Ali Khayyam - Yol

15 1 0
                                    

Mistik bir şeirlə başlayır hər şey. Bütün reallığı unudub, qucaqlayıb sehirli toz hissəciklərini. Toz özü də! Dərindən nəfəs almaq da olmaz bu hekayədə. Qulaqlarımızıda uzadaq bəlkə? Fantastika olsun? Yoxsa elə sən yad bir plantdənsən? Urandansan ya biraz da o biri tərəfdən? Kimsən sən? Hardansan sən? Haralısan? İnsansan? Yoxsa... Bəlkə sən də bir Tanrısan? Mənim Tanrımsan? Sənin də Tanrın var? 


"Tanrı, sənin də bir tanrın var
İnanıram buna
Tanrının da bir Tanrısı var"

Toz burulanında itmiş kimi bir hiss var beynimin içində. Bir birinə qarışıb sözlərlə ətirlər. Acı dadır elə "yox" sözü, zəhər kimi gəlir "Tanrıdan" daha qısa hərfli sözlər. Boğazda ilişib qalmış, bənövşəyi bir toz zərrəciyi qədər. Bütün uzunluğu bu gecə ən qısalıqla əvəzləyək. "Tanrı" qalsın dilimizdə, qalanlarını silək. Milas üsün bir pillə aşağıda olanları. Mələkləri və İnsanları. Unudaq onları. Yoxdu onlar. Lənətləyək onları. Tanrı lənəti ilə. Bütün İnsanları. Bütün Mələkləri. Onları sevdirə bilmərsən mənə. Nə də ki varlığına inandıra bilməzsən.

"...öldürən Əzrailin də mələk olduğuna inandıra bilmərsən məni"

Toz şəhərciyidi Bakı şəhəri, toza batıb bütün yolları. Bənövşəyi rəngdə özü də.

Bir mənzərə gözümün qarşısında canlanır. Saçlarını yığmış bir qadın. Alıb əlinə örpəyini, yavaş yavaş bağlayır başını. Bir başlanğıcı var, bir sonu, yaylığın. Tən ortasında qadın. Hardan başlayasan bu yola, harda bitirəsən? Harasında tapasan özünü? Çox qarışıq görünür. Çox hisslər qarışıb toz rəngli gözlərində qadının. Ümidləri qadının. Bənövşəyi rəngdə.

Deyir, bir yol var, sənlə başlayır, sənlə qurtarır. Tən ortasındada sən. Bəs mən hardayam o yolda? Sən elə özün yolsan. Bəs mən nəyəm bu nağılda? O yol sənsən, qaçmısan, özündən. Uzaqsan özünə, özgəsən, itirmisən. Bəs mən? Yolsuzam mən.

"Bir gün, o yolu tapacam
Səni gic-gicə bir yalanla aldadıb
Aparacam ora
Bənövşəyi olacaq o yol
Bərk qaç deyəcəm, bərk
Bir az da döz, bir az
Saçlarının azadlığına
Az qaldı"

Qulaqlıqlı OğlanWhere stories live. Discover now