmaq üçün sevmir ki" Həqiqət budur- məncə bir-birini tanımayan iki adam yaxınlaşır, danışır nələrisə birgə bölüşür sonra elə ayrılır ki elə bil saatlarla telefonda yazışanlar bunlar deyildilər. Burda mən sizə sevgili tapma yollarını öyrətməyəcəm, nə də ki ideal insan olamağı. Yaddan çıxartmayaq ki, bunu yazanın özü sevdiyini gedib deyə bilməyən birisidir. Mən yalnızlığa öyrəşmişəm və söhbət təkcə sevgidən getmir ümumi götürsək insan tək qala-qala bir neçə proses yaşayır 1) Niyə yanlızam deyə özünü və ətrafı sorğulayırsan.2) Buna öyrəşməyə çalışırsan və özünə xəyali dost yaradırsan.(Hamı sənə dəli deyir ən pisi də budur. Çünki parkda, evdə və ya məktəbdə öz-özünə danışanda səni mütləq kimsə görür)3) Artıq bundan sonra yerin ya dəlixanadı ya da torpağın altı.Mən bu üç kateqoryadan sonuncusuna yaxınam amma bir yolu həmişə var. Başda dediyim kimi unudmaq olmur həmişə ağlınızın bir yerində qalır və silinmir kaş "Eternal Sunshine of the Spotless Mind" filmindəki kimi hər şeyi silə bilsəydik. Fikrim budur ki, hamı bir insanı sevir o insandan sonra gələnlər onun bənzəri olur. Ola bilsin xasiyyəti və ya xarici görünüşü o adamı xatırladır lakin pul elə bir şeydi ki, xarici görünüşün pis olsun onu düzəldər xasiyətini də elə dəyişər ki, başqa biri olarsan. Bir söz var "Kasıb içir alkaş olur varlı içir zadəgan olur" çox gözəl deyilib. Mənim qanadlarımın bir hissəsi elə bu səbəblərdən töküldü və bildim ki xarici görünüşdə önəmliymiş.