Kamil Hacıyev - Ağrılar

48 7 3
                                    

Başlanğıclar olmaq məcburiyyətində deyil, nə də ki sonlar. Biz ikisi arasında itmiş varlıqlarıq. Amma yenə də bir başlanğıc vardır. Ortanın başlanğıcı. Bizim başlanğıcımız. Biz varmıyıq bəs o başlanğıcda? Nə zamandır başlanğıcımız?

Doğum gününüz sizin başlanğıcınız olsun. Əsil sizin yox. Digər. Görünən sizin. Bədəninizin. Əsil siz isə içərdə, beyində bir yerlərdə gizlənmiş olun. Sizin (əsil) başlanğıcınız isə xatirələrinizdəki ilk saniyədi. 3 ya 2 yaşınız var.

Bir də beyin travması keçirib üç ay komada qalıb öldüyünüzü düşünün. Siz (əsil) 3 ay əvvəl ölmüsüz. Bədəninizin bir sonu və bir başlanğıcı var. Siz ortada itib batmısız. Xatirələrinizin içində. Yaddaşınızın içində. Siz - Biz, sadəcə yaddaşdan ibarətik. Biz bu uzun oyunda hardayıq?

Ey özüm hardasan, gəl, gəl, gəl... vurğunam.
Qalmayıb taqətim, mən səndən yorğunam...

Uzun yolların yolçusuyuq. Nə başlanğıclarımız var, nə sonumuz. Sadəcə gedirik. Quşlar kimi. Tək fərqimiz onların uçmağıdı, biz isə piyada. Piayada bir yol aparırı bizi. Uzağa, çox uzaqlara. Hər addımımızda geridə bir şey qoyuruq. Bir parça. Qırıntı. Özümüzdən. İçimizdən. Hisslərimizdən. Və əlbətdəki bir parça yük də özümüzlə aparırıq. Beynimizdə. Xatirlərəimizdə. Hər şey qarşılıqlı olur. Aldığımız qədər veriri, geridə qoyduqlarımız qədər yüklənib gedirik. Biz yolçuyuq. Həyat yolçusu. İşimiz sadəcə getməkdir. Xatirələr toplayaraq getmək.

Kiçik bir əhvalat danışacam sizə. Adını bildiyiniz bu mahnını dinləyərkən 20 yanvar metrosunun çıxışında durmuşdum, "Şamaxinka"-ya getməli idim, hardan gəldiyimi və hara getdiyimi xatırlamıram, təxminən 8 dəqiqəlik piyada yolum var idi, mən də seçimimi bu mahnıdan yana etdim, taxdım qulaqcıqları, başladım yola.

Qarışan sözlərim yuvasız quşlara...
Nə qədər, nə qədər, nə qədər faydalı?

Göydə quşlar uşurşur. Hardansa gəlib harasa gedirlər. Keçən gün bizim həyətdə yuva salanlar da yola düşdülər. 3 həftəyə yaxın qonaq qaldılar. Baxırdım onlara. Bütün hərəkətlər mexaniki, təkrarlanan. Fərqi olmayan, düşünülməyən, daimi, eyni hərəkətlər. Əslində bəlkədə heç nə etdiklərini də xatırlamırlar. Bəs biz? Bizimdə yoxmu bu avtomatik reaksiyalarımız. O zaman biz də robotlaşmışıq? Neçə fərqli zamanda özün ola bildin? Neçə ilin robotlaşmağa getdi? Bəs xatirələr? Yaddaşında nə qalıb? Neçə il yaşamısan? Neçə il var əlinin içində (beynində)? Qalanı hanı? Hardasan? Hardasan?!..

Ağrılar, ağrılar, əbədi ağrılar...
Səhəri ağlayış səbəbi ağrılar...

Bir bağırtı. Hər addımında insan necədə uçmaq istəyini öldürürmüş. Hər dəfə ayağın yerə dəydikcə. Kaş, deyirsən, kaç qanadlanıb uçardım. Uçmaq. Bəs, bəs əldən nə gəlir? Qaçmaq!. Piyada getməli idim deyəsən, bu nə sürət? Niyə qaçmaq istəyi yarandı içimdə? Bəs, bəs bu nə külək? Deyəsən uçuram. Külək üzümə sərt bir şəkildə toxunur. Çox sərt. Alnımı yumruqlayırmış kimi. Hər şey ordaymış kimi, beyində. Oyatmağa çalışır sanki məni. "Qaçma, nə də uçma" deyir, "oyanmaq vaxtıdı"... Soyuq. Çox soyuq. Bəli. Yayın ən isti günü, saat günorta 3. Və mən üşüyürəm. Hətta donuram. Çox soyuq. Buz soyuqluğu var beynimdə. Yatmışdan nə fərqi donmuşun? Yuxudayam sanki. Buz bağlamışam. Hər külək alnıma döyəclədikcə, əriyirəm, oyanıram. Mən "maye" halını unutmuşam. Buzdan buxara keçirəm sanki. Buz ba0lamış varlığım əriyir, dumana qarışır. Quman boğur məni. Boğuluram özüm öz dumanımda. Bütün şəhər dumana bürünür. Yavaş yavaş oyanıram. Deyəsən artıq "Şamaxinka"-ya çatmışam.

Qaçdıqca boğuldu dərimin üstü tərimdən.
Bezdim şəhərin saxta əmək tüstülərindən...

Ən sonda bütün yaddaşını unudacağını bildiyi üçün həmin oyuna başlayan birini təsəvvür edək. Hər kəs yaddaşının silinməsini, keçmişin ağrılı xatirələrindən xilas olmağı arzulayır. Amma bizi biz edən, yaşadığımızın, var olduğumuzun tək isbatı onlardı. Onlarsız biz bir heçik. Yaşamadıq. Var olmadıq. Yoxuq... Yaddaşınızdan muğayət olun, sağ qalın, salamat qalın.

Qulaqlıqlı OğlanWhere stories live. Discover now