Eka ft KERA - Mah-i Mənzil

17 1 0
                                    

Nəfəs alıb-verirsən, normal ritm. Bir də, bir də, bir də. Bir yerdən sonra o da fasilələrə keçir. Hətta elə vaxt yetişir ki, fasilələr dediyin zaman aralığı nəfəs alış-veriş aralığınla yer dəyişdirir. Nəfsin tükənir. Daha dərindən nəfəs almağa çalışırsan. Sonra ğırıltılar. Ağızınla yox, boğazınla. Bütün ağız boşluğunu boğazının bir parçası edib, boğazınla nəfəs alırsan. Sinəndə xışıltını hiss edirsən. Ağrıyla bərabər. Soyuq. Bumbuz.

Qaçarkən nəfəs alış-verişlərini idarə etmək anlayışı nə deməkdir? Heç qaçarkən nəfəs almaq yada düşür ki? Ümumiyyətlə nəfəs almaq nəyə lazımdır? Beyin üçün oksigen. Qaçarkən beyni artıq arxa plana tullayıb əvvəldən verilmiş qərara uyğun davranırıq. Qaç!

"Səslə məni,
Qıracam zəncirləri.
Sənə gələcəm,
Məni də apar.
Bu son qatar.
Bu son qərar. "

Savaş və ya qaç. Ani qərar. Bütün həyat bundan ibarətdi. Bununla başladı, bununla bitir. Necə ki bir hüceyrə özünə uyğun şərait varsa çoxalmağa, yoxdursa sağ qalmağa, sonsuz yaşamağa çalışır. Çoxal ya da sağ qal. (Film: Lucy) Bax elə helə də bu tərəfdən savaş və ya qaç. Qaç!

Sürətlə. Bilinməyən bir mənzilə doğru. Bilinməyən bir dünyaya doğru. Və ya elə tamam başqa bir istiqamətə. Qaç. Sürətlə.

Sürətlə qaç. Ayağın ilişib yıxılana qədər. Qalx ayağa və bir də qaç. Yenidən yıxılana qədər. Yıxıldıqca yenə qalx. O zamana qədər ki qalxmağa gücün qalmadı. O zaman iməklə. Nəfəsin kəsilənə qədər. Ona da gücün çatmır, sürün. Ta ki huşunu itirənə qədər. Bəlkə də ölənə qədər. Sonda dayan. Geriyə bax. Qaçdığından qurtula bilməmisən. (Kitab: Atsız - Bozkurtlar)

"Sən demə yaşadıqlar bir heçmiş.
Artıq keçmiş."

Qulaqlıqlı OğlanWhere stories live. Discover now