☆10★ Şahid

301 45 11
                                    

Tofiq və Vasif gedəndən sonra Səlimə qapını bağlayıb qıfılı yenidən yerinə asdı. Elə etdi ki, qıfılın qırılmağı bilinməsin. Sonra əlinə baxdı. Əlləri hələ də isti idi. Əlini burnuna sıxıb Tofiqin qoxusunu çəkdi ciyərlərinə. Gözlərini yumub dərin bir nəfəs aldı. Sanki içi sevgi qabarcıqları ilə dolmuşdu. Üzündə yaranan xəfif gülümsəmənin ardından, ən çox sevdiyi oyuncağına qovuşmuş balaca qız uşağı kimi tək ayaq üstə tullanıb qaçaraq oradan uzaqlaşdı. Səlimənin bu sevinci, Sevincin yoxluğundan sonra ilk dəfə idi.

Yataqxanada qaldığı otaqda 3 çarpayı vardı. Baş tərəfi pəncərəyə doğru olan, yanaşı yerləşdirilmiş 3 çarpayı. Ortadakı Səlimənin, soldakı Ləmanın, sağdakı isə... Sağdakı çarpayı...
Bu çarpayının üstündə şəkillər vardı. Bu çarpayının üstündə ağ don var idi. Bu çarpayının üstündə donun belinə bağlanmış qırmızı lent var idi. Duvaq var idi. Bu çarpayıda bir qızın gerçəkləşməyən xəyalları var idi. Arzu var idi, həsrət var idi. Bu çarpayıda nakam sevgi var idi. Nələr yox idi ki, Sevincin çarpayısının üzərində?!...

Səlimə otağa daxil olanda gözü ilk Sevincin çarpayısına sataşdı. Həmişə otağa girəndə onu orada uzanmış vəziyyətdə görməyə alışqın olan biri üçün boş çarpayını görmək çox ağrıdıcı idi. Geriyə dönüb baxanda xatirələrlə dolu idi bu otaq...

Səlimə yaxınlaşıb öz çarpayısının üstündə oturdu. Xəyalən Sevinclə üz-üzə oturmuşdu. Gözlərini yumub Sevincin xəyalı ilə danışmağa başladı:
-Seva, yadındadır?.. Bədələ necə aşiq olduğunu ilk mənə danışmışdın. Gözlərinin içi gülürdü onda. Elə həvəslə danışırdın ki, ona olan hisslərinin gözəlliyini. Mən də eləmədim tənbəllik getdim dedim Bədələ. (Gülür. Amma bir andaca susur). Sən onda mənə acıqlanmışdın. Küsmüşdük. Hətta bir həftə üzümə belə baxmadın. Amma sonra gəlib boynumu qucaqlayıb "yaxşı ki, varsan. Sən olmasaydın nə edərdim?" -demişdin. Sevginin ilk şahidi mən olmuşdum Seva. Indi mən də istəyirəm sənə bir şey deyim. Deyəsən mən də sevirəm birini. Bu gün başa düşdüm. Özü də sən də onu tanıyırsan. Yadındadır? Bir dəfə bizə yardım gətirən maşından yük boşaldan oğlan var idi ha. Biz ordan gülə-gülə keçmişdik. Sonra mən sənə dediyim, mənə baxan oğlan var idi ha. Bax o oğlan Seva. Sən demə, o gündən sonra hər gün gəlib baxırmış mənə uzaqdan-uzağa. Mən də heç fikir vermirdim buna. Amma həmişə hiss eləyirdim ki, nəzəri üzərimdədir. Bu gün bizim qovağın altında oturmuşdum. O oğlan yenə də həmişəki yerdə, hasarın üstündə oturub mən tərəfə baxırdı. Mənim də heç əhvalım yox idi. Amma altdan-altdan bir gözüm onda idi. Bir də gördüm ki, necə oldusa yıxıldı ordan. Təsəvvür elə, elə bildim mən özüməm oradan yıxılan. Canım ağrıdı sanki. Yerimdə dayana bilmədim. Getdim yanına. Gördüm sürünə gedib divarın kənarında söykənib, uzanıb. Oyatdım. Kim olduğunu soruşdum. Məni görən kimi donub qalmışdı. Birinci heç nə deyə bilmirdi, dili topuq vururdu. Yavaş-yavaş sözlər çıxmağa başladı dodaqlarının arasından. Onda başa düşmüşdüm, bura gəliş səbəbinin mən olduğumu. Biraz keçdi, aramız açıldı. Söhbət eləməyə başladıq... Niyə susursan Sevinc? Nəsə bir söz de. De də de. Sevinc...

Səlimə gözlərini açanda çox çətinliklə ətrafı görə bilirdi. Bulanıq baxışları otaqdan ondan başqa kimsə olmadığını Səlimənin beyninə yeritməyə çalışırdı. Sanki yuxudan ayılmış kimi, yerindən qalxdı. Əli ilə gözlərinin yaşını silib, iki əli ilə ovuşdurdu. Çarpayısının altına əlini uzatdı və oradan qara üzlü, açıq qəhvəyi rəngdə vərəqləri olan dəftərini çıxardı. Gedib stol arxasında oturdu və dəftəri vərəqləməyə başladı.

Dəftərin ilk səhifəsində bu sözlər yazılmışdı:Sən mənim bütün həyatımın şahidi olacaqsan Qara Dəftər

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Dəftərin ilk səhifəsində bu sözlər yazılmışdı:
Sən mənim bütün həyatımın şahidi olacaqsan Qara Dəftər.

Dəftərin ilk səhifəsində bu sözlər yazılmışdı:Sən mənim bütün həyatımın şahidi olacaqsan Qara Dəftər

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

O səhifənin solunda qara qələmlə qızılgül çəkilmişdi. Ən aşağıda isə tarix: 13 avqust 1989 .

ZAVALLI   Opowieści tętniące życiem. Odkryj je teraz