☆4★ Müəmma

389 53 9
                                    

2 nömrəli uşaq evinin bütün kimsəsiz sakinləri və o sakinlərin qayğısını çəkənlərin sayı 200 nəfərə çatırdı. Amma bu qədər düşünən beyin cəmi bircə sualın qarşısında aciz qalmışdı. "Nə baş verir?"

Ləman gördüyü mənzərənin şokundan ayılar-ayılmaz özünü var gücü ilə sıxıb     ucadan "Səlimə!" deyə qışqırdı. O qədər uca idi ki, bu səs hətta yaxınlıqdakı yaşayış binalarından da eşidirdi. Ətrafdakı hər kəs sanki bir an duruxdu və bütün nəzərlər səs gələn tərəfə, qızlar yataqxanasının ikinci mərtəbəsinə yönəldi.

Səs o qədər həyəcanlı və ürək ağrıdan tonda aydın eşidilirdi ki, bu fəryada doğru qaçmamaq mümkün deyildi. İlk öncə otağa Ofeliya xanım çatdı. Səliməni qan içində yerdə uzanmağını gördükdə Ofeliyanın az qala ürəyi gedəcəkdi.  Ləmanın silkələməsi ilə özünə gələn Ofeliya bir sual ilə özünü topladı:
-Ofeliya xala, nə edək? Səliməni bu halda görməməlidirlər. İndi hamı bura doluşacaq. Bir şey fikirləş qurban oldum...
-Get otağın qapısını kilidlə, iki dəsmal gətir. Yeri!   Ay Səlimə, anan ölsün.  Nə hala saldın özünü qızım?!
 
Ofeliya ağlasa da hələ özünü itirməmişdi və Səliməni sürüyüb duşun altına gətirdi. Paltarını soyundurub suyu açdı. Soyuq suyun təsiri ilə Səlimə inildəməyə başladı. İlk öncə sağ əlinin orta barmağı azacıq tərpəndi. Sonra bir neçə dəfə yumulub açıldı o barmaq. Səlimənin bədəni tərpənməyə başladı. Başını sağa sola yelləyirdi. Dodaqları məcbur açılaraq arasından bu sözlər eşidildi. " Tofiq, bağışla məni. Məcburam."

-Ay Ləman,  nə oldu dəsmal? Gəl,  qorxma ayılır Səlimə.
-Şükür sənə Ya Rəbbim. Çox şükür. Səlimə ay Səlimə eşidirsən məni ay qız?
-Şükr etməyə vaxtın olacaq sonra. Tez bu paltarlarla döşəmənin qanını yu, o dəmir parçası ilə birgə tez apar gizlət...

Ləman Ofeliyanın dediyi kimi bir göz qırpımında Səliməlin uzun və hava mavisi rəngində olan qanlı donu ilə hamamın döşəməsini yudu.  Hamanın o biri küncündə yerdə olan uzun dəmir parçasını da götürüb paltara büküb aparıb otaqda ən başdakı çarpayının altına atdı.

Bu arada isə otağın qapısı sanki sınacaq vəziyyətdə idi. Çöldə olanlar qapını qırırdılar. "Ay Ləman, ay bala aç görək qapını." -deyə səslər eşidilirdi çöldən.  Amma Ofeliya və Ləman bu çağırışlara fikir vermirdi.

ZAVALLI   Tempat cerita menjadi hidup. Temukan sekarang