☆2★ O gün

615 59 15
                                    

-Ay qız, ay bala eşitmirsən məni? Səninləyəm. Tez çıx görək bayıra. Neçə saatdır girmisən. Nə edirsən orada?
-Çıxıram indi.
-Səni otağımda gözləyirəm. İzahat borclusan mənə.

Roza müəllimə sözlərini bitirib dar, uzun koridor boyunca yeriyərək köhnə pilləkənin sınıq məhəccərindən tuta-tuta ikinci mərtəbəyə qalxdı. Üzərində direktor: Roza Nikolayevna yazılan taxta qapını açıb otağına daxil oldu. Keçib baş tərəfdəki kreslosunda oturdu. Otaqdakı ağ-qara televizorda diktorun səsi eşidilirdi. -Cəbhədə vəziyyət gərgin olaraq qalır. Dağlıq Qarabağın özünü müdafiə şahinləri batalyonu bu gün Ağdərədə əməliyyat keç...
Roza müəllimə "əşi bezdim eyni şeyləri eşitməkdən"- deyib televizoru söndürdü. Onu indi bircə sual düşündürürdü. - Görəsən nə olub bu qıza?

Saatlardır ayaqyoluna girib çıxmaq bilməyən Səlimənin dərdinin nə olduğunu heç o özü də bilmirdi. Günlərdir demək olar ki, heç nə yeməməsinə baxmayaraq elə durmadan mədəsi bulanır, başı gicəllənirdi. Ən son 1 saat 20 dəqiqə öncə qızlarla koridorda söhbət etdiyi vaxtda yenə mədə bulantısı tutmuş və özünü güclə ayaqyoluna çatdıra bilmişdi. 
Səlimədə bu hal bir həftəyə yaxındır ki,  baş verir və o bunu hamıdan hətta ən yaxın rəfiqəsi olan Ləmandan da gizlədirdi. Çünki qorxurdu. Ağlına bir hadisə gəlirdi amma yenə də özünü əksinə inandırmağa çalışırdı. -Bu necə ola bilər axı? Axı biz.. O gecə.. Cəmi bir neçə dəqiqə... Yox ola bilməz.  Mümkün deyil. 
Bu tip düşüncələri az da olsa özünə rahatlıq verirdi. Əlini qarnının üstünə qoydu.  Bəlkə... Doğrudan da... Güzgüyə daha doğrusu güzgüdən özünə baxdı.

Güzgüyə baxanda orada qalın qaşlı, iri mavi gözlü, qumral, uzun dalğalı saçlı can alan baxışları olan 18 yaşlı gənc qız görünürdü.
Səlimə üzündə sanki hiyləgər gülümsəmə ilə sağ qaşını yuxarı qaldırdı. Dodaqlarını büzüb sağa-sola çevirib gəmirməyə başladı. Düşünürdü. Birdən qapını açıb çölə çıxdı.

Koridor boyunca yeyin addımlarla getməyə başladı. Pilləkənə yaxınlaşanda addımlarını biraz yavaşıtdı. Pilləkən boyu yuxarı boylandı. Heç kim yox idi. Geridə də heç kimi görməyincə yoluna davam etməyə başladı.
Hamı dərsdədir.  Roza müəlliməmin də yəqin başı qarışıq olar. Məni otağına çağırmağı heç yaddaşının kənarında. da qalmayıb. Əgər soruşsa ki, niyə gəlmədin? Deyərəm ki, özümü pis hiss edirdim..

Beləcə özü ilə danışa-danışa gəlib yeməkxanaya çatdı. Dəmir qapını açanda köhnə qapının cırıltısından içəridə diksinən Ofeliya dilləndi. - ay bala kimsən orda?
Səlimə oğrun-oğrun qapının arxasından başını çıxardıb- mənəm də ay şahzadəm.  Heç kəs yoxdu içəridə? Gəlim? -dedi və Ofeliyanın başını yelləyərək hə cavabı verməsi ilə Səlimə cəld içəri daxil olub qapının cəftəsini vurdu.
-az başımın bəlası. Sən nə gəzirsən burada? Indi dərs vaxtı deyil bəyəm?
-Şahzadəm. Ofeliya xanım sən bilirsən ki, mən sənsiz bir saniyə belə qala bilmirəm. İndi də gəlmişəm sənin bu toppuş yanaqlarını dartam...
-Çək əlini. Sən də yanaqlarımı o qədər sıxmısan ki, artıq qan da işləmir sifətimə. Sənin əlindən tez qocalacam.. Yaxşı de görüm nə istəyirsən? Niyə gəlmisən bu vaxt?
-Bilirsən Ofeliya xala, əslində mən səndən bir şey soruşmaq istəyirəm. Amma bilmirəm ki, necə soruşum.. Utanıram.
-Belə de də. Dəli qızın dərdi varmış. Yaxşı utanma de görüm nədir soruşmaq istədiyin.?
-Ofeliya xala, bu qadınlar hamilə olanda mütləq uşağı dünyaya gətirməlidir? Yoxsa?
-Bıy başıma xeyir. Ay qız bu nə sualdır verirsən.? Ərə gedəndə bilərsən..  Yeri. Yeri get dərsinə. Buna bax sən.
-Yaxşı da Ofeliya xala. Söz soruşdum da səndən. Qovma da məni nə olar.
-Eşitmədin məni Səlimə? Yeri get dərsinə. Səni burda görsələr Roza ikimizi də danlayacaq. Mənim o ifritədən söz eşidən vaxtım deyil qızım. Yeri. Yeri ged.
-Yaxşı. Gedərəm. Mən də deyirm ki, şahzadəm məni hər şeydən çox istəyir. Öz qızı kimi.  Anam bilirdim səni anasız olduğuma görə. (Gözləri dolur.) Anam olsaydı indi mənim bu sualları verməyə ehtiyacım olmazdı. Yorulmayasan Ofeliya xala..

Səlimə üzünü çevirib qapıya doğru getməyə başladı. Amma Səlimənin sözləri Ofeliyanın sarı siminə toxunmuşdu. Çünki Ofeliya ana ola bilməmişdi.

-Ay qız Səlimə, gəl bura başımın bəlası. Mən ölməmişəm ki, sənin sualların cavabsız qala. Həyasız, bilirsən amma məni necə yola gətirmək olar.
-Onsuz da getməyəcəkdim. Sadəcə sənə fors edirdim. Hə, indi danış görək mənə necə olur bu?
-Biz o vaxt rəhmətlik kişi ilə təzə evlənəndə evimiz yox idi.  Yataqxanada, kirayə evlərdə yaşayırdıq. Kişi zavodda işlədiyi dövrdə ev növbəsinə durmuşdu. Amma hələ bizə ev verilməyinə hə iki ildən çox vaxt qalmışd.
-Onları bilirəm Ofeliya xala. Mənim sualıma cavab ver.
-Gözlə də ora gəlirəm elə. Həmin o çətin vaxtlarımızda mən hamilə qalmışdım. Hamiləliyimi öyrənəndə hardasa iki aylıq uşaq var idi bətnimdə. Amma mən hələ uşaq doğmaq istəmirdim. Şəraitimiz yox idi. Saxlaya bilməyəcəkdik o uşağı. Heç kişiyə də heç nə deməmişdim. Desəm həyatda qoymazdı ki mən o uşağı düşürüm. Qalmışdım çarəsiz. Qonşumuzda Nadya adlı rus arvadı yaşayırdı. Ona danışdım məsələni. O dedi ki, get xəstəxanaya. Amma pulsuz vaxtlarımız idi. O bir başqa yol da göstərdi. Dedi ki, ay gəlin belə-belə düşürmək olar uşağı amma təhlükəlidir. Sonra sənə ziyanı olar.
-Nə yol idi ki, o?
-Çəngəllə
-Necə yəni çəngəllə?
-Başa düş də. Çəngəli salırsan... Qurdalayırsan..
-Sən elədin?
-Əlim quruyaydı. Şikəst olaydım amma kaş eləməzdim. Elədim eləməsinə. Uşaq da düşdü.  Amma daha ondan sonra uşağım olmadı... (ağlamağa başladı)
-Yaxşı da Ofeliya xala. Ağlama. Qismət belə imiş. Mən varam da. Mən sənin qızınam. Sənn də mənim anam. Sənə qurban olum.
-Allah eləməsin. Elə demə. Sualına cavab aldın. İndi ged. .. Gözlə amma demədin nəyə lazımdır bu?
-Heç nə. Sadəcə çoxdan beynimdə belə sual var idi amma cavab tapa bilmirdim.. Mən qaçdım. Axşam gəlib səni öpəcəm. Sağ ol...

Səlimə yeməkxanadan çıxıb qızlar yataqxanasının ikinci mərtəbəsində dörd qız ilə qaldığı otağa doğru qaçmağa başladı. Ətrafda heç kim yox idi. Yataqxanaya yaxınlaşanda kommendant Rəsmiyyə xanımın otağına doğru boylandı. Gördüyü mənzərə onu daha da rahatlatdı. Rəsmiyyə xanım otağındakı divanda uzanıb, sinəsinin üstündə əlində kitab dərin yuxuya getmişdi.
-Bu arsız bu gedişlə axşama qədər yatar. Mənim də niyə bu vaxt burada olduğumu soruşan olmaz beləcə.

Sevinə-sevinə otağına qalxdı. Qapını açıb otağa daxil oldu və qapını arxadan kilidlədi. Dərindən bir nəfəs alıb çarpayının üstündə oturdu. İçində biraz tərəddüd var idi. Amma gözü dönmüşdü artıq. Bunu etməli idi. Başqa yolu yox idi.

Gözü paltar şkafındakı dəmir asılqana sataşdı. Gedib o asılqanı götürdü və yenidən gəlib çarpayının üstündə oturdu. Bir asılqana baxdı, bir qarnına. Əlini qarnının üstündə gəzdirib əzizləmək istəyirdi ki, anidən fikrini dəyişdi. Asıqanı iki əli ilə bərk dartıb dəmiri düz hala gətirdi. Bir kənarı isə "y" şəklində əyri idi.

Səlimə ayağa qalxdı. Üzündə ciddi ifadə yaranmışdı. Qaşlarını çatıb çənəsini möhkəm sıxmışdı.
Etsin ya etməsin deyə beynində suallar savaşarkən, o dəmir asılqanı götürdü və vanna otağına daxil oldu. ...

ZAVALLI   Tahanan ng mga kuwento. Tumuklas ngayon