10 . Əyləncə yeni başlayır...

153 23 13
                                    

Torpaq "qonaq"ların fincanlardakı çaylarını içib bitirdikərini gördükdə " yəqin ki , çox yorğunsunuz . Alov , dostlarımıza qalacaq yerlərini göstər ." söylədi .

Gənclərlə birlikdə otaqdan çıxan , dəhlizdəki şkafın üstünə qoymuş olduğu üç şamlı şamdanı götürən Alov öndə irəliləyərkən yorğunluqdan ayaqlarını tərpətməyə gücü qalmamış Sehri Ziyaya " Nəhayət ki , yata biləcəyəm . Elə bildim , o qəribə oğlan bütün gecəni sual verəcək . " söyləyib şikayətləndi .

" Hə , qəribə adamlardır . İnsan etibar edə bilmir ."

" Mən də güvənə bilmədim nədənsə ."

Alov dəhlizin sağ döngəsi istiqamətində çevrilən zaman onun arxasıyca gələn gənclər burada iki dəmir qapının olduğunu gördülər . Alov onlardan birini açıb şamdanı İlyasa doğru uzatdı .

" Dördünüz də burada qalacaqsınız . Tam gözlədiyiniz kimi bir otaq olmaya bilər amma başqa boş otağımız yox idi ."

" Bizimçün önəmi yoxdur . Bir neçə saat yuxumuzu alacağıq , Vəssalam ."

"O zaman gecəniz xeyrə qalsın ."

" Sizin də . Bir də çox sağolun ."

Alov İlyasın nəyi nəzərdə tutduğunu anlamayaraq " Nəyə görə ?" soruşdu .

Ziya oğlanın təşəkkürünün səbəbini açıqlamaq üçün " Evinizdə bizə yer verdiyiniz üçün ."söyləyib gülümsədi .

" Hə , o məsələ ? İnsanlıq borcumdur ."

Alov gözdən itdikdən sonra İlyas əlində şamdan olduğuna görə otağı işıqlandırmaq üçün addımını dəmir qapıdan içəriyə atdı . Bu otaq da digəri kimi pəncərəsizdi . İçəridə isə aynası çatlamış köhnə komodin , iki taxta çarpayı və onların üzərində olan çirkli adyal ,yastıqdan başqa bir şey yox idi . Şamdanı komodinin üzərinə qoyub dəhlizdən içəri boylanan Sehriyə baxdı . Qız arxasında dayanmış sevgilisinin " Keç də içəri ." deməsinin ardından qapını tam aralayıb buruşmuş üz ifadəsiylə yataq otağına daxil oldu .

" Burada yatacağıq ? Bu adyallara bax . Min il əvvəl yuyulub , bəlkə də ."

Rəna da girdikdən sonra Ziya Sehrinin iyrəndiyi bu otağa addımını atdı .

" Bir gecə qalacağıq . Birtəhər yatmalı olacaqsan , Sehri ."

"Öldürsələr də uzanmaram bu çarpayılara . İki çarpayı var həm də . Biz isə dörd nəfərik ."

" Qızlar birində , oğlanlar da digərində yatsa olmaz ?" soruşdu Rəna .

" Olar .Onsuz da mən oturaraq yatmağı planlaşdırmışam ." cavab verən Ziya soldakı çarpayının bir küncündə oturub kürəyini divara söykədi .

Sehri artıq digər çarpayıda əyləşib ayaqlarını adyalın altında gizlətmiş Rənaya yaxınlaşdı və qızdan biraz kənara çəkilməsini xahiş edərək dodaqaltı " necə çirkli yataqdır ." deyib onun yanına sığındı .

İlyas üfürərək şamları söndürmək istəyəndə Sehri etiraz etdi .

" Söndürmə . İşıqlı olsun . Bir də zəhmət olmazsa qapını içəridən bağla . Heç kim biz yatanda otağa girə bilməsin . Ev sahiblərindən gözüm su içmir ."

İlyas qapanmaqda olan göz qapaqlarına qarşı dözümlü olmağa çalışaraq dəmir qapıya yaxınlaşdı , qapının üzərindəki qarmağı divardakı halqaya keçirdi .

İlyas " Çox da ... etibarlı müdafiə üsulu olmasa da ...ən azından biz yatarkən içəri kimsə girmək istəsə qarmağa görə çox əlləşməli olacaq . " bildirib gülümsədi .

Sondan SonraWhere stories live. Discover now