☆3★ Qan

440 56 19
                                    

O gün sanki bütün qəribəliklər üst-üstə gəlirdi.

3 gün əvvəl intihar edən 12 yaşlı Lətifənin bir qohumu meydana çıxmışdı. Dediyinə görə, Belarusiyada yaşadığı üçün qohumunun qəzaya düşməsindən gec xəbər tutmuş, gəldiyində isə 2 yaş 4 aylıq körpənin uşaq evinə verildiyini öyrənsə də heç cür ona himayə edə bilməyib. Çünki hansı uşaq evinə verildiyini bilməyib.
Bu sözləri eşidəndə yetimxananın direktoru Roza Nikolayevnanı gülmək tutdu. Milis işçilərinin yanında intihar edən qızın, yəni Lətifənin qohumu olduğunu iddia edən və uşaq evinin rəhbərliyindən şikayətçi olduğunu bildirən Səfyara səsini yüksəltdi:
- Siz nə haqqla məni və mənim işçilərimi belə iyrənc əməllə ittiham edirsiniz? Bu vaxta qədər haradaydınız? İndi yadınıza düşüb uşaq evindəki qohumunuz? Bəs bu 10 ildə niyə sizdən bir xəbər çıxmadı? Niyə bir teleqram vurmadınız? Niyə bir məktub yazmadınız ki, mən o qızın dayısıyam? İndi yadınıza düşüb? O özünü 5-ci mərtəbədən atandan sonra? Hə? Cavab verin!

"Vətəndaş! Xanım Nikolayevna! Sakitləşin!"-deyə milis mayoru Cəfərov müdaxilə etdi.

"Xeyr.  Məndən sakit olmağımı istəməyin milisoner!"-dedi Roza xanım mayor Cəfərovun üzünə baxaraq.

Üzündə hiddət sezilirdi 53 yaşlı qadının. Bu normal hal idi.  Çünki o, buradakı bütün kimsəsizlərə analıq edirdi son 7 ildə. Lətifə bu uşaq evində onun rəhbərliyi müddətində 3-cü intihar edən uşaq idi. Ondan öncə 16 yaşlı Bədəl və 15 yaşlı Sevinc bir yerdə yeməkxananın anbarında sirkə içərək əl-ələ tutub doğulduqları acımasız həyata öz canları ilə meydan oxumuşdular. Səbəb isə çox sadə idi. Sevgi və ayrılıq.

Yetimlərin sevgisi çox qüdrətli olur. Onlar valideyn qayğısı, ailə nəvazişindən məhrum olduqlarına görə kiçik bədənlərindəki böyük ürəklərində doğulan andan bəri istifadə olunmayan və yığılıb qalan sevgi qabarcıqları olur və  bunu da sevdiyi insanla tamamını paylaşırlar. O qədər saf olur ki, bu sevgi... O qədər saf olur ki, bir an belə ayrı qalmaqdansa bu həyatdan köçüb o dünyada əbədi vüsalı seçirlər.
Bədəl və Sevinc də bu saf sevgini bəsləyirdilər ürəklərində qoruyaraq. O günə qədər ki, bir ailə Sevinci övladlığa götürəcəkdi və Bədəldən uzaq qalacaqdı. Bədəl də Sevincdən ayrı qala bilməyəcəkdi və birgə bu qərarı alaraq intihar etmişdilər. Amma bu iki növcavanın ağıllarının ucundan belə keçməmişdi ki, onsuz da iki ildən sonra Bədəlin 18 yaşı olacaq və uşaq evindən çıxacaq...

Roza xanımın sözlərindən və səsinin tonundan sanki Səfyarın dili tutulmuşdu. Ağzını açıb bir kəlimə belə belə deyə bilməmişdi. Çünki düz deyirdi direktor. O bir dəfə belə olsun rəhmətlik bacısının yadigarı olan Lətifə balanı itirib-axtarmamışdı. O o zamanlarda tamam başqa şeylər maraqlandırırdı.  Bacısının məzarı üstə isə cəmi 8 aydan sonra gəlmişdi. Amma indi peşmançılıq hissi keçirdiyini anlayırdı. Vicdan əzabını dindirmək və guya öz aləmində intiqam almaq üçün o körpəyə qayğı göstərən, nəvazişini əsirgəməyən gözəl insanları belə çirkin əməldə ittiham edirdi. Bəlkə də başqa nəsə təzminat tələb etmək fikri var idi. Kim bilir...
-"Mənə səsinizi yüksəlməyiniz o demək deyil ki, mən sizin yaxanızdan əl çəkəcəm.  Lətifənin ölümündə sizlər günahkarsız. Nə eləmisinizsə o uşaq özünü atıb binanın başından. Mən bu işi belə qoymayacağam. Cavab verəcəksiniz!"
  Səfyarın bu sözləri Roza xanımın bir  qulağına girməyi ilə o biri qulağından çıxmağı bir oldu. Cavabı isə " Rədd ol! Şərəfsiz!" idi.
Səfyar suyu süzülə-süzülə otaqdan çıxdı və getdi. Mayor Cəfərov dilləndi:
-Xanım Nikolayevna amma məncə siz səhv edərək onunla belə sərt danışdınız. Gedib qorotdelə şikayət edə bilər. Yorarlar sizi.
-Əşi. Onsuz da yorulmuşam. Belə sonradan ortaya çıxan məsuliyyətsiz insanların əzabını ancaq burada yaşayan kimsəsizlər çəkir.
-Bəli. Düz deyirsiniz. Biz indi sizinlə, işçilərinizlə və bəzi uşaqlarla sorğu keçirib izahat almalıyıq. Əgər narazıçılığınız yoxdursa əməkdaşlarımız başlasın.
-Bəlkə sabaha saxlayaq. Bu gün yetəri qədər əsəbiləşmişəm.
-Oldu. Sabaha qədər.
-Sağolun. Mən də gedim. Axı mənim hələ nazını çəkməli olduğum 143 balam var.
-Yorulmayasınız.

Roza xanım milis mayorunu ehtiramla yola salıb qapının kənarında olan uşağa " oğlum, get tez Rəsmiyyəni çağır." dedi və otağına qayıtdı. Divardakı saat 3-ün yarısını göstərirdi. Amma hələ də Səlimə ortalıqda yox idi. "Birdən bu da özünə nəsə eləyər.. Allah özün saxla." İçindən düşünərək uca səslə qışqırdı:
-Harda qaldı bu Rəsmiyyə?
-Gəlmək olar?
-Ay Rəsmiyyə haradasan sən?
-Birinci mərtəbənin döşəməsində çürüklər var idi e Əhməd usta onlara baxırdı mən də yanındaydım. Nə olub ki, Roza xanım?
-Səliməni görmüsən?
-Səliməni? Hə, səhər otağından çıxanda rastlaşdım Ləmangillə bir yerdə idi.
-Ay Rəsmiyyə, o qıza nəsə olub. Mən hiss edirəm.  Neçə gündür onda nəsə narahatçılıq var. Deyəcəm ki, Lətifəyə görə pis olub, sarsılıb amma yox ona görə hamımız üzüldük. Bu nəsə başqa bir şey var. Bayaq saat 11 olardı, ayaqyolunda idi, dedim çıx gəl otağıma. 4 saat keçib, bu hələ də gəlməyib. Sən ged onu tap maraqlan görək nə dərdi var? Sonra göndər gəlsin yanıma mən də danışım. Yaxşı?
-Yaxşı, Roza xanım. Bu dəqiqə.

Rəsmiyyə otaqdan çıxıb birbaşa zirzəmidəki emalatxanaya getdi. Hövlank içəri girməyindən səksənən Əhməd usta ayağa qalxdı.
-Nə olub ay Rəsmiyyə bacı? Niyə belə təngənəfəs oldun?
-Usta, səndən soruşan olsa səhərdən qızlar yataqxanasında təmir işi edirdin və mən də yanında idim.
-Nə olub? Kim soruşsa? Nə təmir?
-İndi vaxtı deyil tələsirəm. Dediyimi unutma.
-Allah sən özün muğayat ol bizdən. Ay Rəsmiyə bacı. Ay Rəs...

Artıq Rəsmiyyə emalatxanadan çıxmışdı. Yeyin addımlarla tədris binasına tərəf gedirdi. Yol boyu qarşısına kim çıxsa Səliməni soruşur. Amma kimsə gördüm demir. Görənlər də səhər gördüyünü və bir neçə saatdır xəbərləri olmadıqlarını bildirirdilər.
Nəhayət gəlib kimya laboratoriyasına çatdı. Burada sonuncu dərsin məşğələsi keçirilirdi.
-Hanı Ləman? Ay qızım Ləman Səlimə haradadır? Kimsə görüb onu?
-Yox Rəsmiyyə xala, səhər yuxarıda koridorda bir yerdə idik. Sonra dedi mənim mədəm bulanır. Getdi.  Sonra görməmişəm.  Nəsə olub? Nə edirsiz ki, Səliməni?
-Ay qız mən yox Roza xanım. Səhərdən yoxdu ortalıqda. Bəlkə yataqxanada otağımızdadır Ləman?
-Mən nahar vaxtı getmişdim otağa, kitab almağa. Heç kəs yox idi.
-Dur qaç yenə də get bax. Tez elə. Yaxşı-yaxşı axtar. Nigar sən də yeməkxanaya Ofeliyanın yanına get soruş. Durun da durun hamınız hər yerə baxın. Tez tapaq onu başına bir iş gəlməmiş. Əhəd müəllim gəlin biz də sizinlə kluba gedib baxaq. Tez olun tez. Tez. Tez...

-Ofeliya xala. Ofeliya xala
-Nədir ay Nigar?
-Səlimə. Səliməni görməmisən?
-3-4 saat olar burada idi. Söhbət elədik.  Sonra getdi. Naharda da yox idi deyəsən. Gözümə dəymədi. ..
-Hamı onu axtarır. Yoxdur heç yerdə.
-Allah sən saxla...

Ləman qaça-qaça yataqxanaya çatdı. İkinci mərtəbəyə, otaqlarına qalxdı. Qapını açdı və  baxdı. Otaq boş idi.  Dəli olmağa az qalmışdı Ləman. Yeganə rəfiqəsi sanki qeyb olmuşdu. Heç yerdə yox idi. Çağıra - çağıra digər otaqlara baxdı. Amma bunlarda da yox idi. Necə ola bilər axı? 2 mərtəbəli binanın cəmi 13 otağı var idi. Amma Səlimə heç birində yox idi.

Demək olar bütün hamı hər yerdə Səliməni axtarırdı. Bəlkə birdən qaçar deyib qarovulçu Kərim kişi ətrafdakı qastronomlardan, pinəçi Adildən hətta dayanacaqda olan adamlardan da soruşmuşdu ki, buralarda bu boyda, 18 yaşında, göy gözlü, qumral qız görən olubmu... Amma heç kim heç nə bilmirdi...

Roza xanım biraz da xəbər çıxmasa milisə məlumat verməyi düşünmüşdü.

Ləman dəli kimi sağa-sola qaçanda ağlına bir yer də gəldi. Ora baxmamışdı. Dərhal otağa qaçdı. Əlləri əsə-əsə otağın qapısını açıb hamanın qarşısında dayandı. Baxmadığı bircə bu kiçik hamam otağı idi. Əlini qapının dəstəyinə qoydu. Bütün qüvvəsini toplayıb dəstəyi çəkdi...

İçəridə gördüyü mənzərədən Ləmanın nitqi tutulmuşdu. Var gücü ilə qışqırmaq istədi, amma bacarmadı. Səsi boğazında düyünlənmiş, yerində donub qalmışdı.
Səlimə hamamda idi... Paltarı belinə qədər yuxarı çəkilmiş, əlində uzun qalın asılqan dəmiri var idi. Huşsuz vəziyyətdə yerə sərələnmişdi, ayaqlarının yuxarısında və döşəmədə qan...

ZAVALLI   Donde viven las historias. Descúbrelo ahora