Gözəl gülün tikanı.

21 0 1
                                    

Bir soyuqluq hiss edərsən öncə,
Sonra gözyaşı gəlməyə başlar içdən
İntiqam almaq hissi bürüyər içini,
Gecə isə səssiz otaqda qalanda kimsəsiz,
Elə qanayar ki, o ruhuna qoyulan iz,
Ağrı içində həyatı sorğularsan tər-təmiz .
Başlarsan zarafatlaşmağa dərdlərinlə,
Qırarsan sədləri, aşarsan sərhədləri də,
Amma, o azadlıq duyğusun dada bilmərsən,
Dərində bir yerdə azıb qalarsan,
Nə qədər çalışsan da səmaya çata bilmərsən .
Sənə qalar hər an susmayan səssiz danışıqlar,
Beyninin içində milyon cür sual dolaşar
Kömək istəmək üçün atarsan addımlar,
Yağış başlar, addımın palçığa bulaşar .
Təklik toplum içində öz-özünlə danışmaq kimi dəlilik,
Heç keçməyəcəkmiş kimi gələn depressiya,
Və sevməyəcəkmiş kimi gələr insana bir daha.
Təklik içinə batan xatirələrin susqunluğu,
Sənə xatırladır o acı günləri hansı ki, unutduğun ...

"Bağırdıqca yaralarını, yazdıqca sancılarını,
Çoxalır dərdlər, yalnız günlər
Təcrübə kimi dad bir dəfə ağrılarını,
Gör necə qəlbinə batan tikan əvəz olunur güllə .
Amma, nə qədər desək də dəyişmir heç nə,
Düzəlmir dərdlər, gəlmir bir kimsə
Yazılır şeirlər, çəkilir ağrılar,
Ölüm fonunda səslənir qəmli sədalar " ...

© Ramin Alekberov / 2018.

Siyah Pəncərədən Bəyaz Səmaya Salam Where stories live. Discover now