3. Yolun kənarındakı adam

224 26 3
                                    

Karavanın sükanı arxasında oturmuş ,qaranlıqdan üz cizgiləri sezilməyən sürücü yanındakı boş oturacaga tərəf əyildi , aynanı endirib başını pəncərədən bayıra çıxardı və "Dostum , nəisə kömək lazımdırmı ?" soruşdu .
Sürücünün səsi və görünüşü hər nə qədər səmimi və təhlükəsiz təəssürat bağışlasa da şübhəci xarakterə malik olan İlyas bu qəribə maşını idarə edən gəncə çox da güvənməli olmadığını düşünüb " Xeyr . Taksi gözləyirəm . Birazdan gələr ." deyə cavab verdi .
Gənc sürücü gülümsəyərək " Taksi ? Kim bilir çağırdığın taksi nə vaxt gəlib çıxar . Əgər gedəcəyin yer yaxındırsa səni apara bilərəm . Problem deyil ."dedi .
Əslində taksi cağırmamış olan İlyas elə bu səbəbdən də oğlanın köməyini rədd etməmək qərarına gəldi və " Düz deyirsiz amma sizə də zəhmət olmasın ."
" Yox , nə zəhməti ."
Karavana yaxınlaşıb " Məni yaxınlıqdakı taksi dayanacağında düşürə bilərsiz ?" soruşdu .
Sürücü qapını açdı .
" Əlbəttə ."
İlyas sürücünün təklif etdiyi oturacaqda oturub qapını örtəndə içəridəki isti hava kütləsi üzünə toxundu , bu , dəqiqələrdir soyuqda gözlədiyindən ona xoş təəssürat bağışladı . Daha sonra kömək təklif edən gəncə doğru çevrilib üz cizgilərini daha yaxından analiz etdi və təxminən eyni yaşda olduqları qənaətinə gəldi .
İcəridə zəif və boğucu bir işıq olsa da saçlarının İlyasın saçlarından daha açıq rəngli olduğu çox yaxşı nəzərəçarpan sürücü əlini ona dogru uzadıb " Adın nədir ? Mənimki Ziya ." dedi səmimi səs tonuyla .
Məşhur futbolçu olmadığını və kiminsə onu tanıma ehtimalının mümkünsüzlüyünü çoxdan qəbul etmiş olan İlyas Ziyanın uzatdığı ələ qarşılıq verib " İlyas " deyə cavab verdi .
Ziya " Bu yaxınlarda taksi dayanacağı yoxdur . 5-10 dəqiqə vaxt aparacaq dayanacağa kimi ." bildirib maşını işə salanda İlyas da nəsə demək istəyirdi ki , karavanın otaq böyüklüyündə olan daxili hissəsindən ön oturacaqların arasındakı boşluğa kimsə yaxınlaşdı . İçəridə Ziyayla özündən başqa heç kimin olmadığını zənn edən İlyas yanında sarışın bir qızı görəndə təəccübləndi .
" Ziya , bu oğlan kimdir ?" soruşdu gənc qız .
Ziya maşını idarə etdiyinə görə gözünü qaranlıq yoldan cəkmədən " Sehri , nə tez oyandın ? ...İlyasdır . Taksi dayanacağında düşürəcəm . " cavabını verdi .
" Hm . Lap yaxşı ." deyən qız İlyasa şübhəylə baxıb ürəyində Ziyaya əsəbləşdikdən sonra içəridəki kiçik çarpayısına qayıtdı .
İlyas hər şeydə pis niyyət olduğunu düşünən biri olduğundan qızın bu vaxt bu karavanda nə etdiyini və Ziyanın əslində necə insan olduğunu düşünməyə başladı . Ziya sanki İlyasın ağlından keçənləri oxudu və bu vəziyyətə açıqlama gətirmək istəyərək  " Nişanlımdır . Ama tək deyilik . Qardaşı da maşındadır .Yatıb . Maşını idarə etmək də mənim boynumda qalıb . " dedi .
İlyas gülümsədi və razılıqla başını tərpətdi .
" Kecən il nişanlanmışıq . Bu qış birgə səyahətə çıxmaq istəyirdik . Maraqlı təbiəti olan regionlara getməyi planlaşdırmışdıq . Əslində ikimiz gedəcəyimizi düşünmüşdüm . Qardaşının da bizimlə gedəcəyini bu gün öyrəndim ."
" Hə . Qış səyahətinə çıxırsız ,deməli ? Karavan sizindir ?"
Ziya gülərək " Yox , icarəyə götürmüşəm ." dedi .
Bir neçə saniyəlik sükutdan sonra İlyas davam etdi .
" Mən də Qəbələyə gedəcəm sabah . Səhər 7də işlə bağlı orada olmalıyam ."
Ziya təəccüblə ona dogru cevrildi .
" Qəbələyə ? Dostum , biz də o zonaya gedirik . Birlikdə gedə bilərik ."
İlyas bu təklifin yerinə düşdüyünü düşünsə də " Yox , çox sağol . Əvvəlcə evə getməliyəm . " dedi .
Ziya isə israr etməkdən əl çəkmirdi .
" Demirsən ki ,səhər 7 də orda olmalısan ? İndi də saat 10a işləyib . Evə getmək sonra yola çıxmaq vaxt aparacaq . Onsuz da biz də ora gedirik . Tez çatsaq lap sənincün biraz gözləyərik . Oralar soyuqdur . Gecə-gecə soyuqda qalmazsan , maşında gözləyərsən ."
" Nə deyim ? Olsun . Yaxşı ki , bu gün qarşıma cıxdın. İşim asanlaşdı . Cox sagol ." deyib məmnuniyyətini bildirən İlyas sonralar bu karavana mindiyi üçün özünü danlayacaqdı .

Karavan Bakıdan çıxıb şəhərlərarası magistralda irəliləyirdi .İlyas başını oturacağa söykəyib üzünü pəncərəyə dogru cevirmişdi və güclü küləyin müşaiyətilə yağan yağışı seyr etməkdə idi . Ziya isə yuxusuna qalib gəlməyə çalışaraq aramla maşını idarə edir , radiodan səslənən musiqini dinləyirdi . Hər şeyin bu cür monoton davam etdiyi bir vaxtda eşidilən qışqırıq səsi hər iki oğlanı diksindirdi . Ziya maşını saxlayıb karavanın icərisinə -səs gələn tərəfə boylandı .
" Sehri , nə oldu ?"
Qız sürətlə oğlanlara yaxınlaşıb titrəyə-titrəyə " Orada ...yerdə kimsə var ." dedi .
" Necə yəni ? Harda ?"
" Yolda... Yolun qırağında . Yıxılıb qalıb ."
Ziya "Yəqin gözünə görünüb ." deyəndə yanlarında dördüncü şəxs də peyda oldu . Bu Sehrinin qardaşı Fərid idi .
Yuxulu və əsəbi halda " Niyə qışqırırsan ,Sehri ? " soruşdu .
" Pəncərədən gördüm . Yolun qırağındadı . Elə baxmayın . Düz deyirəm ."
Artıq sözə ehtiyac yox idi . Ziya nişanlısının haqlı olub olmadığını yoxlamaq üçün maşını bir neçə metr arxaya sürdü .
Oğlanlar Sehrinin dəhşət içində göstərdiyi istiqamətə baxdılar ... və həqiqətən də kiminsə bədəninin yolun kənarına sərilmiş olduğunu gördülər .

Sondan SonraDove le storie prendono vita. Scoprilo ora