7. Alov

178 25 15
                                    

Bu bölüm istəmədən silindi . Yenidən paylaşdım :( kefim pozuldu :( heyif vote-lerden ve yorumlardan :D

İlyas belə bir yerdə ev ola biləcəyi ehtimalına inanmırdı . "Rəna yolu azmış ola bilər ." düşüncəsinə qapılsa da qızın özündən əmin addımlarla irəliləməsi oğlanı bu fikirdən də daşındırmışdı .
İçində oyanan qarışıq şübhələrlə irəliləyərkən ayaqqabı bağının açıldığını hiss etdi . Bağları düyünləməkçün əyiləndə sağ hissəsində ağaclarla örtülmüş qaranlığının dərinliklərindən bir xışıltı eşitdi . Həmin istiqamətə döndüyü zaman kiminsə ağacların arasından sürətlə keçib gözdən itdiyini gördü . İlyas tələsərək ondan bir neçə metr qabaqda yeriyən yoldaşına yaxınlaşdı .
"Ziya , mənə elə gəlir ki , meşədə bizdən başqa da kimsə var ."
"Necə yəni ? " soruşdu oğlan İlyasın nə dediyini anlamayaraq .
" Orada kimsə gizlənmişdi . Mənim bunu hiss etdiyimi anlayanda yoxa çıxdı ."
Ziya fanarı ağaclığa doğru tutub ağaclar arasındakı boşluqları nəzərdən keçirdi . Orada heç kimin olmadığını gördükdə isə İlyası rahatlatmaq üçün "Yəqin ki , meşə heyvanlarından birinə rastlamısan ." dedi .
İlyas onun fikriylə razılaşmasa da gülünc vəziyyətə düşməmək üçün Ziyayla mübahisə etmədi .
***
Karavanın sürücü üçün nəzərdə tutulmuş oturacağında əyləşmiş olan və qollarını sinəsində çarpazlayıb mürgüləməyə çalışan Fərid maşının anidən yana əyildiyini hiss edəndə gözlərini açdı . "Ey , nə baş verir ?" düşündüyü zaman karavanın dəmir korpusuna kiminsə nə iləsə vurmasından yaranan səsi eşitdi .
" Bu nədir belə ? " soruşdu özündən . Kurtkasının önünü bağlayıb maşını tərk etdi .
" Uşaqlar , qayıtmısınız ?" soruşdu qışqıraraq amma sualı cavabsız qaldı . Asta addımlarla karavanın arxasına doğru irəlilədikdə bir az əvvəl maşının əyilmə səbəbinin nə olduğunu öyrənib sifətini turşutdu . Karavanın arxa təkərlərindən biri hava buraxaraq formasını dəyişmişdi . Oğlan bir qədər əyilib təkərə göz gəzdirdi .
" Lənətə gələsən . Bu niyə durduğu yerdə deşildi ?" dedi pıçıltıyla amma arxasından gələn fısıltıyı eşidəndə " bəlkə də kimsə qəsdən edib ." düşünərək həyəcanla ayağa qalxdı . Nəfəsini tutub arxaya çevrildi . Qarşısındakının kim və yaxud nə olduğunu anlamadan başından aldığı güclü zərbəylə huşunu itirdi , karavanın yanında soyuq asfalta yıxılıb hərəkətsiz qaldı .
***
Sehri yanında susaraq addımlayan müəmmalı qız haqqında bəzi şeyləri öyrənməyə çalışaraq "Kamran sevgilindir ?" soruşdu .
Kamran barədə verilən suallardan təngə gəlmiş Rəna " Hə , sevgilimdir amma ona normal sevgili demək olmaz ." cavab verdi .
" Anlamadım ."
" Məncə onun haqqında bilməsən yaxşıdır . İnan ki , Kamranı tanımaq istəməzsən , Sehri ."
Sehri "Çox sirrli qızsan amma olsun . Sirrli şeyləri sevirəm ." dedi gülümsəyərək .
Rəna dərinliyi üç metrdən cox olan və böyük ehtimalla hansısa zəlzələdən yadigar qalan çuxurun yanında dayanıb bu yerləri yaxşı tanımayan Sehrinin qolundan yapışdı .
" Ehtiyatlı ol . Yıxılarsan ."
" Tutmasan yıxılacaqdım . Çox sağol . Bəs buranı necə keçəcik ?" soruşdu .
Bir neçə saniyə sonra onlara yetişən oğlanlar da eyni sualı ifadə edən baxışlarla Rənaya baxdılar .
Qız sağa doğru çevrilib dayandıqları yeri çuxurun qarşı tərəfi ilə birləşdirən və bir növ körpü rolunu oynayan taxta parçasını göstərdi .
" Onun üzərindən keçmək lazımdır ." dedi .
" Təhlükəli deyil ?" soruşdu Ziya .
" Diqqətli olsanız heç bir şey təhlükəli deyil . Həm mən bu körpüdən o qədər istifadə etmişəm ki . Yəni qorxulu bir şey yoxdur ." cavab verdi .
Rənadan sonra digərləri də 5-6 metr uzunluğunda olan həmin körpünün üzərindən ehtiyatla keçdilər . Qarşı tərəfin torpağına ən sonda ayaq basan İlyas " Rəna , evinin yaxında olduğunu demişdin . 15 dəqiqədir ki , gedirik amma hələ də çatmamışıq ." bildirdi .
Qız sıxılaraq " Əslində çox da yaxın deyil ." deyib dayandı .
Sehri təəccüblə " Bəs niyə yalan danışdın ?" soruşdu .
" Qorxdum ki , evimin uzaqda olduğunu desəm mənimlə gəlmək istəməzsiniz . Üzr istəyirəm . İstəyirsinizsə geri qayıdın . Burdan sonra özüm davam edərəm ."
Sehri mülayim şəkildə " Elə şey olmayacaq . Səni evə ötürmədən qayıdan deyilik . Həm də ki , evinin uzaqda olduğunu desən də səninlə gələcəkdik ." deyə cavab verdi .
İlyas qarşıdan onlara doğru yaxınlaşan adamı gördükdə Rənaya deyəcəyi sözü unutdu . Bu dəfə qaraltı gördüyünü söyləməyə ehtiyac olmamışdı çünki onlara doğru gələn şəxsi hər dörd gənc görmüşdü .
" Bu kimdir ?" soruşdu Ziya yenidən fanarı işə salaraq .
Yaxınlaşan adamın uzun qara libas geyindiyini və paltarın kapşonu ilə üzünü tam qapamış olduğunu görən Sehri qorxaraq bir addım geri çəkildi və nişanlısının yanında dayandı .
Adam yaxınlaşıb Rənanın qarşısında dayananda qız da geriyə dogru addım atıb qaçmağa hazırlaşırmış kimi bayaqdan əlində tutduğu çantasının hər iki qolunu çiynindən asdı .
Qara libaslı adam kapşonu başından çıxaranda hər kəs onun qısa qara saçları olan gənc bir qadın olduğunu gördü . Hər iki gözünün alt hissəsinə nəzərəçarpacaq dərəcədə çəkdiyi qara xətt onun olduqca sirrli eyni zamanda cazibədar göstərirdi . Dodağındakı tünd qırmızı pomada fanar işığında qan rəngi təəssüratı oyadırdı .
" Məndən qorxmayın ." dedi soyuqqanlı şəkildə .
İlyas qadını başdan ayağa süzüb " Sən kimsən ?" soruşdu .
" Adım Alovdur . Yaxınlıqda yaşayıram . Meşədə gəzirdim , işıq görüb yaxınlaşdım ."
" Bu qaranlıqda meşədə tək gəzmək cəsarət tələb edir . Geyimin də qəribədir . Hansısa təriqətin üzvüsən ?"
Ziyanın sualı qızın üzündə təbəssüm yaratdı .
" Hə . Təriqət də demək olar ,insanların normal qarşılamadığı fəaliyyət də . Tək gəzməyə qaldıqda isə insanlar məndən qorxur . Mən kimdən qorxmalıyam ki?"
İlyas qadının onları yubatdığını düşünərək
" Xanım , biz getməliyik . Hə bir də sizə yenə də məsləhət görərdim ki , evə qayıdasınız . Qarşısınıza çıxan hər kəs bizim kimi normal insanlar olmaya da bilər ."
Qadın "Hara gedirsiniz ki ?" soruşub nəzərlərini hər birinin üzərində gəzdirib Rənada saxladı və daha sonra "Səni tanıyıram . Burada tez-tez görmüşəm . Meşənin sonundakı evdə yaşayırsan ?" deyə əlavə etdi .
Qız qorxaraq bunun dogru olduğunu başıyla təsdiqlədi .
" Onda siz xeyli yol getməlisiniz ki . Azı yarım saat ."
Hər kəs təəccüblə Rənanı süzəndə qız başını aşağı dikdi .
" Düzdü ."
Ziya əsəbləşməyə başlamışdı .
" Necə yəni ? Hələ yarım saat da getməliyik ?"
Sehri onu sakitləşdirməyə çalışsa da oglan danışmağa davam edirdi .
" Biz buraları yaxşı tanımırıq ? Rənadan ayrılandan sonra o qədər məsafəni geriyə necə qayıdacağıq ? Hələ İlyası da gedəcəyi yerə çatdırmalıyıq ."
Anidən İlyas heç kəsin gözləmədiyi cavabı verdi .
" İşim çoxda mühüm deyil . İş yerimin şəraitiylə maraqlanacaqdım . Bunu başqa vaxt da edə bilərəm ."
O bunları deyərkən gözünü Rənadan çəkməmişdi .
Qara geyimli qadın mübahisənin daha da qızışmasına mane olaraq " O zaman istəyirsinizsə mənim yaşadığım yerə gedək . Bura yaxındır . Bir gecə qalarsınız . Səhər tezdən geri qayıdarsın . Onda hava işıqlı olacaq . Həm Rəna evlərinə tək gedə biləcək , həm də siz azmadan geri qayıda biləcəksiniz ." deyə təklif etdi .
Çarəsiz qalan gənclər bu təklifi qəbul etməkdən başqa yollarının olmadığını düşünüb razılaşdılar .

Sondan SonraWhere stories live. Discover now