5. Yol ayrıcı (2) :Vərəqdəki qeyd

210 24 8
                                    

Fərid bu gecə ilk dəfə gördüyü və onlara yad olan birinin yəni İlyasın "cəsədi" karavana doğru gətirdiyini , Ziyanın isə əlində naməlum bir əşyayla onun yanında addımladığını görəndə çaşqın vəziyyətdə bacısının qoluna toxundu .
" Bunlar neynəməyə çalışır ?"
Özünü itirmiş qız çiyinlərini çəkib qapını açdı və qışın soyuğunda nazik geyinmiş olmasına fikir vermədən bayıra çıxıb oğlanların yaxınlaşmasını izləməyə başladı .
Sehrinin yağışın altında islanmaqda olduğunu görən Ziya sürətini artırdı . Yaxınlaşar yaxınlaşmaz sevgilisinin qorxduğunu hiss etdi və sual verməsinə imkan vermədən çirkli bir çiyin çantasını qıza uzadıb " Sağdır . Nəbzi vururdu . "bildirdi .
Sehri sorğusuz sualsız çantanı götürüb Ziyanın təkidiylə karavana mindi və oğlanların huşsuz vəziyyətdə olan gənc qızı içəri daxil etməsini izlədi .
Aralarında ən güclü görünən , lakin göründüyü qədər də qorxaq olan Fərid üzünün yarısı palçıq içərisində itib batmış ağbəniz qızı görəndə Ziyadan açıqlama verməsini istəyərək " Ziya ! Ümid edirəm ki , bu , ölü deyil . Əks halda çoxlu problemimiz ola bilər ." dedi .
Fəridin kömək etmək əvəzinə çərənləməyə üstünlüyü verməsi İlyası əsəbləşdirdi .
" Susa bilərsən ? Sağdır dedik . Kömək eləmirsən , mane də olma ."
" Ümumiyyətlə, sən kimsən mənə əmr verirsən ?" deyə Fərid qarşı çıxdı .
Başı çarpayısının üzərini lazımsız əşyalardan təmizləyərək huşsuz qız üçün yer hazırlamağa qarışmış Sehri qardaşının agressiv sualını özü cavablandırdı .
" Fərid , bəsdir . O , səndən fərqli olaraq ,kömək eləməyə çalışır ."
Fərid əsəbi şəkildə çarpayıdan bir qədər aralıdakı kiçik kətildə oturdu və özünə olub bitənləri səssizcə izləmək haqqında söz verdi .
İlyas qızı ehmalca çarpayıya uzadanda Sehri başının altına yastıq yerləşdirdi . Qız hələ də hərəkətsizdi amma ürəyinin döyünməsi özünə gələ biləcəyi ilə baglı içəridəkiləri ümidləndirmişdi .
İlyas bir addım arxaya atıb Ziyanın yanında dayandı .
" Səncə nə olmuş ola bilər ?"
Özünə verdiyi sözü tuta bilməyən Fərid Ziyanın ağzını açmasına imkan vermədən " Ayılanda özündən soruşarsız...ki ayılacağına inanmıram ." deyib özündən əmin şəkildə gülümsədi .
" Kəs səsini , Fərid "
Sehri bunu çox sakit tərzdə demişdi və İlyas dərhal anladı ki , qız bu cümləni qardaşına qarşı tez-tez işlədir .
Ziya başını yelləyərək " Bilmirəm , İlyas . Aydındır ki , zorakılıq olmayıb çünki üzərində heç bir iz yoxdur . Demək olar ki , yaralanmayıb da ."
" Hə . Amma onu bu vəziyyətə salacaq xoşagəlməz nəisə olub ."
Sehri səyahət çantasından çıxardığı salfetlə qızın üzündəki palçıq ləkəsini silərək "Alnında bir çapıq var vəssalam . O da məncə yerə yıxılanda olub . Paltarları da sağlamdı . Sanki təsadüfən bir şey olub qız huşunu itirib ." deyərək fikirlərini bildirdi .
Fərid yenə müdaxilə etdi .
" Niyə elə fikirləşirsən ki, huşunu itirib yıxılıb . Məncə onu bura atıb qaçıblar ."
İlyas oğlana tərs baxış atıb bir kənara qoyulmuş palçıqlı çantanı göstərdi .
" Əgər dediyin kimidirsə , o dediyin adam qızın çantasını niyə yanına atsın ki ?"
" Bu mənasız xırdalıqdır ."
İlyas etirazını başıyla bildirib " Razı deyiləm səninlə ." dedi .
" Mübahisə etməyin yeri deyil . İndi nə etməliyik onu fikirləşməliyik . Sehri , polisə zəng edə bildin ?"
Qız nişanlısının sualını cavablamaqçün başını sağa sola yelləyib " Yox , Ziya . Set tutmur burda . "dedi .
İlyas söhbətə qoşularaq " Onu xəstəxanaya aparmaq lazımdır . İndi... "
İlk gördüyü andan etibarən İlyasdan xoşu gəlməyən Fərid oğlanın cümləsini tamamlamasına imkan vermədən " Set tutmayan bir yerdə yaşayış məntəqəsinə və xəstəxanaya rastlayacağımızı sanmıram ."
" Hər halda burada olmasa da , yaxınlıqda xəstəxana mütləq olmalıdır ."
Fərid əliylə pəncərəni göstərdi .
" Bəlkə ətrafına baxasan . Yolun bir tərəfi düzənlik , digər tərəfi meşədir . Ev filan da yoxdur . Fikir vermisiniz ki , bayaqdan bir dənə də maşın keçməyib burdan ?"
Ziya Fəridə baxaraq " O zaman boş yerə nəyi gözləyirik ? Maşını işə salıram . Qarşımıza çıxan ilk qəsəbədən , ya da nə bilim kənddən kömək istəyə bilərik ." dedi .
Fərid bu fikrə razı olmasa da səsini çıxarmadı .
Ziya maşını işə salanda Fərid onun yanındakı oturacaqda əyləşdi . Susmuş olsa da, ürəyində istirahətlərini kabusa çevirmiş olan qıza lənətlər yağdırmaqda idi . Sehri isə ehtiyat üçün götürdüyü tibb çantasını qızı ayılda biləcək bir şey tapmaq ümidi ilə qarışdırırdı .
Edəcək heç bir işi olmayan İlyas çarpayıdakı qızın yanında əyləşmişdi və zəiflikdən rəngi daha da ağarmış bu ağbəniz qızdan gözünü çəkə bilmirdi . Çox gəncdi , ilk baxışdan makiyajsız görünsə də hər iki gözünün altına suyun təsirindən səliqəsiz şəkildə yayılmış qələm ləkəsi onu ələ verirdi , burnunun ətrafındakı kiçik çillər isə görünüşünə uşaq məsumluğu qatmışdı .
Anidən karavan yolda uğursuz asfaltlamanın nəticəsi olan çalanın üzərindən keçdi və bu maşının silkələnməsinə səbəb oldu . İlyas huşsuz qızın qolunun tərpənməsini bu silkələnməylə əlaqələndirsə də bir neçə saniyə sonra yanıldığını anladı . Belə ki , qızın göz qapaqları xəfifcə açıldı , hələ tam ayılmamış olduğundan önündə dayanan oglanı birinə bənzədərək cəld gözlərini yumdu .
" Əl çək məndən , Kamran . İcazə ver çıxım gedim . Yalvarıram sənə ."
Qızın səsini eşidən Sehri sevinclə çarpayıya yaxınlaşdı . İlyas isə qorxmuş qızı sakitləşdirməyə çalışaraq
" Qorxma . Sənə pislik etmək istəmirik ." dedi .
Oğlanın səsindən Kamran olmadığını anlayan qız gözünü açdı və başının üstündə dayanmış iki nəfəri izləməyə başladı .
"Siz kimsiniz ?"
Bu arada qızın ayıldığını anlayan Ziya maşını yenidən yolun kənarında saxladı və Fəridlə birlikdə içəri daxil oldu .
Sehri qızın sualına " Yolda yıxılıb qalmışdın . Elə bildik ölmüsən amma şükür indi yaxşısan." cavabını verdi və əlinə toxunub mülayim şəkildə gülümsədi .
Fərid Ziyaya göz vuraraq "Yatmış gözəlimiz oyandı." deyəndə oglan ona fikir vermədən " Qorxma . Xəstəxanaya aparırıq səni ." söylədi .
"Xəstəxanaya ? Mən yaxşıyam , ehtiyac yoxdur . "
Qız dirsəklərini carpayıya dayayıb dəstək aldı .Səndələyərək ayağa qalxanda İlyas qız yıxılmasın deyə qolundan yapışdı .
Qız " Yaxşıyam , buraxın qolumu . Çantam hanı ?" soruşdu və ətrafa göz gəzdirdi .
" Çarpayının yanındadır . Narahat olma ."
Tez çantasına tərəf addımladı və pulunun oğurlanmadığını yoxlamaqçün içinə baxdı . Pulu yerində idi amma burada başqa bir şey də vardı . Xəbərsizcə çantasına atılmış bir vərəq ...Vərəqdəki qeydi oxuyanda qorxudan gözləri bərəldi .
İlyas qızın halının dəyişdiyini görəndə " Nə oldu sənə ?" soruşdu .
Qız başını qaldırdı, çəkinərək önündəki dörd gənci bir-bir nəzərdən keçirdi .
" Kamran kimdir ? Ayılan kimi ilk onun adını çəkdin . Ondan qaçırsan ?"
Sehrinin bu sualı qızı daha da çıxılmaz vəziyyətə salmışdı .
" Mən... mən... evə gedirdim...sonra ...bilmədim nə oldu . Xatırlamıram . Yəqin huşumu itirmişəm ."
İlyas yaxınlaşaraq " Evin haradadır ?" soruşdu .
" Evim ?...Məni tapdığınız yerə yaxın olmalıdır . Çünki ...huşumu itirməzdən əvvəl evimə yaxınlaşdığımı ...xatırlayıram ."
Fərid etiraz etdi .
" Orada ev filan yox idi ."
" Var... Meşənin yaxınlığında tapmısız məni ? Evim oraya yaxındır ." deyən qız gözlərini yerə dikərək çantasının tutacağını bərk-bərk sıxdı .

Sondan SonraDonde viven las historias. Descúbrelo ahora