8. Torpaq

169 23 13
                                    

Sehri qabaqlarında addımlayıb gənclərə bələdçilik edən Alovu göstərək nişanlısına " Tanımadığımız birinin arxasınca gedirik , fərqindəsən ?" soruşdu .
" Bu işin başqa çarəsini bilirsənsə , de ."
" Karavana qayıdıb səhərə qədər orada gözləyə bilərdik ."
"Sehri , geri qayıtmaq vaxtımızı alacaqdı . Həm də Rənanı evlərinə aparmaq üçün səhər yenə meşəyə girib bu yolu getməli olacaqdıq . Onu tək buraxmayacağını bilirəm . Bir də ki , heç nədən qorxma , mən sənin yanındayam . "
Xatırladığı bir şey Sehrinin nişanlısının son cümləsini dinləməsinə mane olmuşdu . Qız həyəcanla :
" Fərid... Bəs o ? Ona bu gecə geri qayıtmayacağımızı xəbər verməliyik . Narahat olacaq yoxsa ." dedi və cibindən mobil telefonunu çıxardı .
Sehrinin niyyətini anlayan İlyas qıza yaxınlaşıb " Səhv eləmirəmsə , biz maşında olanda setin olmadığını demişdin ." xatırlatdı .
Ziya oğlanın sözlərini başını tərpətməklə təsdiqləsə də qız şansını yoxlamaq qərarına gəldi və qardaşına bu gecə başqa bir yerdə gecələyəcəklərini yazıb göndərdi . Və mesaj heç bir set problemi yaşamadan ünvanına göndərildi ...
Bundan sonra Sehri ayaqlarını sürüyərək yeriyən və qorxduğu hər halından bəlli olan Rənanın qolundan yapışdı :
" Alovun yanına gedək ." dedi , qızı məcburi bələdçilərinin yanına çəkib apardı .
***
' Gecə başqa yerdə qalacağıq . Narahat olma deyə yazdım . Səhər tezdən qayıdacağıq . Sabah görüşərik . '
Kontakta "Sehri" deyə qeyd olunan birinin göndərdiyi mesajı oxuyub gülümsədi və öz-özünə "bəlkə də daha tez görüşdük ." deyib qızın mesajına yazacağı cavabı düşünməyə başladı .
***
Sehri " Bu öz adındır , Alov ?" soruşdu geri çəkilməməsi üçün Rənanın qolunu sıxaraq .
" Elə olduğunu hesab et ."
" Daha çox ləqəbə bənzəyir ." deyən Sehri bu sirrli qadından əl çəkmək niyyətində deyildi .
" Ləqəb deyil . Valideynlərimin qoyduğu adı dəyişdiyimi düşün ."
" Hə , anladım . Valideynlərinlə birgə yaşayırsan ?"
Sehrinin valideynləriylə yaşamadıgı görünüşündən bəlli olan Alova verdiyi məsum suallar Rənanın təlaşını və gizləməyə çalışdığı əzabını artırırdı . Yanlış bir hərəkət edəcəyini düşündüyündən gərgin idi ... "yanlış" hərəkət anlayışının son illərdə necə dəyişdiyini xatırlaması isə Rənanın daha da narahat edirdi .
" Yox , sevgilimlə yaşayıram ." cavab verdi Alov .
Sehri suallarıyla Alovu bezdirməyə davam etmək istəsə də mobil telefonuna gələn bildiriş ona mane oldu .
" Yaxşı . Sabah görüşərik ." yazmışdı qardaşı . Fəridin belə tez razılaşması və onlardan harada qalacaqlarını belə soruşmaması Sehrini təəccübləndirdi . "Mesajımı yuxulu halda oxuyub , ola bilsin ki ." düşünüb gülümsədi .
" Gəlib çatdıq ."
Alovun sözlərini eşidib gözlərini qarşıya dikdilər və ev təəssüratı bağışlamayan bir tikiliylə qarşılaşdılar . Uzun illər əvvəl inşa edildiyi fanar işıgında belə bəlli olan bu "ev" bir mərtəbəli olsa da nəhəng görünüşə , hündür qövs şəkilli pəncərələrə malik idi . Qəribəsi isə onda idi ki , bu tənha evin nə pəncərələrində , nə də bayırındakı dirəkdən asılmış ,şüşələri sınmış lampada işıq əlamətləri yoxdu .
Ziya qarşılaşdığı mənzərədən hürkərək pıçıltıyla " İlyas , bəlkə də geri qayıtmalıyıq ." dedi .
" Tərk edilmiş bir məkan... Görəsən bu gün daha nə ilə təəccüblənəcəyəm ? "düşündü İlyas . Rənanın sirrini öyrənmək üçün bütün planlarını alt-üst etmişdi . Qızın Alovu görərkən həyəcanlanması da İlyasın gözündən yayınmamışdı . " Bəlkə də Rənanı qorxudan səbəb bu qadındır ."düşünmüş və bu məsələni açmaq üçün buraya gəlməyə razılaşmışdı . Ona görə də geri qayıtmağı aglının ucundan belə keçirmirdi .
" Geri qayıtmağımıza bir səbəb görmürəm ." cavab verdi Ziyaya .

Alov evə yaxınlaşıb qapını üç dəfə tıqqıldatdı . Bu ərəfədə gənclər hərəkətsiz dayanıb ətrafa nəzər yetirməkdə idilər .
" Ziya , burnuma qəribə iy gəlir ."
"Necə bir iy ?" soruşdu nişanlısından .
İlyas " Hə , sanki nəyisə yandırırlar ." deyib qızla razılaşdı .
Rəna yoldaşlarına baxmadan " İy filan yoxdur ." bildirib etiraz etdi .
Qapı dəstəyinin hərəkət etməsi hər kəsi susmağa məcbur etdi . Qapı açıldı və işıqsız dəhlizdə dayanan bir qaraltı göründü .
" Bu gecə qonaqlarımız var ." dedi Alov baxışlarını qaraltıdan cəkmədən .
Qaraltı "qonaq"ları görmək üçün addımını bayıra atıb Alovun yanında dayandı .
Bir neçə metr aralıda Alovla danışan adamı maraqla izləyən gənclər bunun eynilə Alov kimi geyinmiş lakin kapşonla üzünü gizlətməmiş biri olduğunu gördülər .
Sehri " Sevgilisi bu olmalıdır ." dedi Rənaya .
" Ola bilər ."
Sehri qızın səsinin titrədiyini hiss edib qorxduğunu anladı .
İnsanların çoxunda rastlanmayan hündür boya malik olan bu oğlan "sevgili"siylə bir neçə saniyə pıçıldaşdıqdan sonra gənclərə doğru addımlamağa başladı . Yaxınlaşdıqca görüntüsü daha da böyüyən oglan qarşılarında dayandı . Üz cizgiləri indi daha yaxşı nəzərə çarpırdı və fərqli baxışları olan bu oglanın Alovdakı kimi gözlərinin alt hissəsinə kobud şəkildə cəkilmiş qara xətt vardı .
" Narahat etdiksə , bağışlayın ."
Oğlan Ziyanın cümləsinə əhəmiyət vermədən gəncləri başdan ayağa süzməyə başladı . Sehriyə yalnız qızın hiss edəcəyi şəkildə gülümsədikdən sonra diqqətini Rənanın üzərində topladı . Bu dəfə təbəssümünü gizlətmədi və onunla baxışmaqdan çəkinən qızdan gözünü çəkməyərək gənclərə " bu gecə evimizdə qalmağınızda problem görmürəm . İnsanlar həmişə ikinci şansa layiqdirlər ." bildirdi .
" Necə ? İkinci şans nə deməkdir? " soruşdu İlyas .
Oğlan nəhayət baxışlarını Rənadan yayındırıb İlyasa baxdı .
" Məni izləyin ." deyərək futbolçunun sualını cavabsız qoydu .
Gənclər palçıqlı meşə torpağının çirkləndirdiyi ayaqqabılarını çıxarıb tərəddüdlə geniş dəhlizə daxil oldular . Alov bu qaranlıq dəhlizdə yerini rahatlıqla tapdığı , boyu bir metrdən çox olmayan antik şkafa yaxınlaşdı və onun üzərindəki şamdanı işıqlandırdı . İçəriyə hürküdücü bir abu-hava çökdü . İlyas dəhlizin qaranlıq olarkən daha az qorxuducu olduğunu keçirdi aglından .
Suvağının bəzi hissələri tökülmüş soyuq divarlardakı portretlər Sehrinin gözlərinə sataşdı .
" Bunlar kimdir ?"
" Hə , onlarmı ? Mən rəssamam . Sevirəm portretlər üzərində işləməyi . " cavab verdi uzun libaslı oglan .
" Düzü sizinlə səmimi olmaq istərdim . Bu cür geyinməklə və belə bir yerdə yaşamaqla rəssam deyil , qatil təəssüratı oyadırsız ."
Oğlan qızın açıqsözlülüyünə səsli gülərkən Ziya şübhəylə onlara yaxınlaşdı .
" Qatil olduğumu düşünürsünüzsə yanımda nə işiniz var ? Bu arada adım Torpaqdır ."
Ziya kinayəylə gülümsədi .
" Artıq əminəm ki , bu adlar sizin öz adlarınız deyil . Alov , Torpaq ...sırada da Su var , yəqin ki ."
" Su ? Haqlısınız bizdə Su da var ."
Sehri təəccüblə " Haradadır bəs ?" soruşdu .
Torpaq bəzi suallara cavab verməmək ənənəsini pozmamaq üçün susdu , hansısa bir otağa açılan qapıya yaxınlaşıb " Sizi çaya qonaq etmək istərdik ." dedi və gözucu Alova baxdı . Oğlanın nəyi işarə etdiyini anlayan qadın koridorun sonundakı qapıya doğru addımlayıb gözdən itdi .
Bir-birinin ardınca otağa daxil olan gənclər Torpağın mərkəzə doğru irəliləyib masanın üzərindəki şamları işıqlandırmasından sonra iri və demək olar ki , boş bir otaqla qarşılaşdılar . İçəridə antik uzunsov masadan və ətrafındakı stullardan başqa bir şey yoxdu . Tavanda isə bir bədbəxtlik nəticəsində sınsa düz masanın ortasına düşmə ehtimalı olan lampasız bir çilçıraq vardı .
Masaya yaxınlaşan İlyas " Belə bir yerdə yaşamaqda məqsədiniz nədir ?" soruşdu .
Torpaq cavabında gülümsəyərək " Məncə ev sahibiylə bu cür danışmaq olmaz ." dedi və Rənaya doğru çevrilib göz qırpdı . Qız o an oradan qaçmaq , bu cəhənnəmdən qurtulmaq istədi amma öz ayaqlarıyla gəldiyi bu yerdən qaça bilməyəcəyini də çoxdan qəbul etmişdi .
" Nəyi gözləyirsiniz ? Buyurun əyləşin ." dedi Torpaq ən başdakı stulda əyləşərək .
Gənclər çəkinərək yerlərini aldılar . Rəna Torpaqdan uzaqda oturmaq istəsə də yeganə boş stulun onun yanında qaldığını görüb əyləşməyə məcbur oldu .
Sehri " Sandığım qədər də soyuq ev deyilmiş . Maraqlı yerdir həm də . Burada əla qorxu filmi cəkmək olar ." deyərək aradakı sükutu pozmuş oldu .
" Hə , bunu bizə çoxları deyib ."
" Qonaqlarınız çox olur , deyəsən ?" soruşdu Ziya .
" Portretlərimdəkilərin qonaqlarımızın rəsimləri olduğunu demişdimmi ?"
Gənclər təəccübləndilər .
Sehri gülərək " Belə çıxır ki , bizim də şəklimizi çəkəcəksiniz ?" soruşdu .
" Zaman göstərər ."dedi Torpaq yenidən Rənaya baxaraq .
Yenidən darıxdırıcı sükut çökdü .
Bundan istifadə edən Torpaq artıq zamanın yetişdiyini düşünərək :
"Yaxşı . Alov çayları gətirənə kimi vaxt keçsin deyə bir oyun oynayaqmı ? " təklif etdi .
"Necə bir oyun ?" soruşdu Ziya .
" Məntiq sualları verəcəyəm sizə . Siz də cavablandıracaqsınız . Əgər bacarsanız ..."
Gənclər bu məntiq oyununun əyləncədən başqa bir şey vəd etmədiyini düşünərkən bir tək Rəna Torpağın əsl məqsədini anlamışdı .

Sondan SonraTempat cerita menjadi hidup. Temukan sekarang