Buludlar küləyin rəksinə heyran qalıb bu gecə. Ay da bir tərəfdən göz vurur. Bir iki ulduz görürəm, ya görmürəm. Ya da bir yerlərdə itmişəm. Hardayam? Hardasan? Realdayam. Xəyaldasan? Nağıldayam. Həyatdasan?
Deyəsən çox xəyal qururuq bu aralar hamımız. Ya da arzularımız bütün beynimizi işğal edib. Sən nə düşünürsən bu haqda? Neçə boş xəyal qurdun? Neçə xəyalından vaz keçdin? Neçəsini unutdun? Bəs, bəs neçəsi tam reallaşacağı anda. o son anda, son saniyədə, son addımda - Geri çəkildin? Ha? Neçəsində?
Heç vaxt olmayacam San-Fransiskoda.
Heç vaxt görməyəcəm Sakit Okeanı.
Heç vaxt gəzməyəcəm günəşli küçələrində
Heç vaxt çimməyəcəm Sakit OkeandaYox, yox. Yanlış anlamayın. Heç vaxt San-Fransiskonu arzulamamışam. Mən Təbrizin xəyalını qurmuşdum, sonra Romanın. Bu aralar Saturunda uçuram. Heç vaxt olmayacağım bir yerdəyəm. Burdayam. Sübut edə bilməyəcəyim, real görünməyəcəyi qədər gerçəyin içindəyəm. Tam burdayam. Burada. Həriflərin arasında, sözlərin altında. Deyəsən yenə ümidsizliyə qapılmışam, yenə üç-beş xəyaldan vaz keçmiş, yeni üç-beş xəyal qurmuş vəzyətdəyəm. Bulanığam. Qarışığam. Yolun ortasındayam. Elə ortada da qalacam. Sən San-Fransisko arzulayarkən, mən Saturunda olacam.. Bir gün Aya gedib çatacam...
Kafka məktub yazır Milenaya, mən oxuyuram.
Eynşteyn dil çıxarır insanlara, mən baxıram.
Şəhriyar ''Heydərbabaya salam'' deyərkən səhv anlamışdım
Və qızıl rəngli pivə tüstülənmədən alovlanır bədənimdəBu gecə nə sərxoş deyiləm nə bir şey. Nə çəkməmişəm, nə içməmişəm. Beynimin içində gizlənmişəm. Yox olmuşam. Varmışam. Hardaymışam?
Başqalarının məktubları var. Başqalarının şeirləri. Xatirələri. Keçmişləri. Bir varlıqları var. Səhv salınan doğruları. Bilinən hekayələri. Danışılmış nağıllar. Uydurulmayan əfsanələr. Bəs, bəs biz. Sən də nə var, mən də nə var? Gecənin qaranlığında itiriksə əgər, gecə var. Gün işığıyla rəks ediriksə, Günəş var. Uçuruqsa səmanın pambıqları üzərində, bulud var. Sən hardasan. mən hardayam? Sən varmısan? Mən varmıyam?
Alov. Alov var. İçində mən varam. Ən ortasında. Dalğalanır dənizin suyu özü üçün. Deyəsən gözüm yanılır. Sənmisən uçan suyun üzərində? Bir iki ulduz görürəm çox uzaqda. Deyəsən Ay da var. Bircə mən yoxam. Nə ciddiliyim var, nə qərarım. nə tərəfim.
Alisanın yerinə məni aparsınlar möcüzələr diyarına
Xəyanət edim yaddaşımdakı coğrafi vətənimə
Külqabıda siqaret əvəzi tüstülənsin şəxsiyyət vəsiqəm
Və məni qatara mindirib sürgünə göndərirlər.4 sətirə sığışdırıb şair bütün dini inancımı, siyasi mövqeyimi, həyata baxışımı və sonumu. 4 sətir izah edir bütün hər şeyi. 4 sətirəm mən bu gecə. Sadəcə 4 sətir. Hər dəfə bu sətirlərin üzərindən təkrar-təkrar keçərək uzun-uzun yazmaq xəyalları qurmuşam. Amma hərəkətə gələndə biz bir heçik. Beynimizin içində gizlənib qalmışıq. Xəyallardan uzaq, xəyalların içində. Reallıqdan küsgün, gerçəkliyin içində. Ortalıqda itib batmışıq. Sona yaxınlaşırıq. Ən ortanın sonuna. İtib batmış başlanğıcımızın sonuna. Bu da "Qulaqlı oğlan"-ın sonu, əgər bir gün hələdə son olmadığını tapsaq, o zaman bunun üzərinə bir də reallıqdan hədiyyəm olacaq. Yuxudan düzəldilmiş bir pay. Ümid edirəm ki o zamana qədər sağ qalacam. Qayıdıb gələndə sağ tapacam sizi. Xəyalarınızdan əl çəkməyin. Arzularınızın ardınca gedin. Bir gün 12 yaşlı kiçik uşaq necə ki Təbrizi gördü, bax elə helə illər sonra Romadan sizə səslənmək ümidi ilə. Sağ qalın. Gəlib sizi sağ tapım. Çox xahiş edirəm. Özünüzə yaxşı baxın. Sağ və salamat. Bəlkə də bir gün hər şey yaxşı olacaq...
Bəlkə gördüm San-Fransiskonu
Bəlkə də günəşlənəcəm okean sahilində
ESTÁS LEYENDO
Qulaqlıqlı Oğlan
FanficBu əslində bir hekayə deyil, bu xəyallar əlamində səyahət, sərin bir küləklə uçuşan sözlər, qaranlığın içində gizlənən notlardır. Bu sadəcə bəzi mahnıları dinləyərkən keçirilən hisslərdir. Bu sadəcə uydurmadır. Reallıqla çirklənməmiş uydurma.