AlterEgo ft. H.O.S.T - 40-cı qapı

4 0 0
                                    

Əslində çox uzun vaxt idi bunu necə yazacağımı, hansı mahnını seçə bilərəm deyə düşünürdüm. Dəfələrlə də köhnə mahnılardan birini təkrar işlədim ya yox deyirdim. Son anda 40-cı paraleli yenidən işlətməkdənsə, 40-cı paraleli seçdik. Daha köhnə. Son, əvvəldən qabaq gəlsin deyə. Başlayaq.

Elə ən başdan. 2007 H.O.S.T-u yaratdılar, Sumqayıtda olsamda 2008ə gəldi çatdı mənə. Qarşıdakı iki il ərzində fikirlərimi formalaşdırmağa başladı. (Kitab oxuma və kitabxana yaratma fikri də var idi, ordanda üstünə gəl kitablar, bir də litseydə olduğumu düşün, ordanda öyrəndiklərim). Nəticədə 2010da başladıq nələrsə yazmağa, nələrsə danışmağa, bölşüməyə. Başladım. (Bax: bloqumdakı ilk yazım, Dəyişdirə bilmədiyimiz həyat, 2010, 12 noyabr). Bu yaxınlarda 11 il oldu yazıram? (Yalan danışma.), 2016da qaldım deyəsən. Yazmaqlar orda bitmişdi əslində, ondan sonrası qırıntılar idi. 6 il yazdım. Ta ki, 2016da, hərbi xidmətdə olarkən maksimum yazma imkanım olduğu üçün, "M-66"-nın 90 faizini yazıb, "Boş çoxluq"-un 33%ini tamamlayana qədər. Ondan sonra dayandı. Ciddi bir şey yoxdu. Arada qulaqlı oğlan. Radio da dayanmışdı. Danışmırdıq, yazmırdıq. Birəz də 2017də nələrsə oldu (Utopiya). Amma nə olsun, lap elə 2017də, qapı bağlandı.

"Çığırdım, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı bağlıdı
Qırxıncı qapı, qırxıncı qapı..."

Əslində bağlanmadı. Sadəcə hər şey çox dəyişdi. Birəz böyüdük. Birəz müsbətə qaçdıq. Xoş hadisələr yaşadıq. Həyat daha xoş olmağa tərəf addımlamağa başladı. Biz də başımızı işə və ailə həyatına qatmağa başladıq. Bir tərəfdən də insanlar gəlib keçib gedirdi. Yox o mənada yox, bir yarışda səni ötüb keçmək mənasında. Əslində xoş idi. Bir bu tərəfdə artıq yerimizdə qalmışdıq. Başqa dünyadaydıq. Saturna çatıb düşmüşdük. Məskunlaşmışdıq. Geri qayıtmaq yox idi artıq.

Sanki kədərə bürünərkən bol-bol yaza bilirsən, xoşluqda olarkən yazmaq deyə bir şeyon varlığını belə unudursan, 2010-2016 yazıları hamısı kədərlə sintezləşmiş bir bölmə idi. M-66 yazmağa başlayarkən bu bölmənin, ilk fəslin bitdiyini hiss elədim, yeni bir şey başlayırdı. Amma o da 2017də qaldı, qısa bir fasilə, 2021də davam etmək məqsədiylə. Ona görə də bu ikinci fəsli 2021dən başladı deyə saya bilərik. 4-5 illik kiçik bir fasilədən sonra başladıq.

Bu əslində vida yazısı olacaqdı, daha doğrusu qapanış yazısı. Qulaqlıqlı oğlanın sonuncu yazısı. Bir gecə yazılmış, sonuncu mahnı dinləmmiş, paylaşılmış və bitmiş.

"Barmağında arzuları qatla hərkəsin öz seçimi var həyatda."

40-cı paraleldən dəm vurmağımın 40 fərqli səbəbi var idi. Məsələ o idi, 14 dedim, amma deyəsən 18 oldu, əsas məsələ odur ki "oldu". Bəlkə 3 ay sonra geri qayıdacam, bəlkə də artıq çıxdığımız bu yol arzuladığımız yol olacaq və çox uzun olacaq. Nə olacağını heç vaxt bilmirik. Biləcəyik. Əsas odur bir başlanğıc oldu. Yeni bir həyat. Yeni bir dünya. Yeni çətinliklər. Yeni öyrənmələr. Hər şey yenidən başlayır. Başlaması üçün, bitməsi lazımdı. Bunun bitməsi misal üçün, "Qulaqlıqlı oğlanın".

2021in yeni bir başlanğıc oldu, 2020dən aldığı güclə. M-66nı tamamladıq göndərdik çapa. Bunu bitiririk. Boş çoxluğa başlayır. Artıq sahəmiz tam dəyişib, elektronlaşdıq deyəsən. İşimiz texnologiya, yazımız elmi-fantastika. Oxucularımız da dəyişib. Baxdım rəqəmlərə, sonuncu rəydən 5 il keçir burda.

"Gücümü yığaraq bu divarı aşacam, axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb, açarla qırxıncı qapını mən açacam."

Və qulaqlı oğlan, qulaqlıqlarını çıxarır, qoyur bir kənara. Dərin bir nəfəs alır. Bitdi. Bu qədər.

Qulaqlıqlı OğlanOnde histórias criam vida. Descubra agora