13. Son

265 27 43
                                    

Adından da bəlli olduğu kimi bu sonuncu bölümdür . Hekayəni 13cü bölümdə tamamlamaq istəyirdim .Ona görə də bir neçə bölümlük yazını bir bölümə sığdırdım və digərlərinə nisbətən uzun bir bölüm oldu . Mediadakı mahnı : Lucia-"Days" . Bu mahnını mənə məsləhət görən Chimnaz_Mkyll-ya özəl təşəkkürlər :) Həm klipi , həm sözləriylə "Sondan Sonra"ya uyğun gəlir . Və sonda bu hekayəmi də oxuyanlara, rəy bildirənlərə minnətdaram . Məni sizlər yaratdınız :D

Torpaq Zülmətin rəhbərliyi ilə cəsədləri həyətə çıxarıb tikilinin arxasındakı dəmir qutuya yerləşdirəndə Aynur (ya da aldatdığı bütün insanların Rəna adlandırdığı qadın ) evdəki otaqlardan birinə daxil oldu , qapını ehtiyatla bağlayıb onu zirzəmidəki qaranlıq hücrəyə aparan pillələri yavaş-yavaş düşməyə başladı .
Birinci pillə ...

" Ana , evlənə bilmərəm . Mən ona uşaqlıqdan əmi deyirəm . Bu düzgün deyil ."
" Evlənəcəksən . Atan rəhmətə gedəndə bizə yalnız İbrahim kömək oldu . O olmasaydı ..."
" Bu o demək deyil ki , onunla evlənməliyəm ."
" Kəs səsini . Məni biabr etmək istəyirsən ?"

Bir pillə də düşdü ...

İbrahim yolun kənarında dayanmış qara avtomobili görüb öz maşınını onun yanına sürür . Arxa oturacaqda oturan Aynur isə ərindən " Niyə saxladın maşını ?" soruşur .
İbrahim qara avtomobilin sürücüsünün harada olduğunu öyrənmək üçün içəri boylanır və burada heç kimin olmadığını gördükdə " Bu maşının sahibi harada ola bilər ?" deyib arvadına baxır .
" Nəyimizə lazımdır maşının sahibi ? " davam edir Aynur .
Bu zaman hər ikisi gənc bir qadının ağlayaraq maşınlarına yaxınlaşdığını görürlər . Qadın nə baş verdiyini anlamaq üçün maşından düşən İbrahimə " Oğlumu ... tapa bilmirəm ...kömək edin , yalvarıram ." deyir .
Həmin qara maşının sahibi olan bu qadın oğlunun ürəyi bulandığı üçün maşını burada saxladığını , övladını çölə çıxardığını amma uşağın qəflətən yoxa çıxdığını söyləyərək ağlayır .
İbrahim uşağı tapmaq üçün qadınla meşəyə doğru gedir . Aynur qadının səmimiyyətinə inanmasa da onlara qoşulmağa məcbur olur... Qaranlıqda irəliləməyə başlayırlar .
Yol ayrıcından sola dönüb , körpü rolunu oynayan taxta parçasının üzərindən qarşı tərəfə keçirlər ... Bu zaman Aynur başından aldığı zərbədən huşunu itirir .

Bir pillə daha ...

" Kimsən ? Nə istəyirsən məndən ? İbrahim haradadır ? "
Qarşısında özündən əmin dayanan və qorxuducu baxışları olan hündür oğlan gülümsəyir .
" Mənə Torpaq deyə bilərsən . İbrahimi unut ... Sənə verəcəyim sualları cavablamağa çalış . Təbii ki , əgər yaşamaq istəyirsənsə ..."
Aynur qışqırmağa başlayır .
" Nə istəyirsən məndən ? Hansı suallar ? İbrahim ... kömək elə ."
Torpaq ovucuyla qızın ağzını qapayır .
" İbrahim də eynilə sənin vəziyyətindədir . Boşuna çabalama . İkinizə də eyni suallar veriləcək . Doğru cavablara ən uyğun cavabları kim desə o da sağ qalacaq . Başa düşdün ? "

Sonuncu pillə ...

Torpaq Aynuru həyətə çıxarıb evin arxasına aparır . Dəmir qutunun içinə uzadılmış İbrahimin boğazı kəsilmiş cəsədini görəndə Aynur özündən gözlədiyi reaksiyanı vermir... Qışqırıb ağlayacağını düşünsə də tam əksi soyuqqanlı davranır ... Hətta bu mənzərəni görmək qızın içində sevinc hissini oyadır ...bədbəxtliyinə səbəb olan bu adamdan intiqamının alındığını görməsi onu rahatladır ... "Bu da sənin cəzan olsun ." düşünür .
Torpaq kibriti yandırıb benzinli bədənin üzərinə atdıqdan sonra qutunu dəmir örtüklə qapayır .
" Külə çevrilənə kimi yanacaq ... Sənə gəldikdə isə artıq Aynur deyil Su-san . Yad adamlara görə isə Rəna ."
" Mən nə etməliyəm ?" soruşur qız pıçıltıyla .
" Eynilə bizim etdiyimizi ...amma əgər bizi aldatmağa cəhd göstərsən sənin özünü bu qutuda yandıracağam ...məndən qaçıb qurtula biləcəyini isə ağlının ucundan keçirmə .Səni harada olsan taparam ."

Sondan SonraDove le storie prendono vita. Scoprilo ora