1. Zülmətin bağışladığı qadın

827 45 25
                                    

Gənc qadın gözlərini olduqca zəif işıqlandırılmış pəncərəsiz otağın mərkəzində dayanan varlığın insan siluetinə bənzəyən qaramtıl kölgəsinə dikmişdi . Başını qaldırıb Zülmət adlı bu məxluqla göz-gözə gəldiyi andaca ölümlə üzləşəcəyini bildiyindən bacardığı qədər hərəkətsiz dayanmağa çalışırdı . Otağa daxil olduğu andan 20 dəqiqə keçmiş olmasına baxmayaraq Zülmət onu hüzuruna çağırma səbəbini hələ də bildirməmişdi . Nə isə soruşmaga cəsarəti çatmayan qadın söhbəti Zülmətin özünün açmasını səbrlə gözləməyə qərar verərək bu görüşdən də sağ salamat çıxacağına ümid etməkdə idi . Beş dəqiqə də qorxu dolu sükut yaşadıqdan sonra ona doğru addımlayan Zülmətin xırıltılı səsini eşitdi və bədəninin ani titrəməsinə mane ola bilmədi .
Zülmət " Mən sənin həyatını niyə bağışladım ?"soruşdu yüksək səs tonuyla .
Gənc qadın həyəcandan özünü itirdi və onunla baxışmamağa xüsusi diqqət yetirərək bu suala nə cavab verməli olduğunu götür qoy etməyə başladı .
Qadının sualı cavablandırmaq üçün bu qədər çox düşünməsi Zülməti əsəbləşdirdi . Kobud hərəkətlə onun qolundan yapışıb özünə doğru çəkdi ,dodağını tir-tir əsən qadının qulağına yaxınlaşdırdı və bacardığı qədər alçaq səs tonuyla ikinci dəfə " həyatını niyə bağışladım ?" soruşdu . Lakin bu səs tonu belə qadının içərisində ikrah qarışıq qorxunun sönməsini əngəlləyə bilmədi . Buna baxmayaraq cavab verməməsinin nəticələrini gözləri önündə canlandıraraq qorxusuna qalib gəldi və nəhayət, dodaqlarını tərpətdi .
"Sizə daha çox gənc ruhlar gətirim deyə ." cavab verdi Zülmətin kobud əllərini qolundan çəkməsini və ondan uzaqlaşmasını arzulayaraq .
İstədiyi cavabı alan Zülmət qolundan yapışmış olduğu qadını divara dogru itələdi və " O zaman işini gör . Əks təqdirdə nələr olacağını çox gözəl bilirsən ." dedi .
Soyuq divarla toqquşan qadın bir anlıq beyninin donduğunu və bədəninin hərəkətsizləşdiyini hiss etdi . Lakin bu hərəkətsizlik bir neçə saniyə çəkdi . Zülmətin addım səslərinin yaxınlaşdığını anlayan kimi özünə gəldi , qaranlıq otaqda harada olduğunu təxmin etdiyi dəmir qapını tapdı və cəld otağı tərk edib özünü vahiməli koridora atdı . Baxışları üzbəüz divara vurulmuş , köhnə taxta çərçivələrlə bəzədilmiş solğun portretlərə zillənib qaldı . Bu əsərlərdə artıq həyatda olmayan gənc üzlər təsvir olunmuşdu və bu gənclərin həyatda olmamasına Zülmət və onun xidmətçiləri səbəbkar idilər. Bu qadın da həmin xidmətçilərdən biri idi və Zülmətin növbəti qurbanının özü olmaması üçün onları gözləyən dəhşətdən xəbərsiz gəncləri bu kimsəsiz yerə gətirib çıxarmalıydı ...

Sondan SonraWo Geschichten leben. Entdecke jetzt