Qulaqlıqları hazırlayın

192 18 10
                                    

Fikirlər və yaxud hisslər birdən-birə yaranmaz heç vaxt. Şahmat oynuna ortadan başlamaq əvvəldən başlamaqdan daha asan olar. O ilk addımı atmağın ağırlığını birbaşa qaçmağa başlayan anlamaz. Başlanğıcların dəhşətli bir çətinliyi vardır. Başlamaq çətindir. Sıfırdan. Heçnəsiz. O qədər çətindir ki, sadəcə möcüzələri sıfırdan başlayanlar yarada bilər deyə bilərik.

Hər kəs yaradıcı, hər kəs yeni fikir sahibi olmayacaq ki? Bəziləri də başqa fikirlərin davamçısı olsa yaxşıdır. Bəziləri də işlənmiş fikirləri işlətsələr yaxşıdır. Bu ola bilsin ki orijinallıqdan uzaq olsun, amma inanırıq ki hər kəsin bir üslubu, bir yönü, bir xətti vardır, və hər kəs bir fikrə başqa cür toxunmağa qadirdir.

Başlanğıclar mənlik deyil. Mən yarımçıqların adamıyam. Bu əsər, bu yazı isə yarımçıqlardan başlamış elə yarımçıq da qalacaq olan yazılardan ibarət olacaq. Bu əsər bir musiqini dinləyərkən keçirilən hisslərdən, qurulan xəyallardan, sözoyunlarından ibarət olacaq.

Mən oğruyam. Fikir oğrusu. Mən robotam. Proqramistlər tərəfindən hazırlammış bir elektron qurğuyam. Sözü daxil edirsən, yaddaşına yazılmış sözlərdən ən uyğun gələn ardıcıllığı yaradaraq gözəl cümlə qurur. Bax mən oyam. Sadəcə ehtimallar, sadəcə dəvamlar. Başlıqsız. Sonluqsuz.


Ola bilsin ki hər həftə bir yazı olsun, amma çalışacam ki ən azından 2-3 gündən bir yeni yazı yaza bilim. Buna blog yazısı da deyə bilərsiz. Buna sadəcə gözəl musiqilərin təqdimatı da deyə bilərsiniz. Seçim sizindir. "Qulaqlıqlı oğlan" - musiqili yazı silsiləmizə başlayırıq. Xoş oxumalar.

Qulaqlıqlı OğlanWhere stories live. Discover now