11. Rüzgarın seçimi

152 21 24
                                    

Fasiləsiz və həyəcanlı nəfəs alıb verişlərinə heç cür mane ola bilməyən İlyas Torpağın istehzalı cümlələrini eşidər-eşitməz bir addım geriyə cəkildi . Bu gecə baş verənlərin qorxulu bir yuxudan ibarət olmasına ümid edərək gözlərini yumub açdı . Amma hər şey gerçəkdi , qaranlıqda üz cizgilərini tam seçə bilmədiyi Torpaq əllərini belində birləşdirib qarşısında dayanmışdı .
" Nə oldu , İlyas ? Bizdən biri olmaq istəmirsən ?" soruşdu Torpaq .
Adamın rahatlıq yağan cümlələrindən özünü daha da itirmiş İlyas nəhayət güç tapa bilib :
" Siz ... qatil ... onları öldürdüz ... niyə axı ? Nə istəyirsiniz ? " soruşdu görünüşünə yaraşmayan çarəsizliklə .
Bu çarəsizlik isə Torpağın özünə əminliyini artırmaqda idi .
" Bu nədir ? Ağlayırsan ? Səndən heç gözləməzdim , İlyas ."
" Nə istəyirsiniz ... məndən ? Nə ? Onların nə günahı vardı axı ? ...Bunu niyə etdiniz ?"
Torpaq oğlana doğru bir addım atıb " Nə istəyirik ? ...Bilmək istəyirsən səni niyə öldürmədik ? " soruşdu .
İlyas bir neçə dəqiqə əvvəl qarşılaşdığı mənzərənin onda yaratdığı şokla titrəyir , Torpağın ona "rəhm" etmələrinin səbəbini açıqlamasını gözləyirdi .
" Zülmətin dörd xidmətçisi olmalıdır . Biz isə üç nəfərik . O dördüncü sənsən . Sənə nə ad seçək hə ? Hava ? Yox bu sənə yaraşmadı . Rüzgar ... Hə Rüzgar ... Bu əladır ."
İlyas Torpağın qurduğu cümlələri zərrə qədər də anlamadığından gözlərini qıyıb qarşısındakı manyakı izləməkdə idi . Oğlanın bu acınacaqlı halı Torpağın qəhqəhə atmasına səbəb oldu .
" Niyə elə baxırsan , İlyas ? Aha , anladım . Günah məndədir . Sənə hər şeyi ardıcıl və xırdalığı ilə izah etməliyəm ."
" Lənətə gələsiniz , kimsiniz axı siz ?"
Torpaq " Bax belə . Biraz cəsarətli ol . Bizə qorxaq adamlar lazım deyil ." dedikdə İlyas onun necə sərbəst davrandığının yeni fərqinə vardı .
" Nə lazımdır sizə ?" soruşdu bir az özünə gələrək .
" Biz Zülmətə xidmət edirik . Yəqin ki , bayaq o üç cəsədin yanındakı adamın Zülmət olduğunu deməyimə ehtiyac yoxdur . O kimdir deyə soruşursansa bildirim ki , adi insanlardan çox fərqlənir . Sən susayanda su içirsən ... o isə qan ."
İlyas iyrənərək " Qatillər ." pıçıldadı .
" Hər kəsin zəif cəhətləri var , dostum . Zülmət isə qan içmədən yaşaya bilməz . Bu ona hava , su kimi gərəklidir . "
" Sən isə ona insanları öldürməkdə kömək edirsən . Niyə ? Bu sizin nəyinizə lazımdır ?"
" Bunun cavabını zamanla öyrənəcəksən . İndi gələk sənin məsələnə . Mən o məntiq suallarını boş yerə verməmişdim . Bizə məntiqli , diqqətli , ən əsası qatil kimi düşünə bilən və yoldaşlarıyla ən az bağı olan biri lazım idi ... və sənin bəxtin gətirdi , İlyas . Sən Zülmətin həyatını bağışladığı adamsan . Bu yaxşılığın əvəzində isə ona xidmət göstərməlisən ... Sən ona borclusan ! Amma əlbəttə ki , seçim haqqında sərbəstsən . Ya təklifimdən imtina edib "son"unu seçəcəksən , ya da razılaşıb "sondan sonra"nı ... "

İlyas manyakın arxasında , dəhlizin başlanğıc hissəsində yerləşən qapını çətinliklə də olsa sezə bildi . Bayıra açılan həmin qapıdan qaçmaq və qarşısına çıxan ilk yaşayış məntəqəsində polisə müraciət etmək haqqında düşünən gənc futbolcu anidən əlindəki əşyanın varlığını hiss etdi . Bu İlyasın yataq otağından götürdüyü çanta idi . Rənanın çantası ... Oğlan uca səslə " Mənim heç kimə borcum yoxdur ." dedi və Torpagın onu görməsinə bir neçə saniyəlik də olsa mane olsun deyə çantanı onun üzərinə atıb sürətlə qapıya doğru yönəldi . Amma Torpaq İlyasın bu fəndindən yayındı , qaçmasının qarşısını almaq üçün arxasıyca tələsib qapıya çatmamış qolundan yapışdı . Müqavimət göstərən oğlana var gücüylə yumruq ilişdirib dəhlizin divarına doğru itələdi . Sinəsindəki ağrıdan gücünü itirən İlyas döşəməyə , yerə düşmüş həmin çantanın yanına çökdü . Torpaq bu fürsətdən istifadə edib oğlana doğru əyildi , köynəyinin yaxasından yapışıb " Axmaq , sənə yaşamağın üçün şans verdik . Bunu dəyərləndirmədin . Sənin də sonun yoldaşlarınınkı kimi olacaq . Qanının Zülmətin boğazından içəri axmasını öz gözlərimlə izləyəcəyəm ." fısıldayıb ikinci yumruğu İlyasın üzünə doğru atdı .

Sondan SonraDonde viven las historias. Descúbrelo ahora