Ümidsizliyin şeir forması.

20 0 0
                                    

Dərbədər oldu insanlar görəndə səmadan qan yağır,
Bağrı cartladı qalan son ümidlərin də
Bu fəryad dolu gecələr bitəcəkmi,
Ya səhvlər cəzasın çəkəcəkmi görəsən?
Sual işarələriylə dolur fikirlərimiz ...
Ruhumun istedadlı kəsləri çalır qəmli musiqi,
Üzərinə də şeir səpir notların,
Ki, ölümcül dərman necə olur hamı bilsin .
Bitmir bu harayı dünyanın,
Və bitmir qəmi, kədəri bu otağın
Neçə divar şahid olmuşdur nə cür əmrlərə,
Neçə divar ağlamışdır öləndə yaşamağa layiq insanlar,
Neçə torpaq üsyan etmişdir "o cəlladları gətirin mənə, boğum öldürüm" deyə ...
Görəsən hansı sevgi qurtaracaq bizi,
Hansı sevgi hissi ümidlərimizə sahib çıxıb cənnəti hiss elətdirəcək .
Amma, hər sevgidə bir qırıqlıq,
Hər münasibətdə bir sənsizlik var ...
Yenə ağlıyır göylər,
Niyə daşlaşmır axı hisslər biz də gedək alaq intiqamımızı bir soyuq qış gecəsi bizi vuranlardan.
Biz bir sözün gücüylə vurulduq, silahlarla da öldürüldük,
Tanrım, görəsən yazdığımız sözlər də kimisə qırarmı? ...

Gəl, bax, bir ev qurmuşam xəyalların kimsəsizliyindən,
Bu evin divarları da kordu artıq, istəmirəm görsünlər kədərimin səssiz axtarışını.
Axtarışlar belə saxtaymış məgər,
İnsan həqiqəti sevər,
Həqiqət isə bir gün özünü göstərib sonra birdən qaçarmış ...

© Ramin Alekberov / 2018.

Siyah Pəncərədən Bəyaz Səmaya Salam Where stories live. Discover now